Yelpikvari Yemisan - Wikipedia
Yelpikvari yemişan (lat. Crataegus flabellata) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü.
Yelpikvari yemişan | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Növ: Yelpikvari yemişan |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Təbii yayılması
redaktəTəbiətdə növün arealı Şimali Amerikanın şimal-şərqi rayonlarını - Kvebekdən Pensilvaniyayadək olan əraziləri əhatə edir.
Botaniki təsviri
redaktəHündürlüyü 6 m-dək olan, çoxgövdəli ağacdır. Budaqları yuxarı qalxan, qonur, zoğları çılpaq, bozumtuldur, kiçik budaqları isə əyridir. İynələri çoxsaylı, möhkəm, biraz əyilmişdir, uzunluğu 3-10 sm-dir. Yarpaqları enli- yumurtavari və ya rombvari, ucu biz, bünövrəsi enli və ya ensiz, xırda dişli, 4-6 cüt yelpikvari yayılan, dərin olmayan pərli, cüt dişciklidir. Uzunluğu 3-7 sm, eni 2,5-6 sm, bəzi zoğlarda uzunluğu 9 sm, eni 8 sm, üstü yapışıq tükcüklü, sonradan çıxıntılı və ya çılpaq olub, alt tərəfi də çılpaqdır. Saplaqların uzunluğu 1-4 sm, yalançı zoğları xətvari-lansetvari, vəzicikli-tükcüklü, tez töküləndir. Çiçək qrupları 8-12 çiçəkli, oxu zəif tükcüklüdür. Ağ ləçəkli və xətvari-lansetvari çiçəklərin diametri 1,5-2 sm olub, uzun çiçək saplaqlarında yerləşir. Kasayrpaqları vəzicikli-dişli, çılpaqdır, çiçəklədikdən sonra əyilir, erkəkcikləri 5-12, çəhrayı tozluqludur, sütuncuqları 3-5 ədəddir. Meyvələri ellipsvari, parlaq qırmızı, uzunluğu 8-12 mm, sarımtıl unlu şirəli lətlidir. Çəyirdəkləri 3-5, uzunluğu 6-7 mm, arxa tərəfdə 1-3 buğumludur. Mayda çiçəkləyir. Sentyabr-oktyabrda meyvələri yetişir. Yelpikvari yemişan C.macrosperma və C.chrysocarpa növlərinin hibrididir.
Ekologiyası
redaktəSoyuğa davamlıdır. Çay vadilərində bitir.
Azərbaycanda yayılması
redaktəGəncədə, Bakıda, Qəbələdə və s. yerlərdə park və bağlarda təsadüf edilir.
İstifadəsi
redaktə1830-cu ildən mədəni şəraitdə becərilir, yaşıllaşdırılmada dekorativ bağçılıqda geniş istifadə olunur.
İstinadlar
redaktə- ↑ The Plant List (ing.). 2010.