Yaqub Ehmedov - Wikipedia
Əhmədov Yaqub Alış oğlu (7 may 1927, Qaradağlı, Ağdam qəzası – 5 yanvar 2005, Bakı) — Kənd təsərrüfatı elmləri namizədi, Azərbaycan Respublikasının əməkdar aqronomu, xeyriyyəçi, Azərbaycan Milli Məclisinin I çağırış deputatı.[1]
Yaqub Əhmədov | |
---|---|
Avqust 1998 – Noyabr 2000 | |
Əvvəlki | Sofiq Hüseynov |
Sonrakı | Bəxtiyar Sadıqov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 7 may 1927 |
Doğum yeri | |
Vəfat tarixi | 5 yanvar 2005 (77 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Milliyyəti | Azərbaycanlı |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi, xeyriyyəçi |
Uşağı | 6 |
Elmi fəaliyyəti | |
Elm sahəsi | kənd təsərrüfatı |
Elmi dərəcəsi |
|
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəYaqub Əhmədov 1927-ci il mayın 7-də Ağdam rayonunun Qaradağlı kəndində anadan olmuşdur. 1950-ci ildə Ağdam şəhər 1 saylı orta məktəbini bitirirərək Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna daxil olmuş, 1955-ci ildə institutu fərqlənmə diplomu ilə bitirərək həmin ildən əmək fəaliyyətinə başlamışdır.
Yaqub Əhmədov 5 yanvar 2005-ci ildə Bakı şəhərində vəfat etmişdir.
Ailəlidir. 6 övladı var.
Fəaliyyəti
redaktə1955–1960-cı illərdə Ağdam rayonu, Qərvənd MTS-nin (Maşın traktor stansiyası) aqronomu, baş aqronomu, Ağdam rayon kənd təsərrüfatı müfəttişliyinin rəisi vəzifələrində fəaliyyət göstərib.
1960–1964-cü illərdə Ağdam rayon "Orconikidze" adına Kolxozun (Rayonun Mahrızlı və Zəngişalı kəndlərini əhatə edir) sədri, birləşdirilmiş kolxoz-sovxozun (yəni bir ərazi vahidinə çevrilmiş Ağdam və Ağcəbədi rayon kolxoz-sovxoz istehsalat idarəsinin) rəisi vəzifəsində çalışmışdır.
1964-cü ildən Ağdam və Ağcəbədi rayonları ayrıldıqdan sonra Ağdam rayon, kolxoz-sovxoz istehsalat idarəsinin rəisi vəzifəsində işləmişdir.
1970–1972-ci illərdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin idarə rəisi olmuşdur.
1972–1976-cı illərdə Ağdamın Xıdırlı kəndini əhatə edən "İnqilab" Sovxozunun direktoru vəzifəsində işləmişdir.
1976–1989-cu illərdə Ağdamın Güllücə, Tağbəyli, İlxıcılar və Suma kəndlərini əhatə edən Azərbaycanın ən böyük təsərrüfatlarından biri olan Hüsü Hacıyev adına Sovxozun direktoru olmuşdur.
1989–1992-ci illərdə Ağdamın Qaradağlı kəndində Kolxoz sədri işləmişdir.
1992-ci ildən ömrünün sonuna kimi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Erroziya elmi, tədqiqat institutunun baş elmi işçisi vəzifəsində işləmişdir.
İctimai-siyasi fəaliyyəti
redaktəAğdam rayon partiya komitəsinin 2-ci katibi vəzifələrində fəaliyyət göstərib.
I çağırış Azərbaycan Respublikasının Milli Məclisinin 48 saylı Ağdam kənd seçki dairəsi üzrə seçilmiş bitərəf deputat Sofiq Hüseynov 30 dekabr 1997-ci il tarixində 47 yaşında ölmüşdür.[2] Sofiq Hüseynovdan boşalan mandat üçün 1998-ci ilin avqust ayına təkrar seçkilər təyin edilmişdir. 48 saylı Ağdam kənd seçki dairəsi üzrə bitərəf namizəd Yaqub Əhmədov 17 300 (49.7%) səs toplayaraq deputat seçilmişdir.[3]
Xeyriyyəçilik
redaktəYaqub Əhmədovun təşəbbüsü ilə Ağdamın Xıdırlı kəndinin əhalisinin içməli suya olan tələbatının yalnız su daşıyan maşınlarla qismən ödənilə bildiyi və başqa bir su mənbəyi olmadığı bir vaxtda Ağdam Xankəndi yolunun sağ tərəfində 10–15 ədəd artezian quyusunun qazılması, su mənbələrinin quraşdırılması və borularla kənd əhalisinə və təsərrüfatlara suyun verilməsi mümkün olmuşdur.[4]
Hüsü Hacıyev adına Sovxozun direktoru olduğu vaxtda sovxozun qısa müddətdə inkişaf etməsinə, infrastrukturun qurulmasına nail olmuşdur. Yevlax Ağdam magistral yolundan sağ tərəfə ayrılan bu kəndlərin yollarını yenidən bərpa etdirmiş, yol kənarında bağlar saldırmış, yolların işıqlanması üçün tədbirlər görmüşdür.[4]
Əsərləri
redaktəYaqub Əhmədov "Yüksək buğda məhsulu" (1972), "Yemçiliyin intensivləşdirilməsi yolları" (1993) kitablarının müəllifidir.
O kənd təsərrüfatında yemçilik məsələləri, şəkər çuğundurunun yem məqsədləri üçün yetişdirilməsi problemləri, eləcə də kənd təsərrüfatı elminin digər məsələləri ilə bağlı çoxlu sayda monoqrafiyaların müəllifidir. Həmin monoqrafiyalar və məqalələr SSSR-nin tanınmış elmi nəşrlərində dərc edilmişdir.
Mükafatları
redaktəSSRİ Ali Sovetinin rəyasət heyətinin fərmanı ilə Yaqub Əhmədov "Qırmızı Əmək bayrağı", "Şərəf nişanı" ordenləri və "Əmək igidliyinə görə" medalı ilə təltif edilmişdir.
Mənbə
redaktə- Ömür karvanı. Şair-publisist, jurnalist Məmməd Əfşan. Nurlan nəşriyyatı. 2008
- Mən görən kişilər. Şair-publisist, jurnalist Məmməd Əfşan. Azərbaycan nəşriyyatı. 2002
İstinadlar
redaktə- ↑ "ƏHMƏDOV Yaqub Alış oğlu" Arxivləşdirilib 2022-07-07 at the Wayback Machine. Azərbaycan Respublikasının Milli Məclisi
- ↑ "Öz əcəli ilə ölən, güllələnən, qəriblikdə vəfat edən deputatlar..." 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-29.
- ↑ "Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər üzrə 48 saylı Ağdam Kənd seçki dairəsində 1998-ci il avqustun 9-da keçirilmiş təkrar seçkilərin nəticələrinin yoxlanılması və təsdiqi haqqında Azərbaycan Respublikası Adından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarı". 2021-01-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-29.
- ↑ 1 2 "Xeyriyyəçi deputat Yaqub Əhmədov kim idi?" Arxivləşdirilib 2022-04-24 at the Wayback Machine. Demiryolcuveteranlar