Yekan Kehriz - Wikipedia
Yekan Kəhriz (fars. یکان کهریز) — İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. Yekan farsca bir və vahid mənasında kəhriz isə su arxı və suyu bağlayan yerə deyilir[1].
Yekan Kəhriz | |
---|---|
38°40′ şm. e. 45°27′ ş. u.HGYO | |
Ölkə | |
Coğrafiya
redaktəYakan Kəhriz Yamçı bəxşinin qərbi, Əsl kəndinin şimalı, 5591 metrlik dağlara cənubda, şərqdən yuxarı yekanda yerləşir. bu kənd dağ ətəyində yerləşib Yekanat (Yekanlar) dehestanının mərkəzidir.
Əhali
redaktəYekan Kəhrizdə 6 böyük tayfa vardır ki onların adları belədir:
- Çaylu tayfası
- Həmzəlu
- Yarğeybli
- Hasarlu
- Oğuzlu
- Qərəli
Tarixi
redaktəAşuri kətibələrində Əski şəhər Ulxu ətrafinda olan kəhrizlərdən söz gedib ki ehtimal verilir Yekanda çoxlu kəhrizlərin olduğu üçün mənzur bu kənd imiş. Yekanat əskidən ovlanma yeri olmuşdur eləki Müzəfərrədin şah vəliəhdlik dönəmində neçə dəfə ovlanmaq üçün buraya gəlmişdir. Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər və Teymurilərin bəzi savaşları bu sahədə olmuşdur. Məşrutə inqilabında Yekanlıların önəmli rolu varidi edləki Kəsrəvi yazır:
Yekanat məşrutədə çoxlu zəhmətlər çəkmişlər.
Əhalisi
redaktə2006-cı il məlumatına görə kənddə 2,118 nəfər[2] yaşayır (526 ailə).
Məşhurları
redaktəTürbələr
redaktəYekan kəhrizdə ən məşhur olan iki türbə var birisi imamzadə Sultan Ərcəs obiri isə Seyid Əli Mir Qılınc türbəsidir. ikinci türbə Çaylu məhəlləsində yerləşibdir.
Şəxslər
redaktə- Mirzə Nurulla xan Yekani, İran Məşrutə hərakatının fəal üzvü.
- Mirzə Möhbəli xan Yekani, siyasətçi.
- Mirzə Cahangir xan Ziyai, alim, şair, siyasətçi, xəttat.
- Nəzərəli xan Mərəndi, Mərənd mahalının xanı, savaşçı.
- Əlirza xan Yekani, hərbçi.
İstinadlar
redaktə- ↑ Dehxuda sözlüyü[ölü keçid]
- ↑ "Kəndin əhalisi". 2011-11-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-11-14.