Yarkon Parki - Wikipedia
Yarkon parkı (ivr. פארק הירקון; Park HaYarkon) – İsrailin Təl-Əviv şəhərində yerləşən park. Parkı illik 16 milyon nəfər ziyarət edir.[1] Adını içindən axan eyniadlı çaydan götürən parkda çəmənliklər, idman qurğuları, botanika bağları, quş damları, su parkı, iki açıq konsert salonu, göllər yerləşir.
Yarkon parkı | |
---|---|
ivr. פארק הירקון | |
Məlumatlar | |
Parkın tipi | ictimai park |
Ölkə | |
Yerləşməsi | Təl-Əviv, İsrail |
Sahəsi | 321 ha |
Yaradılıb | 1973 |
Tabeçiliyi | Təl-Əviv bələdiyyəsi |
Ziyartəçi sayı | 16 milyon |
Statusu | ilin hər günü açıqdır |
Xəritədə yeri | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarix
redaktəParkın salınması planları 1969-cu ildə başlamışdır. 1973-cü ildə açılanda 1969-1974-cü illərdə Təl-Əviv şəhərinin meri olmuş İeşua Rabinoviçin şərəfinə İeşua bağı adlandırılmışdır.[2]
Görməli yerləri
redaktəParkda 6 bağ yerləşir: Gan HaBanim (Düşmüş Əsgərlər Memorial Bağı), Gan Nifga'ei HaTeror (Terror Qurbanları Memorial Bağı), Gan HaSlaim (Qaya bağı), Gan HaKaktusim (Kaktus bağı), Gan HaGazum (Budanmış bağ) və Gan HaTropi (Tropik bağ).
Dünyada öz növünün ən böyüklərindən biri olan Qaya bağı İsrailin geoloji müxtəlifliyini əks etdirir. 10 ar sahəyə malik bu bağda 3.500-dən çox bitki növü var (8 arında isə kaktuslar). 5 arlıq Tropik bağda palma ağacları ilə kölgələnən və kiçik gölə aparan taxta yol yerləşir. Yağış meşəsini xatırladan mikroiqlim səhləblərin və sarmaşıq bitkilərinin müxtəlifliyinə səbəb olmuşdur.
Yarkon çayı bütün park boyunca axır, parkın qərb sərhədində Aralıq dənizinə çatır, daha sonra Təl-Əviv limanına – əyləncə və turizm mərkəzinə gəlib çıxır. Son bir neçə ildəki səylərə baxmayaraq, çay hələ də çirklidir. Çirkli suyuna baxmayaraq 2011-ci ildə Təl-Əviv meri Ron Huldai çaya tullanıb üzmüşdür. Bütün bunlara baxmayaraq, ərazi biomüxtəlifliyini qorumağa davam edir. Park cücülər, su quşları, adi çaqqallar, oxlu kirpilərlə, manqustalar ilə zəngindir.[3]
Tədbirlər
redaktəParkda bir çox məşhur musiqiçi və musiqi qrupunun konserti baş tutmuşdur: Maykl Cekson, Pol Makkartni, The Rolling Stones, Piter Qabriel, Madonna, Devid Boui, Karlos Santana, Dire Straits, Elton Con, Bon Jovi, Aerosmith, Metallica, U2, Depeche Mode, Guns N’ Roses, Red Hot Chili Peppers, Ugly Kid Joe, Linkin Park, Ozzi Osborn, Co Koker, Morrissi, Eurythmics, Westlife, Five, Castin Timberleyk, Robbi Vilyams, Rihanna, Siya Förler, OneRepublic, Lady Gaga, Castin Biber, Rod Stüart, Queen + Adam Lambert və Britni Spirs.
ABŞ müğənnisi Britni Spirs 3 iyul 2017-ci ildə parkda 60.000 nəfərin iştirakı ilə konsert vermişdir.[4] Konsertə görə İsrail Əmək Partiyası yeni sədrini müəyyənləşdirmək üçün keçirilməsi lazım olan səsverməni sabaha təxirə salmışdı. Səsvermə 3 iyul üçün nəzərdə tutulsa da, rəsmilər maşın tıxaclarından və üzvlərin konsertə üstünlük verməsindən ehtiyat etmişlər.[5]
Superulduz Maykl Cekson 19/21 sentyabr 1993-cü ildə parkda konsert vermişdir. Birinci konsertə 80.000 nəfər, ikincisinə 100.000 nəfər gəlmişdi.
İtaliya opera evi La Skala Təl-Əviv şəhərinin 100 illiyi ilə bağlı olaraq parkda 100.000 nəfərin iştirakı ilə konsert vermişdir.[6]
İstinadlar
redaktə- ↑ "Park Hayarkon – the Central Park of Tel Aviv". 2008-05-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-05.
- ↑ "Changing pollution into paradise". 2011-07-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-05.
- ↑ At Tel Aviv's Yarkon Park, they're sweating the small stuff
- ↑ "Massive: Britney Spears Performs For 60K Crowd In Tel Aviv, Israel". 2017-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-05.
- ↑ "Oops! Britney Spears gig forces Israeli Labour party to delay leadership contest". The Guardian. 5 April 2017. 28 January 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 November 2017.
- ↑ "Opera Celebrates Tel Aviv's centennial". Entertainment News. 17 July 2009. 27 August 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 November 2017.
Xarici keçidlər
redaktə- Yarkon Park Arxivləşdirilib 2011-09-28 at the Wayback Machine