Yer Tanri - Wikipedia
Yer Tanrı - türk və altay xalq inancında və mifologiyasında yer tanrısı. Yertengri və ya Certenger olaraq da deyilər. Bəzən şərri və eqoist düşüncələri təmsil edir. Göy Tanrı yanında ikinci planda qalar. İnsan formalı olaraq çox təsvir edilməmişdir. Ancaq çox vaxt qadın cildində qəbul edilir. Yer üzü və ya Dünya "Yertinç / Yerdinç" olaraq ifadə edilər.
Yer Tanrıya ağ toyuq qurban edilir. Bəzən də balıq, qoyun və ya öküz qurban verilir. Xüsusilə başı torpağa basdırılar. Bəzi nağıllarda isə zəif və çəlimsiz uşaqlar ana ataları tərəfindən torpağa basdırılarlar, bu uşaqlar orada güclənər və üç gün sonra bir igid kimi çıxarlar.
Sonsuz qadınlar müqəddəs bir ağacın altında Yer Anaya dua edərlər. Yer Ana nağıllarda qəhrəmanları sağ sinəsindən iki sol sinəsindən bir dəfə əmizdirər və igid inanılmaz bir gücə qovuşar.
Yakut qəhrəmanlıq dastanlarında, irəlidə yenilməz olacaq igidlər, uşaqlıqda çəlimsiz və zəifdirlər. Hətta ana-ataları belə, onları qəbul etmək istəməzlər. Ancaq torpağı qazıb, bu uşaqları torpağa basdırdıqdan sonra, Yer Tanrı (Yer Ana)dan bəslənərək güclənən bu uşaqlar, inanılmaz güclü və yaraşıqlı əfsanəvi qəhrəmanlara çevrilərlər. Anadoluda bəzi bölgələrdə bu gün belə dəlileri quyuya atmanın mənası da budur. Yer ilahəsini göstərən hər hansı bir şəklin olmadığı deyilər. Ancaq bəzən onu böyük bir qayın ağacının gövdəsində yaşayan ağ saçlı qadın şəklində izah edərlər. Bu ağacın budaqları, insanlara ən gözəl atları hədiyyə göndərən ruhun sahib olduğu göylərə qədər uzanar.
Yerəh Xan
redaktəYerəh Xan - türk və altay mifologiyasında ailə tanrısıdır. Yer Tanrı anlayışı ilə əlaqəli bir varlıqdır. Ailəni və evi qoruyar. Soğanı sevdiyi üçün soğanların yanına özünə qurban aşı buraxılar. Söz, yerləşmək feli ilə eyni köktendir. Monqolcada "Yeröh" dilək mənasını verər.
Mənbə
redaktə- Türk Əfsanə Sözlüyü, Dəniz Qaraqurd, Türkiyə, 2011, e-Kitab (OTRS: CC BY-SA 3.0) (türk.)
- Türk Mifologiyası Ensiklopedik Lüğət, Cəlal Bəydili, Yurt Nəşriyyat