Yeddi Agac - Wikipedia
Yeddi Agac - Wikipedia - Haqqında Məlumat
Yeddi ağac — Azərbaycanda əsasən yaz, payız ayları və ya bayramqabağı günlərdə uşaq və gənclər arasında geniş yayılan qədim oyunlardan biri.
Oyunun qaydaları
redaktəYeddi ağac qırığı düzəldib qoyurlar bir daşın üstünə. Sanama və ya püşklə ayrılan oyunçu dayanır ağacın yanında və gözlərini yumur. Qalan oyunçular qaçıb gizlənirlər. Sonra pusquda duran oyunçu qaçıb gizlənənləri axtarır. Əgər axtarılan oyunçulardan biri gəlib ağacları qarışdırıb yerə tökərsə, oyun yenidən başlanır. Pusquda duran oyunçu ağacları qorumaq şərtilə bütün gizlənən yoldaşlarını tapmayınca bu oyundakı axtarıcı vəzifəsindən xilas ola bilmir. Elə ki, bütün gizlənən yoldaşlarını tapdı, o zaman ilk dəfə tapdığı yoldaşı onu əvəz edir. Oyun göstərilən qaydada yenidən davam edir.