Yusif Emenzade - Wikipedia
Yusif Əmənzadə (8.2.1914 — 11.03.1982) — riyaziyyat elmləri doktoru (1959), professor (1961), Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü (1968).[1][2][3]
Yusif Əmənzadə | |
---|---|
Yusif Əmən oğlu Əmənzadə | |
Doğum tarixi | 18 fevral 1914 |
Doğum yeri | Ərdəbil |
Vəfat tarixi | 11 mart 1982 (68 yaşında) |
Vəfat yeri | Bakı |
Elmi dərəcəsi | |
Təhsili | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəYusif Əmənzadə 18 fevral 1914-cü ildə Ərdəbil şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Neft-mədən fakültəsini fərqlənmə diplomu ilə bitirmiş və həmin institutda assistentlikdən kafedra müdiri vəzifəsinə qədər yüksəlmişdir. Bu illər ərzində Yusif Əmənzadə elmlər namizədi və elmlər doktoru elmi dərəcələrini almışdır.[1][2][3]
Əmək fəaliyyəti
redaktəYusif Əmənzadə 1959-cu ildən ömrünün axırına qədər Bakı Dövlət Universitetində “Nəzəri mexanika” kafedrasının müdiri vəzifəsində çalışmışdır. Habelə AEA Riyaziyyat və Mexanika İnstitutunun Elastikliyyət nəzəriyyəsi şöbəsinin rəhbəri vəzifəsini icra etmişdir. 1972-ci ildə SSRİ-nin Mexanika üzrə Milli Komitəsinin üzvü olmuşdur.[1][2][3]
Elmi fəaliyyəti
redaktəYusif Əmənzadə 1959-cu ildə riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsini, 1961-ci ildə professor elmi adını almışdır. O, 1968-ci ildə AEA-nın müxbir üzvü seçilmişdir. O, 150-dən çox elmi məqalə çap etdirmişdir. Y.Ə. Əmənzadə 40-dan çox elmlər namizədi və 5 elmlər doktoru yetişdirmişdir.[1][2][3]
Bakı Dövlət Universitetində deformasiya olunan bərk cisim mexanikasının əsasını Azərbaycan EA-nın müxbir üzvü, Y. Ə. Əmənzadəə qoymuşdur. Onun elmi marağı əsasən hissə-hissə bircins elastiki mühitdə gərginlik deformasiya vəziyyətinin tədqiqi və elastiklik nəzəriyyəsinin kontakt məsələləri ətrafında toplanmışdır. Bu sahədə onun tərəfindən əsaslı nəticələr alınmış, yeni həll üsülları tapılmış və bu məsələlərin ədədi həlli verilmişdir.[1][2][3]
Yusif Əmənzadə, N.İ. Musxelişvili və D.İ. Şermanla birlikdə məsələlərin həlli prossesində xətti cəbri tənliklərin sonsuz sistemlərinin kvazitəkrarlanmasını sübut edən ilk azərbaycanlı alim olmuşdur. Onun tərəfindən boşluğa malik tirin əyilmə mərkəzinin koordinatları bir burulma funksiyası vasitəsi ilə verilmişdir. Boşluğa malik yarımmüstəviyə ştambın təsiri məsələsi onun tərəfindən qoyulmuş və həll edilmişdir. O, sonlu mühitdə çat məsələsinin analitik həlli üsülunu vermiş və laylı müxtəlif cinsli elastiki cisimlər üçün analitik həll üsülunu inkişaf etdirmişdir. Onun axırıncı tətqiqatları elastiki örtüklərin variasiya üsulu ilə həllinə həsr edilmişdir.[1][2][3]
Müəllifi olduğu dərslikər
redaktə- "Elastiklik nəzəriyyəsi" (rus dilində və ingilis dillərində);
- "Nazik elastik örtüklər nəzəriyyəsi üzrə ümumi kurs";
- "Elastiklikl nəzəriyyəsinin hamarlılıq məsələsi";[2][3]
Monoqrafiyaları
redaktəYusif Əmənzadə "SSRİ-də elastiklik nəzəriyyəsinin əlaqə məsələrinin həlli" adlı monoqrafiyanın həmmüəllifi olmuşdur.[2][3]
Vəfatı
redaktəYusif Əmənzadə 1982-ci ildə Bakı şəhərində vəfat etmişdir.[1][2][3]
Mənbə
redaktəА. Н. Боголюбов. Математики Механики. — Киев, Наукова думка, 1983 (rus.)
Xarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 "Əmənzadə Yusif Əmən oğlu" (Azərbaycan). science.gov.az. 2023-05-10 tarixində arxivləşdirilib.
- ↑ 1 2 3 4 5 6 7 8 9 "Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunları – 95" (Azərbaycan). www.nkpi.az.
- ↑ 1 2 3 4 5 6 7 8 9 "Bu gün mexanika sahəsində tanınmış alim Yusif Əmənzadənin doğum günüdür" (Azərbaycan). azertag.az. 2022-03-20 tarixində arxivləşdirilib.