Yolustu Saray Strelna - Wikipedia
I Pyotrun Yolüstü sarayı (rus. Путевой дворец Петра I) — Peterburqun şəhərətrafı sayılan Strelna qəsəbəsində yerləşən saray. Bura Pyotrun zamanından günümüzə kimi qorunub saxlanılmış ən erkən tikililərdən biridir.
Yolüstü saray | |
---|---|
Путевой дворец | |
59°51′13″ şm. e. 30°02′42″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Şəhər | Strelna |
Yerləşir | Strelna |
Sifarişçi | I Pyotr |
Tikilmə tarixi | 1716 |
Üslubu | Pyotr barokkosu |
İstinad nöm. | 7810426002 |
Mühafizə dərəcəsi | Federal |
Vikianbarda əlaqəli mediafayllar |
Saray Fin körfəzinin sahilində, Neva buxtasının cənub hissəsində, buzlaqların çəkilməsindən sonra qalan təpənin üzərində yerləşir və çoxlu yarğan və Strelka çayı ilə əhatə olunur.
Ölçü və dekorativ tərtibatına görə sadə olan taxta saray, imperatorun Sankt-Peterburqdan tikilən Kronştadt şəhərinə müntəzəm səfərləri zamanı dayanacaq və istirahəti üçün nəzərdə tutulmuşdur.
Tarix
redaktəSarayın tikinti işləri 1716-cı ildə başlamışdı (başqa bir versiyaya əsasən 1710—1711-ci illərdə). Sarayın ilkin memarı məlum deyil. Özünün "Şimal Versaliyası" sayılan Peterhofla məşğul olan Pyotr, Strelna qəsəbəsinə marağını azaltmışdı. Buna baxmayaraq, onun əmri ilə 1719-1720-ci illərdə ev yenidən qurulmuş və genişləndirilmişdir.
Tezliklə məlum oldu ki, ətrafda böyük miqdarda suyun olmasına baxmayaraq (Kikenka və Strelka çayları), Pyotrun Versala bənzər, böyük fəvvarə və kaskadlarla dolu park ansamblının yaradılması mümkün deyil. Belə ki, özbaşına çay suyu fəvvarələrə tökülməkdən imtina edirdi, nasoslarla suyun çəkilməsi isə XVIII əsrin əvvəllərində çox çətin idi (ilk buxar mühərriki XVII əsrin ortalarında inşa edilmişdir, bəhz olunnan hadisələrdən on il öncə). Peterhofun özündə isə, fəvvarələr tikintisi üçün bütün şəraitlər artıq təbiət tərəfindən yaradılmışdır.
Saray bir neçə dəfə bərpa və yenidən qurulmuşdur (taxta konstruksiya elementləri yeniləri ilə əvəz olunmuş, sarayın özü isə tamamilə sökülərək, yenidən yığılmışdır) - onun əsas balkonu yığışdırılıb, sonradan geri qaytarılmışdı, içəridəki otaqlar isə sökülüb daha da genişləndirilmişdi. Bu cür dəyişikliklər müvafiq olaraq 1750, 1799 və 1837-1840-cı illər arasında həyata keçirilmişdir.
Saray və onun ətrafındakı ərzinin gələcək taleyində mühüm rolu Bartolomeo Rastrelli, Voronixin və Meyer kimi məşhur memarlar oynamışdılar. 1750-ci ildə, Bartolomeo Rastrelli köhnə sarayı yenidən inşa etmişdi, 1837-ci ildə isə Meyer bir əsr yaşı olan və ilk rus imperatorunun fəaliyyətinə bir xatirə olaraq yaradılmış saray-muzeyinin dəyərini nəzərə alaraq, onun ümumi görünüşünü bərpa etmişdi.
Saray binası ilə yanaşı, ansablın ərazisinə pətəkçilik sahəsi, meyvə bağçası, bostan və kiçik fontanlar da daxil idi - buna görə də, saraya gələn imperator sağlam, ən əsası isə elə buradaca əkilmiş meyvə və tərəvəzlərlə qidalanırdı. Yenilikləri sevən imperator barəsində bir əfsanə də mövcuddur - rəvayətə görə, məhz o, Rusiyada ilk dəfə Hollandiyadan gətirilmiş kartofu sarayın həyətində əkmişdir.
Saray binalarının ərazisi, həmişə Romanov sülaləsinin özəl məxsusluğunda idi, heç bir zaman əldən ələ keçmirdi və bəlkə də, məhz buna görə o, günümüzə qədər qorunub saxlanılmışdır. Bununla belə, XVIII əsrdə saray binasında qısa müddətli hospital yaradılmışdır.
1722-ci ildə I Pyotr sarayı və onun ətrafındakı ərazini öz qızı Yelizaveta Petrovnaya hədiyyə olaraq bağışlamışdı.
1797-ci ildə isə imperator I Pavel Yolüstü sarayını, onun ətrafındakı parkı və böyük həcmli Konstantin sarayını oğlu Konstantin Pavloviçə hədiyyə edir.
XIX əsrdə Yolüstü sarayının tərkibinə daxil olan böyük bostanda nadir bitki növlərinin, yeni kartof sortlarının və az rast gəlinən tərəvəzlərin yetişdirilməsi üçün müxtəlif eksperimentlər keçirilirdi.
İnqilabdan sonra saray milliləşdirildi və xəstəxana kimi fəaliyyət göstərməyə başladı, II Dünya müharibəsi zamanı isə saray alman qoşunları tərəfindən işğal olunur və güxlü dağıntıya məruz qalır (1941-ci ilin oktyabr ayında sarayın yaxınlğında Strelna desantı çıxarılmışdı).
1944-cü ildən etibarən ərazi faşist işğalçılarından azad edilir və düz XX əsrin 50-ci illərinin əvvəlinə kimi saray boş qalır. 1951—1952-ci illərdə aparılan bərpa işlərindən sonra, binada körpələr evi yerləşdirilmişdi.
Müasirlik
redaktə1981-ci ildə I Pyotrun Yolüstü sarayının "Peterhof" Muzey-Qoruq Kompleksinə təhvil verilməsinə dair qərar verilmişdir. Bununla belə köçürülmə tam şəkiləd yalnız 1987-ci ildə həyata keçirilmişdir. 1987-ci ildən başlayaraq, saray tammiqyaslı bərpa işlərinə məruz qalmışdı.
Günümüzdə saray tamamilə bərpa edilib, həmçinin memar Bartolomeo Rastrelli tərəfindən tərtib edilmiş park və iki fəvvarə öz əvvəlki görkəminə qaytarılmışdır. Tam olaraq restavrasiya işləri 1999-cu ildə başa çatdırılmışdır və o vaxtdan bəri, saray binasında yerləşən muzey qonaqların ziyarəti üçün açılmışdır.
Eksponatlar arasında - I Pyotrun sağ ikən çəkilmiş portreti, imperator əlinin izi və müxtəlif parçalardan şəxsən imperatriça I Yekaterina tərəfindən tikilmiş yorğan xüsusi yer tutur.
Hal-hazırda Yolüstü sarayı həm də Strelnanın tarixi barədə əsas informasiya mərkəzi sayılır. Burada - "Strelna sarayının tarixi və onun sahibləri" və "XVIII əsrin tarixi interyer ekspozisiyası" adlı daimi ekspozisiyalar təşkil olunur. Həmçinin sarayda tez-tez müxtəlif sərgilər keçirilir.
Xronologiya
redaktə- 1716-cı il (digər versiyaya görə 1710-1711) — I Pyotra məxsus Yolüstü sarayın inşası
- 1719-1720-ci illər — I Pyotrun əmrinə əsasən sarayın yenidən qurulması
- 1750-ci il — saray memar Françesko Bartolomeo Rastrellinin rəhbərliyi altında sökülərək, yenidən bərpa edilmişdir.
- 1797-ci il — növbəti rekonstruksiya işləri (guman olunur ki, Andrey Voronixin rəhbərliyi altında)
- 1834-1840-cı illər — saray məşhur memar Kristian Meyer tərəfindən təmir edilmişdir.
- 1941-1944-cü illər — ərazinin alman qoşunları tərəfindən işğalı
- 1951-1952-ci illər — sarayın müharibədən sonrakı bərpası.
- 1987-ci il — saray "Peterhof" Muzey-Qoruq Kompleksinin birbaşa yurisdiksiyasına verilmişdi.
- 2000-ci il — saray tam şəkildə bərpa və təmir edilmişdi.
Ədəbiyyat
redaktə- А. Г. Раскин Дворцово-парковые ансамбли бывшей Петергофской дороги
- Гусаров А.Ю.,Краснов И.А. Фонтаны Петербурга и пригородов. 978-5-93437-350-5 (rus). СПб. 2009.