Yayoi Kusama - Wikipedia
Yayoi Kusama (草間 彌生, Kusama Yayoi?, d. 22 mart 1929) — Yaponiya avanqard sənətçisi. Əsasən heykəltaraşlıq və quraşdırma sənəti ilə, eləcə də, rəssamlıq, film, dəb, poeziya kimi sənət sahələri ilə də məşğul olur. Onun işləri konsepsual incəsənətə əsaslanır, işləri feminizm, minimalizm, sürrealizm, pop-art və abstrakt ekspressionizm kimi üslublardadır, avtobioqrafik, psixoloji və seksual məzmun daşıyır. Hazırda Yaponiyada yaşayan ən vacib müasir sənətçilərdən biri hesab olunur.
Yayoi Kusama | |
---|---|
yap. 草間彌 | |
Doğum tarixi | 22 mart 1929[1][2][…] (95 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | heykəltaraş, romançı, rəssam, yazıçı, boyakar[d], fotoqraf, quraşdırma rəssamı[d], conceptual artist, dəb dizayneri, video artist, performance artist[d], kollaj hazırlayan[d], memarlıq çertyojçusu[d], vizual incəsənət rəssamı |
Janrlar | abstraksionizm[3], İnstallyasiya[d][3] |
Stillər | abstraksionizm[5], müasir incəsənət[5], pop-art[5] |
Mükafatları | |
yayoi-kusama.jp | |
Vikianbarda əlaqəli mediafayllar |
Kusama Yaponiyanın Matsumoto şəhərində anadan olub və Kioto İncəsənət Məktəbində nihonqa adlı ənənəvi yapon rəssamlıq üslubunu öyrənib.[6] Lakin o, Amerikan abstrakt impressionizmindən təsirlənib. 1958-ci ildə Nyu-York şəhərinə köçüb və 1960-cı illərin avanqard cərəyanına qoşulub. 1970-ci illərdən etibarən sənətlə məşğul olmağa davam edir.[7]
Həyatı
redaktəYayoi Kusama 22 mart 1929-cu ildə Yaponiyanın Naqano prefekturasının Matsumoto şəhərində anadan olub.[8] Dörduşaqlı ailənin üçüncü uşağı idi. Kusama balaca yaşlarda rəssamlıqla məşğul olmağa başlayıb, 18 yaşında şeir yazırdı. Anası onun sənətlə məşğul olmasını dəstəkləmirdi. İkinci dünya müharibəsində isə bir hərbi fabrikdə Yaponiya ordusu üçün paraşütlərin tikilməsi işi ilə məşğul olmuşdur. Onun sözlərinə görə uşaqlığı bu təcrübədən çox təsirlənib. 10 yaşında isə hallüsinasiyalar görməyə başlayıb. Kusamaya görə hallüsinasiyalarında onunla danışan güllər də görürdü.
Kusama 1948-ci ildə Kioto İncəsənət Məktəbində nihonqa öyrənməyə başlayıb, lakin yapon stilini bəyənməyən Kusama Avropa və Amerika avanqard sənətinə yönəlib. 1950-ci illərdə Matsumoto və Tokio şəhərlərində şəxsi sərgilərini təşkil etməyə başlayıb.
1950-ci ildən başlayaraq Kusama əsasən kağızda sulu boya və ya yağlı boya ilə abstrakt şəkillər çəkməyə başlayıb. O, divarları, döşəmələri, ev əşyalarını xallarla bəzəyirdi. Bu üslub daha sonra onun tanınmış üslubuna çevriləcəkdi.
ABŞ dövrü
redaktəTokio və Fransada yaşadıqdan sonra Kusama 27 yaşında ABŞ-yə köçüb. O bildirmişdi ki, Yaponiya cəmiyyəti qadınlar üçün çox kiçik və feodalistikdir. 1957-ci ildə Sietl şəhərinə köçüb və Zoe Dusanna qalereyasında bir sərgisi baş tutub. Bu şəhərdə 1 il yaşadıqdan sonra Nyu-Yorka köçüb. ABŞ-yə köçdükdən sonra avanqard cərəyanında öz üslubu ilə reputasiya qazanıb və sənət tənqidçisi Herbert Ridin xoş sözlərini qazanıb.
1961-ci ildə studiyasını Donald Cadd və heykəltaraş Yeva Hesse ilə eyni binaya köçürüb. Kusama Hesse ilə yaxın dost olmuşdur. 1960-cı illərdə ayaqqabıları, nərdivanları, ayaqqabıları ağ fallik çıxıntılarla bəzəməyə başlayıb. 1963-cü ildən Güzgü/Sonsuzluq otaqları seriyasına davam edib. Bu kompleks sonsuz güzgü quraşdırmalarında otaqlar güzgülü şüşələrlə əhatə olunub və neon rəngli kürələrlə təchiz olunub.
Növbəti illərdə Kusama xeyli məhsuldar yaradıcılıqla yadda qalıb və 1966-cı ildən etibarən otaq ölçülü, güzgülər, işıqlarla əhatə olunan quraşdırmalar üzərində işləməyə davam edib. O, Donald Cuddu və Cozef Kornelli yaxın dostları və dəstəkçiləri arasında görürdü. Lakin Kusama öz işlərində maddi qazanc əldə edə bilmirdi və həmin dövrdə həddən artıq işlədiyindən xəstəxanaya yerləşdirilib. Corciya O'Kiff Edit Herbertdən xahiş etmişdi ki, Kusamadan bəzi əsərlərini satın alaraq ona kömək etsin. Bir çox kişi sənətçi onun əsərlərini təqlid edib. Həmin şəxslər bu əsərlərdən şöhrət qazansalar da, Kusama məşhurluq qazana bilməyib. Eləcə də, layiq olduğu pulu qazana bilməyib. Bu hal hətta onun intihara təşəbbüs etməsinə gətirib çıxarıb.
1960-cı illərdə Kusama Vyetnam müharibəsini tənqid edən və özündə çılpaqlıq ehtiva edən əsərlər üzərində işləyib. Bir əsərində Yayoy Kusama Riçard Niksona açıq məktub yazmışdı və Vyetnam müharibəsini dayandırmasının qarşılığında onunla seks təklif etmişdi. 1967-1969-cu illərdə o, maksimum şəkildə ictimaiyyətə açıq, çılpaq performansçılardan ibarət performanslar üzərində işləyib. Müasir İncəsənət Muzeyinin Heykəltaraşlıq Bağçasında keçirdiyi bir performansda Kusamanın göstərişi ilə 8 performansçı paltarlarını soyunmuş və yaxınlıqdakı heykəlləri təqlid edən pozalar vermişdilər.
Təsiri
redaktə- ABŞ Superchunk qrupun "Here's to Shutting Up" albomunda "Art Class (Song for Yayoi Kusama)" (ing. İncəsənət dərsi (Yayoi Kusama üçün mahnı)) adlı mahnı var.
İstinadlar
redaktə- ↑ RKDartists (nid.).
- ↑ Yayoi Kusama (ing.). 2008.
- ↑ 1 2 3 Artnet. 1998.
- ↑ The Fine Art Archive.
- ↑ 1 2 3 Cole R. Yayoi Kusama // Encyclopædia Britannica (ing.).
- ↑ "Yayoi Kusama". guggenheim.org. 21 February 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 February 2018.
- ↑ Yamamura, Midori (2015) Yayoi Kusama: Inventing the Singular. MIT Press. ISBN 9780262029476
- ↑ "Yayoi Kusama | Biography, Art, & Facts". Encyclopædia Britannica. 25 June 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 September 2019.