Yarimtek Vena - Wikipedia
Yarimtek Vena - Wikipedia - Haqqında Məlumat
Yarımtək vena (lat. v. hemiazygos) — onurğanın döş hissəsinin sol tərəfində yerləşərək yuxarı və aşağı boş vena sistemini bir-biri ilə birləşdirir. Sol qalxan bel venasından (lat. v. lumbalis ascendens sinistra) başlayaraq döş fəqərələrinin sol tərəfi ilə və döş aortasının dalı ilə yeddinci və ya səkkizinci döş fəqərəsinədək yuxarı qalxır və haman fəqərələrin bərabərliyində ümumi limfa axacağının, döş aortasının və qida borusunun dalından sağa keçir və tək venaya açılır. Bu damar aşağı dörd qabırğaarası venaları, qida borusu, orta divar, bronx və ürək kisəsi venalarını qəbul edir.
Yarımtək vena | |||
---|---|---|---|
| |||
İnsanın venoz sisteminin diaqramı | |||
Tək vena (solda), yarımtək vena (sağda aşağıda), əlavə yarımtək vena (sağda yuxarıda), | |||
Latınca | Vena hemiazygos | ||
Qrey | subyekt 172 667 | ||
Başlanır | Aşağı qabırğaarası venalar | ||
Açılır | Tək vena | ||
Embrional | Sol yuxarı kardinal vena - lat. v. supracardinalis sinistra[1] | ||
Dorlands / Elsevier |
12850474 | ||
İstinadlar
redaktə- ↑ Edward Lamperti; Michael Schuenke; Erik Schulte; Udo Schumacher; Ross, Lawrence J. General Anatomy and Musculoskeletal System (Thieme Atlas of Anatomy). Thieme Publishing Group. 2006. 13. ISBN 3-13-142081-2.
Mənbələr
redaktə- Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı — 1979
- Р. Д. Синельников. Атлас анатомии человека (4 тома)