Yuqoslaviya Kronu - Wikipedia
Yuqoslaviya kronu (serb. Круна, xorv. Kruna, sloven. Krona) — 1919–1920-ci illərdə Yuqoslaviya krallığının müvəqqəti paralel valyutası, paralel dövriyyədə olan dinarla nisbəti 4 kron = 1 dinar idi.
Yuqoslaviya kronu | ||||
---|---|---|---|---|
Круна, Kruna, Krona | ||||
| ||||
Dövriyyə ərazisi | ||||
Emitent ölkə | ||||
Əvəzedici və paralel vahidlər | ||||
Kiçik | (1⁄1 Yuqoslaviya dinarı = 4 krona) | |||
Dövriyyədə olan sikkə və əsginaslar | ||||
Sikkələr | buraxılmırdı | |||
Əsginas | 2, 4, 10, 20, 40, 50, 80, 100, 400, 1000, 4000 krona | |||
Tarixi | ||||
Dövriyyə periodu | 12 noyabr 1918—1920-ci il | |||
Əvvəlki valyuta | Avstriya-Macarıstan kronu |
Tarixi
redaktəAvstriya-Macarıstanın dağılması nəticəsində Yuqoslaviya Krallığına verilən ərazilərdə Avstriya-Macarıstan kronu tətbiq olunmağa davam edirdi. 1919-cu ilin yanvar ayında 10, 20, 50, 100 və 1000 kron dəyərində Avstriya-Macarıstan bankının banknotlarının ştempelləməsi prosesi aparıldı. 1 və 2 kronluq əskinaslar üzərində rəsmi olaraq ştempel vurulmamışdır, lakin ştamplanmış əsginasların nüsxələri məlumdur.
Tezliklə Maliyyə Nazirliyi 1919-cu il nüsxəli əskinazları dinar olaraq buraxdı, hansıların ki üstünə əlavə möhürcük vasitəsilə kron nominalı əlavə olundu: dinarın 1⁄2 — 2 kron, 1 dinar — 4 kron, 5 dinar — 20 kron, 10 dinar — 40 kron, 20 dinar — 80 kron, 100 dinar — 400 kron, 1000 dinar — 4000 kron.
Əlavə möhürcük prosesi zamanı mətbəə xətaları baş vermişdir: 2 və 4 kron dəyərində əskinaslarda "KRUNE" yerinə "KURNE", 20 kron əskinaslarda isə "KRUNA" yerinə "KURNA" yazılmışdır.[1]
Heller üzrə pul nişanları buraxılmırdı. Yuqoslaviya krallığının poçt markaları krallığda kronanın tətbiqindən əvvəl meydana gəlmişdilər. 1918-ci ildə Sarayevo və Zaqrebdəki poçt direksiyaları Avstriya-Macarıstan markaları üzərinə yeni dövlətin adını əlavə möhürcük vasitəsilə qeyd etməyə başladılar. 1919-cu ildə Lyublyanadakı poçt direksiyası tərəfindən "Veriqar" markalar seriyası buraxıldı, onlar rəsmi olaraq Yuqoslaviya və Sloveniyanın ilk markaları sayılırlar.
1920-ci ildə krona dövriyyədən çıxarıldı.
İstinadlar
redaktə- ↑ Cuhaj, 2008. səh. 1214—1216
Ədəbiyyat
redaktə- Cuhaj G.S. Standard Catalog of World Paper Money. General Issues 1368—1960 (12-е изд). Iola: Krause Publications. 2008. ISBN 978-0-89689-730-4.