Yavuz Axundlu - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Yavuz İbrahimxəlil oğlu Axundlu (7 yanvar 1927, Ordubad, Naxçıvan MSSR – 15 avqust 2017) — ədəbiyyatşünas, filologiya elmləri doktoru (1983), professor (1983). Azərbaycan SSR əməkdar müəllimi (1966).
Yavuz Axundlu | |
---|---|
Axundlu Yavuz İbrahimxəlil oğlu | |
Doğum tarixi | 7 yanvar 1927 |
Doğum yeri | |
Vəfat tarixi | 15 avqust 2017 (90 yaşında) |
Təhsili | Naxçıvan Müəllimlər İnstitutu, Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsi |
Fəaliyyəti | ədəbiyyatşünas, universitet müəllimi[d] |
Həyatı
redaktəNaxçıvan Müəllimlər İnstitutunun tarix-filolgiya (1947) və Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsini (1952) bitirmişdir. Naxçıvan şəhər orta məktəblərində müəllim,dərs hissə mediri, direktor işləmişdir (1952–1967). 1962-ci ildən Naxçıvan Dövlət Universitetində (ilk vaxtlar Azərbaycan Dövlət Pedoqoji İnstitutunun filialı, sonralar Naxçıvan Pedoqoji İnstitutu) çalışır. Filial direktorunun müavini (1967–1969), tədris və elmi işlər üzrə prorektor (1974–1979), tarix-filologiya fakültəsinin dekanı (1986–1988) olmuşdur. 1970-ci ildən ədəbiyyat kafedrasının müdiri işləmişdir. Azərbaycan ədəbiyyatında tarixi roman janrının inkişafına, nəzəri-estetik prinsiplərinə dair tədqiqatların müəllifidir. 1997-ci ildə Ankarada Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsinə həsr edilmiş "İstiqlalın əzablı yolu" kitabı türk dilində çap olunmuşdur. Türkiyədə, Şimali Kipr Türk Cümhuriyyətində beynəlxalq elmi konfranslarda məruzələr etmişdir.
15 avqust 2017-ci ildə vəfat etmişdir.[1]
Əsərləri
redaktə- Tarixi roman və müasirlik. Azərbaycan SSR "Bilik" Cəmiyyəti. Bakı: Elm, 1975;
- Azərbaycan sovet tarixi romanı. Bakı: Yazıçı, 1979;
- Tarix və roman. Bakı: Yazıçı, 1988;
- Ədəbiyyat nəzəriyyəsi kursunda sentimentalizm ədəbi cərəyanının öyrədilməsi (metodik göstəriş). Bakı, 1990 (Hüseyn Həşimli ilə birgə);
- Məmməd Səid Ordubadi: həyatı, mühiti və yaradıcılığı. Bakı: Sabah, 1997;
- Naxçıvan-yurdum mənim (məqalələr toplusu). Bakı: Sabah, 1997;
- İstiklalin Azaplı Yolu. Ankara: Ankara Üniversitesi Yayınevi, 1997;
- İstiqlal şairləri. Bakı: Elm, 1998;
- Tarixi roman yeni mərhələdə. Bakı: Maarif, 1998;
- Mənim əbədi dünyam (ədəbi-tənqidi məqalələr). Bakı: Maarif, 1998;
- Ədəbi yaddaşdan səhifələr (məqalələr). Bakı: Adiloğlu, 2002;
- Ədəbi mühit və sənətkar (məqalələr). Bakı: Adiloğlu, 2002;
- Ürəyimdən keçənlər (publisistik düşüncələr). Bakı: Adiloğlu, 2002;
- Əlimdədir hələ qələm… (məqalələr). Bakı: Adiloğlu, 2003;
- Ədəbi portretlər. Bakı: Adiloğlu, 2004;
- Müəllimlərim və müəllim dostlarım. Bakı: Adiloğlu, 2004;
- Azərbaycan tarixi romanı: mərhələlər, problemlər: 1930–2000. Bakı: Adiloğlu, 2005;
- Ədəbi portretlər. Bakı: ADPU, 2008;
- Ədəbi portretlər. Bakı: Elm, 2009;
- Elmin və təhsilin işığında. Bakı: Elm və təhsil, 2010;
- Karabağ — İmdat Çığlığı (Karabağ Harayı). İstanbul: Kültür Ajans Yayınevi, 2010;
- Məmməd Səid Ordubadi: həyatı, mühiti və yaradıcılığı. Bakı: Elm və təhsil, 2012;
- Ədəbi estafet. Bakı: Adiloğlu, 2013;
- İstiqlalın əzablı yolu. Bakı: Adiloğlu, 2013;
- Xatirələr işığında: ömür keçdi, gün keçdi… Bakı: Adiloğlu, 2014.
Mənbə
redaktə- Yavuz Axundlu Arxivləşdirilib 2010-09-27 at the Wayback Machine
İstinadlar
redaktə- ↑ "Yavuz Axundlu vəfat etdi - Axar.az". 2022-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-27.