Yetkinlik Yasina Catmayanlar - Wikipedia
Yetkinlik yaşına çatmayanlar — hüquqda müəyyən yaş həddindən aşağı yaşda olan şəxslər. Həmin yaş həddi hər bir dövlətdə fərqli olan və şəxsin uşaqlıqdan yetkinlik mərhələsinə qədəm qoyduğunu göstərən yetkinlik yaşı ilə müəyyənləşdirilir. Yetkinlik yaşı hər bir yurisdiksiyada və praktikada fərqli olsa da, adətən 18 yaş qəbul edilir. Bəzən "yetkinlik yaşına çatmayanlar" ifadəsi heç də yetkinlik yaşı ilə əlaqələndirilmir. Məsələn, ABŞ-da alkoqollu içkilərin qəbul edilməsinə adətən 21 yaşda icazə verilir. Bu zaman həmin yaş həddinə çatmayan şəxslərə də, hətta onlar ən az 18 yaşda olsalar belə, yetkinlik yaşına çatmayanlar deyilir.[1][2] Eyni hal siqaret çəkilməsi, cinsi əlaqədə olmaq, nikah yaşı, nəqliyyat vasitəsinin idarə edilməsi, seçkidə iştirakla bağlı qoyulan yaş məhdudiyyətlərinə də aiddir.
Yaş həddi əksər yurisdiksiyalarda hər bir hala münasibətdə eyni müəyyən edilmir. Belə ki, cinayət məsuliyyətinə cəlb etmə, məktəbə qəbul, etibarlı müqavilənin bağlanması yaşı bir-birindən fərqlənir.
Avstraliya, Hindistan, Braziliya, Xorvatiya və Kolumbiya kimi bir çox ölkələrdə yetkinlik yaşına çatmayanlar dedikdə 18 yaşınadək olan şəxslər başa düşülür. ABŞ-da yetkinlik yaşı ştatların qanunvericiliyi ilə müəyyən edilir. Adətən 18 yaş qəbul olunur, bəzi ştatlarda isə bəzi hallarda (məsələn, qumar oynamaq, silahdan, alkoqollu içkilərdən istifadə zamanı) 21 yaş müəyyən edilib.
Yaponiya, Tayvan və Tailandda yaş həddi 20-dir. Yeni Zelandiya qanunvericiliyində də 20 yaş olsa da[3], yetkinlik yaşında olanların hüquqlarının əksəriyyəti daha aşağı yaşlarda əldə edilə bilər: məsələn, 15 yaşda müqavilə bağlamağa icazə verilir.[4]
Ölkələr üzrə
redaktəKanada
redaktəHər bir əyalət və bölgənin müvafiq olaraq əyalət və bölgə qanunvericiliyində yetkinlik yaşının həddini müəyyən etmək səlahiyyəti var. Odur ki, Kanadada yaş həddi əyalət və bölgələrdən asılı olaraq dəyişir.
Alberta, Manitoba, Ontario, Kvebek, Saskaçevan və Şahzadə Eduard Adasında yetkinlik yaşı 18, Britaniya Kolumbiyası, Yukon, Şimal-Qərb Əraziləri, Nunavut, Nyufaundlend, Yeni Şotlandiya və Nyu-Brunsvikdə isə 19-dur.[5] Saskaçevanda alkoqollu içkilər qəbul etmək və qumar yaşı 19-dur.[6]
İtaliya
redaktəİtaliyanın 8 mart 1975-ci il tarixli 39 nömrəli Qanununda 18 yaşınadək olan şəxslərin yetkinlik yaşına çatmayanlar olduğu təsbit edilmişdir.[7] 18 yaşınadək olan vətəndaşlar səs verə (senatorlara səs vermək hüququ 25 yaşda yaranır), seçilə, avtomobil nəqliyyat vasitəsini idarə etmək üçün sürücülük vəsiqəsi əldə edə hüquqi sənədlər tərtib edə və ya imzalaya bilməzlər. İtaliyada yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən cinayətlərə yuvenal məhkəmələrdə baxılır.
Meksika
redaktə31 ştatın hər birində yaşı 18-dək olan şəxslər yetkinlik yaşına çatmayanlar hesab edilir.
Cinayət törətməkdə ittiham olunan 16 və ya 17 yaşlı yetkinlik yaşına çatmayanlar bəzən yetkinlik yaşına çatmış şəxslər kimi mühakimə edilirlər.
Hindistan
redaktə29 ştatda və 7 ittifaq ərazisində yaşı 18-dək olan şəxslər yetkinlik yaşına çatmayanlar hesab edilir. Nadir hallarda xüsusilə ağır cinayət törətməkdə ittiham olunan 16-17 yaşlı yetkinlik yaşına çatmayanlar bəzən yetkinlik yaşına çatmış şəxslər kimi mühakimə edilirlər.[8]
Tayland
redaktəTayland Krallığının Mülki və Kommersiya Məcəlləsində "yetkinlik yaşına çatmayan" ifadəsinin anlayışı verilməsə də, 19-20-ci maddələr aşağıdakı kimi müəyyən edilmişdir:
- Maddə 19 — 20 yaşı tamam olmuş şəxslər artıq yetkinlik yaşına çatmayan hesab edilmir və sui juris hesab olunur.
- Maddə 20 — Yetkinlik yaşına çatmayan şəxslər nikaha daxil olduqda sui juris hesab olunurlar, o şərtlə ki həmin nikah 1448-ci maddənin şərtlərinə uyğun bağlansın.
Buna görə də, Taylandda yetkinlik yaşına çatmayan dedikdə nikaha daxil olmayan 20 yaşına qədər olan şəxslər başa düşülür. Yetkinlik yaşına çatmayanların müqavilə imzalamaq ixtiyarı yoxdur. Onlar əqd bağlamaq istədikdə qanuni nümayəndənin (adətən bu, valideynlər olur (lakin həmişə yox)) razılığını almalıdırlar, əks halda əqd etibarsızdır. Yetkinlik yaşına çatmayanların sadəcə hüquq əldə etməsi və ya öhdəlikdən azad edilməsi ilə nəticələnən; tamamilə şəxsi xarakter daşıyan; şəxsin həyat şəraitinə uyğun; və zəruri ehtiyacları üçün tələb olunan əqdlər istisnadır. Yetkinlik yaşına çatmayanlar on beş yaşında vəsiyyətnamə verə bilər.
Birləşmiş Krallıq
redaktəİngiltərə və Uelsdə və Şimali İrlandiyada,[9] həmçinin Şotlandiyada yetkinlik yaşına çatmayanlar 18 yaşınadək olan şəxslər hesab edilir.[10] Cinayət məsuliyyətinə cəlbetmə yaşı İngiltərə və Uels və Şimali İrlandiyada 10, Şotlandiyada isə 12-dir. Əvvəllər isə 8 idi, hansı ki Avropada ən aşağı yaş həddini təşkil edirdi.[11][12][13]
Yaşı 18-dək olan şəxslərə məhkəmə iclasında iştirak etmək, səs vermək, nümayəndə olmaq, R18 sertifikatı ilə filmlər almaq və ya kirayəyə götürmək və ya kinoteatrda izləmək, pornoqrafik materiallarda təsvir edilmək, nümayəndə (ing. litigant friend) olmadan iddia qaldırmaq, mülki məsuliyyətə cəlb edilmək, övladlığa götürmə barədə qeydləri əldə etmək, alkoqollu içkilər, tütün məmulatları, kəsici alətlər və fişəng almaq qadağandır. Sadalanan məhsulların satın alınması ilə əlaqədar müəyyən edilmiş yaş həddinə çox zaman əməl edilmir: odur ki, praktikada yetkinlik yaşına çatmayanlarda alkoqollu içkilərin qəbul edilməsi və siqaret çəkilməsi hallarına rast gəlinir. Bununla belə, İngiltərədə bir çox mağazalarda potensial yetkin olmayan müştərilərdən şəxsiyyəti müəyyən edən sənədləri tələb olunmaqla, onlara qoyulan məhdudiyyətlər sərtləşdirilir.
Müəyyən irihəcmli nəqliyyat vasitələrini idarə etmək, lisenziya tələb olunan fəaliyyətlə məşğul olmaq və övladlığa götürmək hüququ 21 yaşdan sonra yaranır.
İstinadlar
redaktə- ↑ "Liquor Control Act". State of Connecticut. 2022-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-23.
'Minor' means any person under twenty-one years of age.
- ↑ "Offenses Against the Family". State of Tennessee. 2019-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-23.
As used in this section, minor means a person under twenty-one (21) years of age.
- ↑ "Age of Majority Act 1970". 31 January 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 August 2016.
- ↑ Richard Rudman. Zealand Employment Law Guide (2013 edition) Arxivləşdirilib 2022-08-04 at the Wayback Machine. Retrieved June 13, 2015.
- ↑ "Age of Majority Table". 2012-07-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-09-02.
- ↑ "Drinking age will remain 19 in Saskatchewan" Arxivləşdirilib 2015-09-24 at the Wayback Machine. CBC News. (March 8, 2013). Retrieved June 13, 2015.
- ↑ "Italie". WIPO Lex. WIPO. 4 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 September 2012.
- ↑ Coleman, Bennet &. "Class XI student to be tried as adult for Ryan boy's Murder". The Times of India. 2017-12-21. 2022-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-23.
- ↑ "Family Law Reform Act 1969". 2022-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-03.
- ↑ "Age of Legal Capacity (Scotland) Act 1991". 2022-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-03.
- ↑ "Age of criminal responsibility". 2022-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-03.
- ↑ "Youth justice - Department of Justice". youthjusticeagencyni.gov.uk. 2 September 2015. 2 December 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 September 2019.
- ↑ "Archived copy" (PDF). 2013-02-04 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2013-01-21.