Yens Stoltenberq - Wikipedia
Yens Stoltenberq (norv. Jens Stoltenberg; 16 mart 1959[1][2][…], Oslo, Norveç[2]) — Norveç dövlət və siyasi xadimi, 2000–2001 və 2005–2013-cü illərdə Norveçin baş naziri, 1 oktyabr 2014-cü ildən NATO-nun baş katibi.
Yens Stoltenberq | |
---|---|
norv. Jens Stoltenberg | |
| |
NATO-nun 13-cü baş katibi | |
Vəzifədədir | |
1 oktyabr 2014-dən | |
Əvvəlki | Anders Foq Rasmussen |
17 oktyabr 2005 – 16 oktyabr 2013 | |
Monarx | V Harald |
Əvvəlki | Kyel Maqne Bondevik |
Sonrakı | Erna Solberq |
3 mart 2000 – 19 oktyabr 2001 | |
Monarx | V Harald |
Əvvəlki | Kyel Maqne Bondevik |
Sonrakı | Kyel Maqne Bondevik |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 16 mart 1959[1][2][…] (65 yaş) |
Doğum yeri | |
Partiya |
|
Təhsili | Oslo Universiteti |
Fəaliyyəti | iqtisadçı, siyasətçi, dövlət xadimi |
Atası | Turvald Stoltenberq |
Uşağı | 2 |
Elmi fəaliyyəti | |
Elm sahəsi | siyasət, Beynəlxalq təhlükəsizlik[4] |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəYens Stoltenberq Norveçdə tanınmış siyasətçi ailəsində dünyaya gəlmişdir. Onun atası, Turvald Stoltenberq 1979–1981-ci illərdə Norveçin müdafiə naziri, 1987–1989 və 1990–1993-cü illərdə isə xarici işlər naziri olmuşdur.
Yens karyerasına Norveçdə solçuların əsas mətbuat orqanı olan "Arbeiderbladet" qəzetində jurnalist kimi başlamışdır. 1985–1989-cu illərdə Norveç Fəhlə Partiyasının gənclər təşkilatına rəhbərlik etmişdir. 1993–1996-cı illərdə Qru Harlem Brundtland hökumətində ticarət və energetika naziri, 1996–1997-ci illərdə Turbyorn Yaqland hökumətində maliyyə naziri olmuşdur.
2000-ci ilin martında baş nazir vəzifəsini tutmuş, 10 sentyabr 2001-ci ildə keçirilən seçkilərdə onun partiyası 24% səslə öz tarixinin ən zəif nəticəsini göstərərək məğlub olmuşdur.
2002-ci ildə Norveç Fəhlə Partiyasının rəhbərliyində Turbyorn Yaqlandı əvəz etmiş və 12 sentyabr 2005-ci il seçkilərində qalib gələrək 17 oktyabr 2005-ci ildə yeni hökumətə rəhbərlik etməyə başlamışdır. 2009-cu il seçkilərində də yüksək nəticə göstərərək növbəti 4 il müddətində hakimiyyətdə qalmışdır. 2013-cü il seçkilərində Stoltenberqin partiyası parlamentdə üstünlüyü itirdi və onun hökuməti istefaya getdi.
28 mart 2014-cü ildə vəzifələrinin icrasına 1 oktyabr 2014-cü ildən başlamaqla NATO-nun növbəti baş katibi seçilmişdir.
İstinadlar
redaktə- ↑ 1 2 Albert M. Jens Stoltenberg // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 3 4 5 6 https://www.stortinget.no/no/Representanter-og-komiteer/Representantene/Representantfordeling/Representant/?perid=JES&tab=Biography.
- ↑ 1 2 https://www.workwithdata.com/person/jens-stoltenberg-1959.
- ↑ Stoltenberg, Jens // Çex Milli Hakimiyyət Məlumat bazası.