Yunanistan Metbexi - Wikipedia
Yunan mətbəxi — Dövrünün sadəliyi ilə tanınır. Bu dövrdə qidalanma Aralıq dənizi mətbəxinin üç əsas qidası olan buğda, zeytun yağı və şərabdan ibarətdir[1].
Günlük qida
redaktəYunanıstanda insanlar 3 dəfə yemək yeyirlər.
- Səhər yeməyi — Şərab ilə yeyilən arpa çörəyi, bəzən əncir və zeytun ilə yeyilir.
- Nahar — Günorta vaxtı və ya günortadan biraz sonra yeyilən nahar yeməyi[2].
- Axşam yeməyi — Günün ən önəmli yeməyidir. Adətən hava qaralarkən yeyilir.
Yunanlar yeməyi yeyərkən adətən stolda oturaraq yeyirlər. Stollar günlük yeməklər üçün yekə, ancaq ziyafət yeməkləri üçün qısa olurdu. E.ə 4-cü əsrdə stollara dəyirmi forma verilərək, ayaqlarına heyvan ayağı təsvirləri verildi. Təsvirlərin ən yaxşı nümunələrindən biri də aslanın pəncəsi təsviri idi[3]. Hələ qədim zamanlarda insanlar zeytun yağı çox yüksək qiymətləndirirdi. Kəsilməyi hətta ölüm cəsası ilə cəzalandırılan zeytun ağacı kulta çevrilmişdi. Hal hazırda, Yunan mətbəxinin demək olar ki, bütün xörəklərində çoxlu miqdarda zeytun yağından istifadə olunur. Yunanıstanda istifadə olunan zeytun yağı çox yüksək keyfiyyətə malikdir və onun sağlamlıq üçün bir çox faydası var. Zeytun yağı pis xolesterin səviyyəsini aşağı salır; onun tərkibində E, A vitaminləri və başqa təbii antioksidantlar var[4]. Yunanlılar yaxşı yeməyi sevir və bu səbəbdən ləzzətli mətbəxi çox yüksək qiymətləndirlər. Yunanlının ləzzətli suvlaki yemək üçün uzaq bir məsafədə yerləşən restorana getməsi adi bir haldır[5]. Doyumlu nahar etdikləri üçün Yunanlıların səhər yeməyi yungül olur. Peçenye ilə bir fincan qəhvə normal səhər yeməyi sayılır. Preslənmiş kəsmik və qaymaqlı pendirlərdən həmçinin çox istifadə olunur[6]. Ən çox nahar vaxtı yeyilən yeməklər – tzatziki adlanan tərkibində sarımsaq və təzə xiyar olan yoğurt və ya bişirilmiş balıqla verilən Yunan salatı və ya musaka adlanan badımcan zapekankasıdır[7][8][9].
Yeməkləri
redaktəYunan mətbəxinin sirri yeməyin birgə yeyilməsindədir. Məhz bu səbəbdən Yunanıstanda süfrəyə çoxlu miqdarda cürbəcür xörəklərdən verilir ki, masanın arxasında əyləşən hər kəs onlardan yesin[10][11]. Yunan mətbəxinin dörd dayaqları var: təzə inqrediyentlər, göyərti və ədviyatların məharətli istifadəsi (dağda və kənd yerlərində yığılmış), füsunkar zeytun yağı və xörəklərin sadəliyi[12]. Təsadüfi deyil ki, dünya ölkələrin arasında Yunanıstanın ən aşağı ürək və ürək-damar xəstəliklərin göstəricisi var[13]. Dünyada ən məşhur yunan yeməyi təbii ki, yunan salatıdır. Onun hazırlanmasında yeganə sirr - təzə tərəvəzlər, üstəgəl yaxşı zeytun yağıdır. Yunan salatını yol kənarındakı kafelər və bahalı restoranlar daxil olmaqla hər yerdə sifariş etmək olar. Digər məşhur yunan yeməkləri çaçiki (yoğurt ilə sarımsaq və xiyar), musaka (badımcan ilə zapekanka) və suvlakidir (kabab). Əgər şık restoranda şam yeməyi istəyirsinizsə, onda siz Mikonos adasına yollanın. Belə ki, Psaru çimərliyindəki “Nammos” restoranı ölkənin ən dəbdəbəli məkanı sayılır. Ümumiyyətlə, yunan mətbəxində tərəvəz və zeytun yağından çox istifadə olunduğu üçün onların yeməkləri ləzzətli olduğu qədər faydalıdır. Burada müxtəlif balıq növlərinin də dadına baxmaq mümkündür. Yunanıstan mətbəxi yağlı və ətirli yeməkləri üstünlük təşkil edir. Milli yeməklərin əksəriyyətinə əsas qoyun və dana əti xidmət edir. Geniş çeşiddə balıq və ət yeməkləri süfrəyə müxtəlif souslarla təqdim olunur. Yunanıstanda yayılmış ən məşhur sous isə mezedir. Yunanlar sağlam qidalansalar da, fastfodları da çox sevir. Məsələn, hamının tanıdığı şaurma burada da çox məşhurdur. Amma dadlar əlbəttə ki, kəskin fərqlənir. Çünki onun tərkibində keyfiyyətli ət istifadə olunur. Ümumiyyətlə, yunanların fastfoodları Avropada ləzzəti və keyfiyyəti ilə tanınır[14].
İstinadlar
redaktə- ↑ Bu maddə ilk olaraq 26 may 2006 tarixində Vikipediyanın Fransızca seqmentində fr:Alimentation en Grèce antique adlı maddeden İngiliscəyə çevrilmiş, oradan Azərbaycancaya şəxsiləşdirilmişdir.
- ↑ Bir çelişki olarak bu öğün adı Homeros'un zamanında ve erken Yunan tragedyalarında günün ilk öğünü olarak geçmektedir.
- ↑ Flacelière, p.205.
- ↑ ταγηνίτης Arxivləşdirilib 2022-09-07 at the Wayback Machine, Henry George Liddell, Robert Scott, A Greek-English Lexicon, on Perseus
- ↑ ταγηνίας Arxivləşdirilib 2022-09-07 at the Wayback Machine, Henry George Liddell, Robert Scott, A Greek-English Lexicon, on Perseus
- ↑ τάγηνον Arxivləşdirilib 2020-08-06 at the Wayback Machine, Henry George Liddell, Robert Scott, A Greek-English Lexicon, on Perseus
- ↑ Cratinus, 125, Comicorum Atticorum Fragmenta
- ↑ Magnes, 1
- ↑ Eugenia Salza Prina Ricotti, Meals and recipes from ancient Greece Arxivləşdirilib 2022-03-19 at the Wayback Machine, J. Paul Getty Museum, 2007, p.111
- ↑ Andrew Dalby, Siren feasts: a history of food and gastronomy in Greece, Routledge, 1996, p.91
- ↑ Gene A. Spiller, The Mediterranean diets in health and disease Arxivləşdirilib 2022-04-07 at the Wayback Machine, AVI/Van Nostrand Reinhold, 1991, p.34
- ↑ σταίτινος Arxivləşdirilib 2022-09-07 at the Wayback Machine, Henry George Liddell, Robert Scott, A Greek-English Lexicon, on Perseus
- ↑ σταῖς Arxivləşdirilib 2022-09-07 at the Wayback Machine, Henry George Liddell, Robert Scott, A Greek-English Lexicon, on Perseus
- ↑ "Arxivlənmiş surət". 2021-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-03.