Yapon Iqtisadi Mocuzesi - Wikipedia
Yapon iqtisadi möcüzəsi — İkinci Dünya müharibəsindən sonraki dövründən başlayan və Soyuq müharibənin sonuna qədər davam edən Yaponiya iqtisadiyyatında rekord artımın tarixi bir fenomeni.
İqtisadi möcüzə dövründə iqtisadiyyatın böyüməsi hər il demək olar ki, 10% idi, bu o dövrün inkişaf etmiş ölkələri arasında ən yüksək artım tempi idi. "Möcüzənin" səbəbləri arasında - vergilərin az olması və yapon elminin yeni texnologiyaları intensiv mənimsəməsi olmuşdur. Hansı ki, İkinci Dünya Müharibəsindən əvvəl hakimiyyətin təcrid siyasəti səbəbiylə yeni elmi məlumatların Yaponiyaya daxil olması mümkünsüz idi.
Qısa müddətdə sürətli böyümə Yaponiyaya nəinki müharibədəki məğlubiyyətdən tam şəkildə xilas olmağa, həm də iqtisadi gücdə (nominal dəyəri) Fransa, İtaliya, Kanada, Böyük Britaniya, Almaniya, SSRİ-ni geridə qoyaraq, ABŞ-dən sonra dünyanın ikinci iqtisadi dövləti yerini tutmağa imkan verdi[1][2]. Yaponiya 40 ildən çox dünyanın ikinci iqtisadiyyatı sayılmışdır: 1968-ci ildən bu yana, yalnız 2010-cu ildə ikinci yeri Çinə uduzmuşdur [3].
"İqtisadi möcüzə" dövründə Yaponiya iqtisadiyyatının fərqli xüsusiyyətləri bunlar idi:
- istehsalçılar, maddi-material tədarükçüləri, məhsul satıcıları və bankların "keiretsu" adlanan yaxından əlaqəli qruplarda birləşməsi;
- sahibkarların hökumətlə qarşılıqlı faydalı münasibətləri;
- iri korporasiyalarda ömürlük işlə təminat;
- fəal həmkarlar ittifaqı hərəkatı.
İqtisadi elmlər doktoru Andrey Belousov "möcüzə"nin 1985-ci ildə bitməsinin səbəbini, Yaponiyanın məşhur Plaza Sazişini (imzalandığı otelin adından götürülüb) imzalamaqda görür. Sazişdən sonra yenin 1,5 dəfə revalifasiyaya uğradılması (böyüdülməsi) Yaponiyada iqtisadi artım tempini aşağı saldı. Bu temp ildə təqribən 8% -dən 2% -ə düşdü [4]. İqtisadi möcüzəsinin sonunda Yaponiyada iqtisadi köpük yaranıb və erkən 90-cı illərində o, partlamışdı. Yaponiya iqtisadiyyatında bundan sonra başlayan dövr itirilən onilliklər adlanır.[5]
Tarixi
redaktəYaponiyada İkinci Dünya Müharibəsindən sonraki dövründən başlayan və Soyuq müharibənin sonuna qədər davam edən iqtisadi möcüzəsinin tarixini dörd dövrə bölmək olar:[6]
- Bərpa dövrü (1946-1954)
- Yüksək artım (1955-1972)
- Sabit artım (1972-1992)
- Yavaş artım (1992-2017)
1956-1973 illərin arasında Yaponiyanın ÜDM artımı ortalama 9,3%, 1975-1991 illərin arasında 4,1%, 1992-1999 illərin arasında isə 1% idi.[7]
Qızıl altmışıncı illər
redaktə1955-1961-ci illər arasında sürətli iqtisadi böyümə "Qızıl altmışıncı" illər adını almış dövr üçün yol açdı. Dövrün ikinci dekadası (onilliyi) ümumiyyətlə "Yapon İqtisad Möcüzəsi"nin adı ilə əlaqələndirilir. 1964-cü ilə qədər Yaponiya sabit iqtisadi böyümə yaşadı. Lakin 1964-cü ildə hər şey dəyişdi və Ümumi Daxili Məhsul artımı sürətlə azalmağa başladı. 1964-cü ildə "Sanuebu" iflas etdi və "Sanyo Ltd" 1965-ci ildə böyük itkilərlə üzləşdi. Mövcud vəziyyəti dəyişmək üçün hökumət tənəzzülün qarşısını almağa cəhd etdi. 1965-ci ildə Yaponiyanın nominal ÜDM-i 91 milyard dollardan bir qədər çox qiymətləndirildi. On beş ildən sonra, 1980-ci ildə nominal ÜDM rekord səviyyəyə 1.065 trilyon dollara çatdı.
Səbəblər
redaktə- islahatlar
- Amerika işğalı
- ucuz işçi qüvvəsi
- bank sisteminə etibar
- xarici ticarətə nəzarət
- ixrac yönümlülük
- milli istehsalçılara dəstək
- siyasi sabitlik
- yeni texnologiyaları mənimsəyən yapon elmi
Şərqşünas Vsevolod Ovçinnikov qeyd edir ki: “Müharibədən sonra yaponlar amerikalıları özlərinin yüksək hərbiləşdirilmiş iqtisadiyyatlarını yenidən quracaqlarına inandırdılar. Ancaq mahiyyət etibarilə o yenə də dövlətyönümlü iqtidadiyyat olaraq qaldı. Yapon möcüzəsinin mahiyyəti, hakimiyyətin və böyük biznesin arasında yüksək dərcədə qarşılıqlı inamın olmasındadı ... Yaponiyada dövlət böyük bizneslə birlikdə iqtisadi strategiya hazırladı. Onlar ölkənin inkişaf prioritetlərini dəqiq müəyyənləşdirdilər. Birinci mərhələdə metallurgiyanın, gəmiqayırma və neft-kimya sənayesinin inkişafına üstünlük verildi. Dünyanın ən qabaqcıl metallurgiya sənayesini yaratdılar hansı ki, ildə 100 milyon ton polad əritməyə qadir idi. Yaponiya dünyanın ən iri gəmiqayırma ölkəsinə çevrildi. Ölkə 200-300 min ton tutuma malik tankerlər istehsal edirdi. Ölkə daxilində nefti emal etmək üçün neft-kimya sənayesini inkişaf etdirməyə başladılar. İkinci mərhələdə prioritet məişət elektrik avadanlıqlarına və avtomobil sənayesinə verildi. Mövcud olan stereotipi qırmaq lazım idi - 1960-cı illərə qədər Yapon malları ucuz, lakin keyfiyyətsiz idi. Böyük zəhmət hesabına yaponlar bütün dünyanı tranzistorlarının, televizorlarının, sonra isə avtomobillərinin keyfiyyət göstəricisinin yüksək olduğuna inandırdılar - "əgər yapon malıdırsa deməli keyfiyyətlidir" [8].
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Ellington, Lucien. "Learning from the Japanese Economy". Japan Digest (ingilis). 2009-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-08-18.
- ↑ История Японии 1868-1998. 2. Институт Востоковедения РАН. Глав ред. А. Е. Жуков. 1998. səh. 579. ISBN 5-89282-073-4.
- ↑ "Как относиться к тому, что Япония уступила Китаю вторую позицию в мировой экономике? («Жэньминь жибао», Китай): Голос России". 2011-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-12.
- ↑ "Будущий глава Центробанка Эльвира Набиуллина определилась с курсовой политикой — Газета. Ru | Бизнес". 2021-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-12.
- ↑ "Archived copy" (PDF). 2021-07-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2012-07-15.
- ↑ Liu, Haoyuan. "日德战后经济奇迹(Japanese and Germany Postwar Economic Miracle)". Finance World. 2020-02-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-10.
- ↑ Richard Katz (2015) Japan, The Sytem that Soured
- ↑ "Психологическая газета: МЫ и МИР | Слагаемые успеха восточно-азиатского чуда". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-12.