Yevgeni Yevtusenko - Wikipedia
Yevgeni Yevtuşenko (18 iyul 1932[2], Zima, İrkutsk vilayəti – 1 aprel 2017[3][2], Talsa[3]) — məşhur rus və sovet şairi, nasir, publisist, aktyor. Ədəbiyyat üzrə iki dəfə Nobel mükafatı namizədi (1963 və 2010-cu ildə)
Yevgeni Yevtuşenko | |
---|---|
rus. Евгений Евтушенко rus. Евгений Александрович Евтушенко | |
| |
Doğum tarixi | |
Doğum yeri | Nijneudinsk, İrkutsk, Rusiya |
Vəfat tarixi | (84 yaşında) |
Vəfat yeri | Talsa, Oklahoma, ABŞ |
Vəfat səbəbi | ürək çatışmazlığı |
Dəfn yeri |
|
Həyat yoldaşları |
|
Təhsili | |
Fəaliyyəti | şair, romançı, ssenarist, rejissor, aktyor, müəllim, yazıçı, publisist, fotoqraf, nasir |
Fəaliyyət illəri | 1949–2017 |
Mükafatları |
|
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktə1932-ci ildə anadan olmuş Yevtuşenko keçmiş SSRİ-nin ən böyük şairlərindən hesab olunur. Baltikyanı almanlardan olan həvəskar şair Aleksandr Qanqnusun ailəsində anadan olmuşdur. Sonradan anası oğluna öz soyadını verib[4].
1949-cu ildən dərc olunmağa başlayan şair Stalin sonrası dövrün ən populyar şairlərindən hesab olunur. Şairliklə yanaşı, roman yazarı, publisist, aktyor kimi də tanınan Yevgeni Yevtuşenko dəfələrlə xarici səfərlərlə olmuş, Qərb ölkələrində əsərləri dərc olunmuşdur.
O, 1991-ci ildə Amerika Birləşmiş Ştatlarının Talsa Universiteti ilə müqavilə bağlayaraq ailəsi ilə birlikdə ölkəni tərk etmişdir. Ara-sıra Rusiyaya dönsə də, ömrünün sonlarına qədər Amerikada yaşamışdır.
1 aprel 2017-ci ildə xərçəng xəstəliyindən vəfat etmişdir. Vəsiyyətinə görə, 11 aprel 2017-ci ildə Peredelkino qəbristanlığında şair Boris Pasternakın məzarı yanında dəfn olunmuşdur.
Şair Yevgeni Yevtuşenko Xuraman Abbasovaya “Örpək” adlı şeir həsr etmişdir[4].
İstinadlar
redaktə- ↑ 1 2 NNDB (ing.). 2002.
- ↑ 1 2 The Fine Art Archive.
- ↑ 1 2 Legendary Russian poet Yevtushenko dies in US. 1904.
- ↑ 1 2 "Məşhur rus şairinin şeir yazdığı Azərbaycan qadını". 2022-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-04.