Yunus Emre Institutu - Wikipedia
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Yunus Əmrə İnstitutu — əsas mərkəzi Türkiyənin paytaxtı Ankaranın Altındağ bölgəsinədə yerləşir. İnstitut adını Yunus Əmrə Fondundan götürüb. Fond 5 may 2007-ci il tarixli 5653 saylı qanunla fəaliyyətə başlayıb.
Azərbaycanda
redaktəYunus Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzi — 2013-cü ilin 13 sentyabr tarixindən rəsmi olaraq fəalliyət göstərir. Direktoru Cihan Özdemirdir.
Tarixi
redaktəAzərbaycanın paytaxtı Bakıda institut 2012-ci ilin sentyabrında Bakı Dövlət Universiteti ilə bağlanılmış Türkologiya layihəsi əsasında qurulub. Bakı Yunus Əmrə İnstitutu 2013-cü il 13 sentyabr tarixindən Bakı Dövlət Universitetinin daxilində rəsmi olaraq fəaliyyətə başlayıb. 2013-cü ilin sentyabr ayından 2016-cı ilin yanvar ayınıa qədər Bakı Dövlət Universitetinin daxilində fəaliyyət göstərib. 2016-ci ilin yanvar ayından etibarən tədris binasını dəyişərək fəaliyyətini davam etdirir.
Bakı Yunus Əmrə İnstitutu Türkiyənin Azərbaycandaki səfirliyinə bağlı olaraq fəaliyyət göstərir. İnstitutun hal hazırkı müdiri dosent Cihan Özdemirdir.
Fəaliyyəti
redaktəMərkəz təhsil və tədris fəaliyyətləri ilə yanaşı, elmi tədqiqat və tətbiqlərini icra etməkdədir. Burada türk mədəniyyətinin, tarixinin, dilinin və ədəbiyyatının daha yaxşı təbliği və öyrədilməsi məqsədilə tədqiqatlar aparmaq, fərqli təşkilatlarla əməkdaşlıq edərək elmi işləri dəstəkləmək və əldə edilən nəticələri müxtəlif qəzet və jurnallar vasitəsilə ictimaiyyətə çatdırmaq məqsədinə nail olmaq üçün müxtəlif fəaliyyətlər həyata keçirilir.
Bakı Yunus Əmrə İnstitutunun məqsədi Türkiyəni, Türkiyənin dilini, mədəniyyətini, incəsənətini, tarixini, ədəbiyyatını Azərbaycanda təbliğ etmək və tanıtmaqdır.
Bakı Yunus Əmrə İnstitutu Türkiyənin musiqisini, modern və klassik əl sənətlərini, Türkiyənin zəngin mədəniyyət təcrübəsini paylaşmaq məqsədiylə konsertlər, sərgilər, seminarlar, səhnə nümayişləri, film nümayişləri, elmi yığıncaqlar, sənət kursları və bənzəri bir çox fəaliyyət təşkil edir.
Bakı Yunus Əmrə İnstitutu Türkologiya layihəsi çərçivəsində Azərbaycanın prestijli universitetlərindən Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universieteti və Xəzər Universiteti ilə əməkdaşlıq edir.
Yunus Əmrə İnstitutu mərkəzlərinin olduğu bütün ölkələrdə Türkcə Yeterlik İmthanını (TYS) keçirir. Bu imtahanın keçirilməsində məqsəd Türkiyə türkcəsinin beynəlxalq standartlara uyğunlaşdırmaq, həmçinin xaricdən tələbə qəbulunu rahatlaşdırmaqdır. İldə üç dəfə beynəlxalq səviyyədə baş tutan imtahan da iştirakçılar, Türkiyədə təhsil haqqı əldə etdikləri zaman, hazırlıq sinfini oxumaqdan azad olurlar. İmtahan həmçinin işə qəbul zamanı da böyük üstünlük qazandırır .
Xarici əlaqələri
redaktəHər il başda Bakı Dövlət Universiteti olmaqla Türkiyə Respublikasının Xaricdə Yaşayan Türklər və Türkdilli Birliklər Nazirliyi ilə birlikdə Türk dili Yay Məktəbləri çərçivəsində Azərbaycandan Türkiyəyə tələbə göndərir. Bu layihə çərçivəsində tələbələr Türkiyədə davamlı olaraq türk dili kurslarına qatılmaq imkanı əldə edir və Türkiyənin müxtəlif bölgələrində təşkil edilən mədəniyyət gəzintilərində iştirak edirlər. Proqram ödənişsizdir, proqrama qatılan tələbələrə 250 dollar təqaüd verilir.
Həmçinin bax
redaktəİstinadlar
redaktəMənbə
redaktə- Rüfanə Günəş, Mənim universitetim: Bakı Dövlət Universiteti Arxivləşdirilib 2015-04-20 at the Wayback Machine, "Azərbaycan müəllimi" qəzeti, 14.03.2015, № 10. (az.)
- Yunus Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzi. bsu.edu.az (az.)