Yelena Zelenskaya - Wikipedia
Yelena Vladimirovna Zelenskaya (Kiyaşko) (6 fevral 1978, Krivoy Roq, Dnepropetrovsk vilayəti) — Ukrayna Respublikası Prezidenti Volodimir Zelenskinin həyat yoldaşı; Ukrayna Respublikasının birinci xanımı.[1]
Yelena Zelenskaya | |
---|---|
ukr. Олена Володимирівна Зеленська rus. Елена Владимировна Зеленская | |
Ukraynanın birinci xanımı[d] | |
Vəzifədədir | |
20 may 2019-cu ildən | |
Əvvəlki | Marina Poroşenko[d] |
Şəxsi məlumatlar | |
Doğum adı |
Олена Володимирівна Кияшко Елена Владимировна Кияшко |
Doğum tarixi | 6 fevral 1978 (46 yaş) |
Doğum yeri | |
Təhsili |
|
Fəaliyyəti | ssenarist, memar |
Atası | Volodimir Kiyaşko[d] |
Həyat yoldaşı |
|
Uşaqları | |
Dini | şərqi ortodoks xristianlıq |
Hərbi xidmət | |
Mənsubiyyəti | Ukrayna |
Vikianbarda əlaqəli mediafayllar |
Ailəsi
redaktəYelena və Volodimir orta məktəbdə paralel sinifdə təhsil alıblar. Lakin onların tanışlığı bir qədər sonraya – tələbəlik dövrünə təsadüf edib. Həmin vaxt Volodimir Kiyev Dövlət İqtisad Universitetinin Krivoy Roq İqtisadi İnstitutun Hüquq fakültəsində, Yelena isə Texniki Universitetin İnşaat fakültəsinin birinci kursunda təhsil alırdılar.
İlk tanışlıqlarından 8 il sonra – 2008-ci ildə onların toyu olub. Hazırda bu ailənin 2 övladı – Aleksandra adlı qızı və Kiril adlı oğlu var.
Şəxsi həyatı
redaktəHəmişə gözdən uzaq bir həyat tərzi sürməyə üstünlük verən Yelenanın sosial şəbəkələrdə heç bir fərdi səhifəsi yoxdur.[1]
O, dəbdəbəli tədbirlərdə də iştirak etməyib[1]. Ukrayna telekanallarından birinə müsahibə verərkən həyat yoldaşının prezidentliyə namizədliyini dəstəkləmədiyini açıqlayıb[1]. Ancaq seçki prosesi zamanı bütün görüşlərdə həyat yoldaşının yanında olub[1].
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 Ukraynanın yeni birinci xanımı: Yelena Zelenskaya kimdir? (FOTOLAR) Arxivləşdirilib 2019-04-23 at the Wayback Machine. qaynarinfo.az, 22.04.2019 (az.)