Yerlendirme - Wikipedia
Yerləndirmə (torpaqlama) — şəbəkənin, elektrik qurğusunun və ya avadanlığın hər hansı bir nöqtəsinin yerləndirici qurğu ilə əlaqələndirilməsidir. Əsas xassələri ondan ibarətdir ki, yerləndirici qurğu yerlə kontakta girərək onunla elektrik birləşməsi yaradır. Bu qurğu elektrik cərəyanını yerə ötürməyə xidmət edir.
Yerləndirici qurğular
redaktəElektrotexnikada yerləndirici qurğuları təbii və süni olaraq iki qrupa bölürlər.
Təbii yerləndirici
redaktəTəbii yerləndirməyə aid olan konstruksiyalar yerlə daimi kontaktda olurlar. Ancaq onların müqaviməti tənzim olunmadığından və onların müqavimətinə heç bir tələb qoyulmadığından təbii yerləndirmənin konstruksiyalarını elektrik avadanlıqların yerləndirməsində istifadə etmək olmaz. Təbii yerləndiricilərə boruları misal göstərmək olar.
Süni yerləndirici
redaktəSüni yerləndirmə elektrik şəbkəsinin, elektrik qurğu və avadanlığının hər hansı bir nöqtəsinin yerləndirici qurğu ilə məqsədli olaraq elektrik əaqləndirilməsidir. Yerləndirici qurğu (YQ) yerləndirici (yerlə bir başa və dolayı yolla əlaqədə olan keçirici hissə və ya bir-biri ilə əlaqələndirilmiş keçirici hissələr tolumu) və yerləndirməli olan hissəni yerləndirici ilə birləşdirən (yerləndirici) naqildən ibarətdir.
Yerləndirici sadə metal içlik şəklində (çox vaxt polad, nadir hallarda mis) və ya xüsusi formalı mürəkkəb elementlərdən hazırlanır. Yerləmənin keyfiyyəti qurğunun cərəyan axınına qarşı müqavimətindən asılıdır. Müqavimt nə qədər aşağı olarsa, bir o qədər yaxşıdır. Bunu elektrodların en kəsiyini böyütmək və qruntun xüsusi elektrik müqavimətini kiçiltməklə, yerləndirici elektrodların sayını həmçinin/və ya dərinliyini artırmaqla, qruntda duzun konsentrasiyasını artırmaqla, onu qızdırmaqla və s. əldə etmək olar.
Süni yerləndiricilər iki qrupa bölünürlər:
Dərinlik yerləndiriciləri formasına görə böyük dərinliklər üçün nəzərdə tutulur. Onlar dairəvi poladdan, borudan və ya digər profil çubuqlardan hazırlanırlar. Maksimal yerləndirmə dərinliyi yerin xassələrindən asılıdır. Normal halda yerləndirici 30 m dərinliyə qədər yerə daxil eidlə bilir. Dərinlik yerləndiricilərin yeraltı sularla daimi əlaqədə olması üstün cəhətlər yaradır. Bu yerləndiricilər ən azı 9 m dərinlikdə quraşdırılır. Əlverişli dərinlikdə yerin səthində çox kiçik potensilar fərqi yaranır. Kifayət drinliyə malik olmayan yerləndiricilərin çatışmayan cəhəti ondan ibarətdir ki, onlar pis potensial paylanmasına malikdirlər.
Səthi yerləndirici qurğular ən azı 0,5 m, ən çox 1 m aralığında yerləşən dərinlikdə, yerin səthinə paralel olaraq quraşdırılırlar. Bu növ yerləndiricilər yerin üst səthində əlverişli keçirici üstqatı olan yerlərdə daha çox istifadə olunur. Səthi yerləndiricilər adətən lent şəkili və ya dairəvi en kəsiyə malik materiallardan, eləcə də məftillərdən hazırlanırlar. Səthi yerləniricilərin üstün cəhəti ondan ibarətdir ki, onun yerləşdirilməsi üçün heç bir xüsusi alətə ehtiyac yaranmır. Yerin üstqatının nəmliyinin daimi dəyişməsi səthi yerləndiricilərin paylayıcı müqavimətinə mənfi təsir göstərir.
Formaları
redaktəYerləndiricinin forması yerləndirmədə potensiallar fərqinin paylanmasına mühüm təsir göstərir. Onların aşağıdakı formaları vardır:
- Çubuq yerləndiricilər yerə daxil edilirlər. Çubuqlar bir-birinə keçirilir və bərkidilir. Bu növ yerləndiricilər tiklililərin sıx olduğu sahələrdə üstünlük təşkil edirlər, çünki orada digər formalı yerləndiricilərin quraşdırılması yer azlığı ucbatından problem yaradır.
- Lövhə yeləndiricilər 3 mm qalınlığında olan polad və ya mis materialından hazırlanırlar. Lövhənin səthi 0,5 m²-dir. Lövhə yerləndiricilər həm səthi, həm də dərinlik yerləndirici kimi tətbiq olunur.
- Lent yerləndiricilər uzadılmış dəmir lentdən düzəldilir. Onlar çox vaxt kabellərin çəkilməsində tətbiq olunurlar. Yayılma müqavimətini yaxşılaşdırmaq məqsədilə lent yerləndiricilər dikinə yerə batırılırlar.
- Üzük yerləndiricilər dairəvi şəkildə əyilmiş lent poladından hazırlanır. Müxtəli ölçülü üzük yerləndiricilər mövcuddurlar. Onlar binanın ətrafında bir-birindən 1 m məsafədə yerə daxil edilirlər.
- Şüa yerləndiricilər bit nöqtə ətrafında birləşmiş ən azı 6 lent yerləndiricidən ibarətdir. Şüalanan yerləndiricilər arasındakı bucaq 60°-dir. Bu növ yerləndirici ilə nisbətən kiçik müqavimətə malik yerləndirmə reallaşıdrmaq mümkündür.
- Tor yerləndiricilər tor şəklində düzülmüş və sonluqları bir-biri ilə bərkidilmiş olurlar. Ən sadə forması sonu üzük yerləndirici ilə birləşmiş şüa yerləndiricilərdir. Ən yüksək müqavimət sabiti əldə etmək üçün çox vaxt tor yerləndiricinin ətrafında bir neçə dərinlik yerləndiricilər quraşdırılır.
Yerləndirmə zamanı yaranan problemlər
redaktəYaxın ərazidə tətbiq olunan müxtəlif yerləndirici sistemlər öz aralarında problemlər yarada bilərlər. Bu əsasən şəhər mühitində, bir-birinə yaxın tikililərdə nəzərə çarpır. Potenias sürüşməsi sayəsində xətt cərəyanı dövri cərəyana qarışır. Bu ona gətirib çıxarır ki, avadanlıq səlis işləmir. Ən pis halda yerləndiricinin sıradan çıxmasına səbəb olur.
Boru vasitsilə yerə ötürülən dəyişən cərəyan uzun zaman kəsiyində borunun paslanmasına səbəb olur.
Mənbə
redaktə- Эндель Ристхейн. Введение в энерготехнику. Таллин.: Elektriajam, 2008. глава № 4.
- Gerhard Kiefer, Herbert Schmolke: VDE Schriftenreihe 106; "DIN VDE 0100 richtig angewand, Errichtung von Niederspannungsanlagen übersichtlich dargestellt". 5. Auflage. VDE Verlag GmbH, Berlin und Offenbach 2012