Yunan Ve Danimarkali Helen - Wikipedia
Yunan və Danimarkalı Helen (q.yun. Ελένη; 2 may 1896[1], Afina – 28 noyabr 1982[2][3][…], Lozanna) — Yunanıstan kralı I Konstantinin qızı və Ruminiya kralı I Mixailin anası. İkinci Dünya Müharibəsi illərində Rumıniyadakı yəhudiləri qoruması səbəbilə 1993-cü ildə İsrail hökuməti tərəfindən Beynəlxalq ədalətlilər ünvanıyla mükafatlandırıldı.
Yunan və Danimarkalı Helen | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 2 may 1896[1] |
Doğum yeri |
|
Vəfat tarixi | 28 noyabr 1982[2][3][…] (86 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Atası | I Konstantin (Yunanıstan kralı) |
Anası | Prussiyalı Sofiya (Yunanıstan kraliçası) |
Həyat yoldaşı |
|
Uşağı | |
Vikianbarda əlaqəli mediafayllar |
Yunanıstan kralı I Konstantinin qızı olan Helenin uşaqlığı Yunanıstan, Birləşmiş Krallıq və Almaniyada keçdi. Birinci Dünya Müharibəsinin başlaması və atasının 1917-ci ildə taxtdan endirilməsi həyatını kökündən dəyişdi. Ailəsinin bir çox üzvüylə birlikdə İsveçrəyə sürgün edilən Helen, xəstəlik və depresiyadan əziyyət çəkən atasının baxımıyla məşğul oldu. 1920-ci ildə Rumıniya taxtının varisi Şahzadə Karolla tanış oldu və qısa zaman sonra gələn evlilik təklifini qəbul etdi. Qısa zaman sonra 10 mart 1921-ci ildə cütlük evləndi.
Evləndikdən sonra ailəsini ziyarət məqsədilə tez-tez xarici səfərlərə çıxan Helen, bu səyahətlər əsnasında ərindən uzaq qaldı. O illərdə tanış olduğu məşuqəsi Maqda Lupesku ilə açıq şəkildə yaşamağa başlayan əri Şahzadə Karol 1925-ci ildə Birləşmiş krallığa etdiyi səyahətdən geri dönmədi. Nəhayət, 28 dekabr 1925-ci ildə taxt hüququndan imtina etdiyini və bir daha Buxarestə qayıtmayacağını bildirdi. 4 yanvar 1926-cı ildə onun bu qərarı parlament tərəfindən təsdiq edildi və onun Helendən doğulan oğlu Mixail taxtın yeni varisi seçildi.
Çox keçmədən 1927-ci ildə qaynatasının ölümünün ardından 6 yaşlı oğlu Mixail əmisi Şahzadə Nikolayın naibliyi altında Rumıniya kralı seçildi. Uzun danışıqların ardından Helen 1928-ci ildə ərindən rəsmən boşanmağı qəbul etdi. Ancaq Rumıniyadakı siyasi vəziyyət olduqca gərgin idi və bundan istifadə edən keçmiş əri Şahzadə Karol 1930-cu ildə Buxarestə qayıdaraq taxta çıxarıldı. Çox keçmədən keçmiş xanımı Heleni ölkədən sürgün etdi və övladını yalnız ildə 2 ay görməyə icazə verdi.
Ancaq İkinci Dünya Müharibəsinin başlaması, keçmiş əri II Karolun taxtdan endirilməsi və ardından 1940-cı ildə Rumıniyanın parçalanması ilə oğlu yenidən taxta çıxdı və Helen yenidən Buxarestə qayıtdı. Faşist Almaniyasının nəzarəti altında keçən bu illərdə Helen, ölkənin bolşeviklər tərəfindən işğalına qarşı və almanların ölkədə apardığı yəhudi zülmünə qarşı mübarizə apardı. Ancaq 1945-ci ilin martında ölkə Sovet birlikləri tərəfindən işğal edildi. Çox keçmədən 30 dekabr 1947-ci ildə oğlu Mixail taxtdan çəkildi və bütün ailəsiylə birlikdə sürgün olundu. Sürgündə İtaliya və İsveçrədə yaşayan Helen 1982-ci ildə İsveçrədə vəfat etdi.
Mənbə
redaktə- Besse, Jean-Paul (2010), Ileana, l'archiduchesse voilée, Versailles, Via romana ISBN 978-2916727745
- Gelardi, Julia (2006), Born to Rule : Granddaughters of Victoria, Queens of Europe, Headline Review ISBN 0755313925
- Gould Lee, Arthur Stanley, Helen, Queen Mother of Rumania, Princess of Greece and Denmark: An Authorized Biography, London: Faber and Faber, 1956
- Marcou, Lilly (2002), Le Roi trahi : Carol II de Roumanie, Pygmalion ISBN 2857047436
- Mateos Sainz de Medrano, Ricardo (2004), La Familia de la Reina Sofía : La Dinastía griega, la Casa de Hannover y los reales primos de Europa, Madrid, La Esfera de los Libros ISBN 84-9734-195-3
- Pakula, Hannah (1996), The Last Romantic : A Biography of Queen Marie of Roumania, Weidenfeld & Nicolson History ISBN 1-8579-98162
- Porter, Ivor, Michael of Romania. The King and the Country, Phoenix Mill: Sutton Publishing, 2005
- "Queen Helen of Rumania", The Times (30 November 1982): 12.
- Van der Kiste, John (1994), Kings of the Hellenes : The Greek Kings, 1863–1974 ISBN 0750921471
İstinadlar
redaktə- ↑ 1 2 Hohenzollern Elena (1896 - 1982 ) // The Righteous Among the Nations Database (ing.).
- ↑ 1 2 Lundy D. R. Helen zu Schleswig-Holstein-Sonderburg-Glücksburg, Princess of Greece and Denmark // The Peerage (ing.).
- ↑ 1 2 Helen, Königin von Rumänien / Elena von Griechenland // FemBio database (alm.).