Yaponlarla Yehudilerin Qohumluq Nezeriyyesi - Wikipedia
Yaponlarla yəhudilərin qohumluq nəzəriyyəsi (日ユ同祖論, Nichiyu Dōsoron?) — ilk dəfə XVII əsrdə ortaya atılan və yaponların əslində İsrailin itmiş on qəbiləsindən biri olduğunu iddia edən marginal nəzəriyyədir. Digər versiyaya görə isə yaponlar əslində yəhudi nestorianların bir qəbiləsinin davamçılarıdırlar. Bu nəzəriyyənin bəzi versiyaları bütün yaponlara şamil edilsə də, bəziləri sadəcə spesifik qrupa aid edilə biləcəyini iddia edir.
Tədqiqatçı və müəllif Con Entin DNT testinin yaponlarla yəhudilər arasında əhəmiyyətli əlaqələrin olmadığını göstərdiyini vurğulamışdır.[1]
Mənşəyi
redaktəKəşflər dövründə avropalı səyyahlar qarşılaşdıqları ilk xalqları İtmiş on qəbilə ilə əlaqələndirməyə və xristian missionerlərə təqdim etməyə çalışmışdılar. İtmiş qəbilələrin Şərqi Asiyada olduğunu iddia edən ilk şəxs missioner və tərcüməçi olan Joao Rodriges (1561-1634) olmuşdur. 1608-ci ildə o, çinlilərin əslində İsrailin itmiş on qəbiləsinin davamçıları olduğunu iddia etmişdir. O inanırdı ki, çinlilər konfutsiçi və laoçu ideyaları iudaizmdən götürüblər.[2] Yaponiya tarixindən bəhs edən kitabında o, Yaponiyanın biri Çindən, digəri Koreyadan olmaqla iki dalğa üzrə məskunlaşıldığını iddia etmişdir.[3]
Yaponlarla yəhudilər arasında ortaq əcdad nəzəriyyəsi Yaponiyada missioner olan şotland Nikolas Makleod tərəfindən XIX əsrdə populyarlaşdırılmışdır.[4] 1870-ci ildə o, "Yaponiyanın antik tarixinin xülasəsi" əsərini nəşr etdirmişdir.[5] Makleod Yaponiyada və Koreyada on illərlə qalaraq "əsl israilliləri axtarmaqla" məşğul olmuşdur.[6][7] O, əsərində yaponların yəhudilərdən gəldiyini və ölkədə aristokratiyanı yaratdıqlarını iddia etmişdi. Sübutlar kimi İmperator Cimmu ilə Musa arasında bənzərliklər, bəzi yaponlarda yəhudilərə xas üz cizgilərinin olması və şintoizmlə iudaizm arasındakı oxşarlıqları göstərmişdir.[8]
Yaponiyada təsiri
redaktəBu nəzəriyyə Yaponiyada elə də diqqət cəlb etməmişdir,[9] lakin son dövrlərdə bu nəzəriyyə ilə bağlı işlər yapon dilinə tərcümə edilmiş və Yaponiyada nəşr olunmuşdur.[10][11]
1908-ci ildə Vaseda Universitetinin professoru Saeki Yoşiro (1872-1965) nəşr etdirdiyi kitabında nəzəriyyənin öz variantını irəli sürmüşdür. Yoşiro yapon nestorianizmi üzrə mütəxəssis idi. O, iddia etmişdi ki, III əsrdə Koreyadan gələn və Yaponiyada məskunlaşan Hata klanı əslində yəhudi-nestorian qəbiləsi idi. Saekinin bu yazıları nəzəriyyənin Yaponiyada tanınmasına və bəzi xristian qruplar tərəfindən dəstəklənməsinə səbəb olmuşdur.[12]
Bu nəzəriyyəni sübut edəcək dəlil tapılmayıb, müasir DNT testi də bu nəzəriyyəni dəstəkləmir. Son dövrlərdə yaponların genetik mənşəyindən bəhs edən araşdırmalar Saekinin ortaya qoyduğunu nəzəriyyəni inkar edir.[13]
Başqa yerlərdə təsiri
redaktəBu nəzəriyyə Avropanın irqçi alimlərinin digər Asiya xalqlarından fərqli olaraq Yaponiyanın sürətli inkişafını açıqlamaq cəhdlərindən biri hesab olunur. Nəzəriyyə müxtəlif istiqamətlərdə qiymətləndirilmişdir.[8]
Saekinin kitabının nəşr olunduğu ildə Şanxay Sionist Federasiyası tərəfindən nəşr olunan "Israel's Messenger" jurnalında bu nəzəriyyə haqqında məqalə dərc olunmuşdur. Makleod öz nəzəriyyəsində Yaponiyada siniflər təbəqəsinin yəhudilərdən gəldiyini iddia etsə də, Şanxay qrupu məsələyə daha proletarian nəzəriyyə ilə yaxınlaşmışdırlar. Məqalənin müəllifi etaların əslində yəhudilərin davamçıları olduğunu iddia etmişdir.[14]
Məqalə müəllifinə görə Qərb dünyasında yaşayan yəhudilər kimi yapon etalar da çalışqan insanlar idilər, xüsusilə ayaqqabı sənayesi ilə məşğul olur və gettolarda yaşayırdılar və yaponlar onları cəmiyyətin qalanından izolyasiya etməyə çalışırdılar. Müəllif həmçinin etalarda bəzi yəhudi adətlərini müşahidə etdiyi demişdir: "Məsələn, Naqasakidəki gettoda etaların şabbata bənzər adətləri var, həftənin ancaq həmin günü işləmirlər. Lakin yəhudilər kimi şam yandırmırlar".[14] Yaponiya tarixçisi Ben-Ami Şilloni bu hekayəni gülünc hesab etmişdir.[14]
Daha sonra eyni jurnalda Kraliça Viktoriyanın keçmiş xidmətçisi olmuş, məşhur xristian sionit olmuş Elizabet Qordonun məktubu dərc edilmişdir. Qordon Yaponiya ilə Britaniya israilizmi arasında əlaqələr qurmağa cəhd göstərirdi. Qordon Yaponiyada tanınırdı, Şinqon buddizmini araşdıraraq onun xristian mənşəli olduğuna inanırdı. 1921-ci ildə aid məktubunda Yaponiya ilə Britaniya vəliəhdlərinin görüşünü İuda ilə İsrailin görüşü kimi qələmə vermişdir. Qordonun dövrün Yaponiyasında müəyyən təsirləri olmuşdur.[15]
İstinadlar
redaktə- ↑ Entine, Jon. Abraham's Children: Race, Identity, and the DNA of the Chosen People. Grand Central Publishing. 2007. 2017-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-06.
- ↑ Shillony, Ben-Ami. The Jews and the Japanese: The Successful Outsiders. Rutland, VT: Tuttle. 1991. 134–135.
- ↑ C. R. Boxer, "Some Aspects of Western Historical Writing on the Far East, 1500–1800" in E. G. Pulleyblank (ed), Historians of China and Japan, Oxford University Press, London, 1961, p. 317.
- ↑ Parfitt, p. 159.
- ↑ Epitome of the ancient history of Japan Arxivləşdirilib 2021-05-05 at the Wayback Machine N. McLeod
- ↑ [1]
- ↑ McLeod, Norman. subtitle:Japan and the Lost Tribes of Israel, Nagasaki, 1876.
- ↑ 1 2 Kowner, Rotem. "'Lighter than Yellow, but Not Enough': Western Discourse on the Japanese 'Race', 1854–1904" (PDF). The Historical Journal. 43 (1). 2000: 103–131. 2013-10-08 tarixində arxivləşdirilib (PDF).
- ↑ Goodman, David G.; Miyazawa, Masanori. Jews in the Japanese Mind: The History and Uses of a Cultural Stereotype. The Free Press. 1996. səh. 60. ISBN 978-0-02-912482-6. 2018-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-06.
- ↑ Takahashi and McLeod 1997.
- ↑ McLeod and Kubo 2004.
- ↑ Shillony, pp. 136–137
- ↑ Michael F Hammer, Tatiana M Karafet, Satoshi Horai et al. "Dual origins of the Japanese: common ground for hunter-gatherer and farmer Y chromosomes" Arxivləşdirilib 2018-07-31 at the Wayback Machine. Journal of Human Genetics (November 18, 2005). doi:10.1007/s10038-005-0322-0. Accessed February 22, 2018
- ↑ 1 2 3 Shillony, p. 137
- ↑ Shillony, pp. 137–138.
Ədəbiyyat
redaktə- Bandou, Makoto (2010). Yudayajin Torai Densetsu Chizu. Tokyo : PHP Kenkyuusho.
- Eidelberg, Joseph (2005). Nihon Shoki to Nihongo no Yudaya Kigen. Tokyo : Tokuma Shoten.
- Kawamorita, Eiji (1987). Nihon Heburu Shiika no Kenkyuu. (literally Research of Japanese Hebrew Verses.) Tokyo : Yawata Shoten.
- Kojima et al. (1994). Shinpen Nihon Koten Bungaku Zenshuu (2) Nihon Shoki (1). Tokyo : Shougakkan, ISBN 978-4-09-658002-8.
- Kojima et al. (1996). Shinpen Nihon Koten Bungaku Zenshuu (3) Nihon Shoki (2). Tokyo : Shougakkan, ISBN 978-4-09-658003-5.
- Kojima et al. (1998). Shinpen Nihon Koten Bungaku Zenshuu (4) Nihon Shoki (3). Tokyo : Shougakkan, ISBN 978-4-09-658004-2.
- Kubo, Arimasa. Israelites Came to Ancient Japan, chapters: 2 3 4.
- Kubo, Arimasa (2011). Nihon to Yudaya Unmei no Idenshi. Tokyo : Gakken Publishing.
- Kubo et al. (2000). Nihon Yudaya Huuin no Kodaishi (2). Tokyo : Tokuma Shoten.
- McLeod and Kubo (2004). Nihon Koyuu Bunmei no Nazo wa Yudaya de tokeru. Tokyo : Tokuma Shoten.
- Takahashi and McLeod (1997). Tennouke to Isuraeru Jyuu Shizoku no Shinjitsu. Tokyo : Tama Shuppan.
- Yamaguchi and Kounoshi (1997). Shinpen Nihon Koten Bungaku Zenshuu (1) Kojiki. (literal translation : New edition of Japanese Classical Literature Series (1)). Tokyo : Shougakkan, ISBN 978-4-09-658001-1.