Yenidenyazma Sujet - Wikipedia
Yenidənyazma və ya rebut[1] (ing. Reboot) — eyni personajlardan və ideyalardan istifadə edən, lakin seriyada əvvəlki əsərlərdə baş tutan hadisələrə məhəl qoymayan, yeni süjet xətti yaradan bədii əsərin (film, kompüter oyunu, komiks və s.) yeni versiyası.[2] Yenidənyazma seriyadakı köhnə girişlərin süjetini ləğv etmədiyi təqdirdə, bu, yumşaq yenidənyazma adlanır və hər halda, bir çox cəhətdən hekayəni sıfırdan başladır.[3]
Yenidənyazmanın əsas məqsədi yeni fanatlar cəlb etmək və gəliri artırmaq üçün seriyanı "canlandırmaq"dır.[2] Beləliklə, yenidənyazma köhnəlmiş seriyanı xilas etmək cəhdi kimi qiymətləndirilə bilər.[4] Bundan əlavə, seriyanın sıfırdan başlaması qazanc baxımından kifayət qədər təhlükəsiz layihədir, çünki tanınmış personajların olduğu əsərin artıq mövcud fanatları var və buna görə də tamamilə orijinal əsərdən daha az risklidir.[5]
İstinadlar
redaktə- ↑ Е. Н., Шагалова. Словарь новейших иностранных слов. АСТ-ПРЕСС КНИГА. 2017. ISBN 978-5-462-01845-9.
- ↑ 1 2 Willits, Thomas R. "To Reboot or Not to Reboot: What is the Solution?". bewilderingstories.com. 2009. 2012-09-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-12-09.
- ↑ Agar, Chris. "Why Soft Reboots Are the Ideal Compromise Between Remakes & Sequels". Screen Rant. 2016-02-11. 2020-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-17.
- ↑ Tallerico, Brian. "Twenty Film Franchises in Need of a Reboot". movieretriever.com. 2009-04-27. 2012-09-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-12-09.
- ↑ Sunday Discussion: The Mighty Hollywood Reboot Trend Arxivləşdirilib 2010-08-28 at the Wayback Machine. Firstshowing.net (October 6, 2008).