Yeni Zod - Wikipedia
Yeni Zod (əvvəlki adı: Azad) — Azərbaycan Respublikasının Göygöl rayonunun Yeni Zod kənd inzibati ərazi dairəsində kənd.[3] Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Xanlar rayonunun Azad kənd inzibati ərazi vahidi tərkibindəki Azad kəndi Yeni Zod kəndi, Azad kənd inzibati ərazi vahidi Yeni Zod kənd inzibati ərazi vahidi adlandırılmışdır.[4]
Yeni Zod | |
---|---|
40°29′35″ şm. e. 46°21′01″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.145 m[1] |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ 2500 |
Toponimikası
redaktəKəndin keçmiş adı Suluqdur. 1990-cı ilədək yaşayış məntəqəsinin əhalisi XIX əsrdə Cənubi Azərbaycanın Xoy mahalından köçüb gəlmə ermənilərdən ibarət olmuşdur. İndiki əhalisi Ermənistandan zorla çıxarılmış azərbaycanlılardır. Tarixi mənbələrin verdiyi məlumata görə, III-V əsrlərdə Azərbaycanda feodal istehsal üsuluna keçildi. Feodallar iki qrupa ayrılırdı: dünyəvi və ruhani feodallar. Dünyəvi feodallar iri və xırda feodallar təbəqəsindən ibarət idi. Xırda feodallar "azatlar" adlanırdı. Hökmdarların və iri I feodalların dayağı olan azatlar onların vassalları hesab edilirdilər. I Xosrov Ənuşirəvanın zamanında azatların sayı artırdı. Azatlar kahinlər kimi böyük imtiyaza malik idilər. Bununla bağlı azat/azad sözü "xırda", "kiçik" mənası ilə yanaşı "müstəqil, sərbəst" mənalarını kəsb etməyə başladı. Azad sözünün şəxs adı kimi istifadə edilməsi daha sonrakı dövrlərə aiddir. Azərbaycan toponimiyasında rast gəlinən azad toponimləri və topokomponentlərinin böyük əksəriyyəti "xırda", "müstəqil" mənaları ilə izah olunur. Ermənistan ərazisində Azad (keçmiş Ağkilsə kəndinin 1935-ci ildən etibarən adı), Azatamut, Krımda Azat yaşayış məntəqələri qeydə alınmışdır.[5]
Tarixi
redaktəCoğrafiyası və iqlimi
redaktəKənd Kürəkçayın sol sahilindən bir qədər aralı, Murovdağ silsiləsinin ətəyində, Göy göldən cəmi 10 km. aralıda yerləşir.
Əhalisi
redaktəSakinlərinin əksəriyyətini Qərbi Azərbaycanın Göyçə mahalının Zod kəndindən 1988-ci ildə qaçqın düşmüş əhali təşkil edir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1177 nəfər əhali yaşayır.[6]
İqtisadiyyatı
redaktə- Kənd əhalisi əsasən kənd təsərrüfatı ilə məşğuldur.
Mədəniyyəti
redaktəKənddə iki klub və iki kitabxana fəaliyyət göstərir. Elektron ATS-ə malik olan kənddə əksər evlər telefonla təchiz edilib.
Təhsil
redaktəKənddə bir orta ümumtəhsil məktəbi fəaliyyət göstərir.
İstinadlar
redaktə- ↑ http://www.fallingrain.com/world/AJ/62/Azad.html.
- ↑ Erməni Sovet Ensiklopediyası (erm.). / red. Վ. Համբարձումյան, Կ. Խուդավերդյան Հայկական հանրագիտարան հրատարակչություն, 1974.
- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı". 2022-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-24.
- ↑ Yeni Zod // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
- ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Xarici keçidlər
redaktəHəmçinin bax
redaktə Göygöl rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |