Yusif Vezir Cemenzeminlinin Evi - Wikipedia
Yusif Vezir Cemenzeminlinin Evi - Wikipedia - Haqqında Məlumat
Yusif Vəzir Çəmənzəminlinin evi — Şuşa şəhərində XVIII əsrdə tikilmiş yaşayış binası.[1] Yaşayış binasında аzərbaycanlı dövlət xadimi və yazıçı, Azərbaycan Xalq Cümhuriyyətinin Osmanlı imperiyasında ilk səfiri Yusif Vəzir Çəmənzəminli yaşamışdır.
Yusif Vəzir Çəmənzəminlinin evi | |
---|---|
39°45′52″ şm. e. 46°44′47″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Şuşa |
Yerləşir | Şuşa şəhəri, Hamamqabağı məhəlləsi |
Aidiyyatı | Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu |
Tikilmə tarixi | XVIII əsr |
Üslubu | Arran memarlıq məktəbi |
Vəziyyəti | dağıdılmış |
UNESCO Ehtiyat Siyahısı | |
Tipi | Mədəni |
Kriteriya | i,iv,v,vi |
Təyin edilib | 2001 |
Dövlət | Azərbaycan |
Region | Avropa |
İstinad nöm. | 359 |
Kateqoriya | imarət |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
Tarixi
redaktəŞuşa şəhərində XVIII əsrdə tikilmiş yaşayış binası Azərbaycan yazıçısı, tarixçi, dramaturq, folklorşünas və siyasi xaim Yusif Vəzir Çəmənzəminlinin evi kimi tanınır. Şuşa şəhərinin Hamamqabağı məhəlləsində yerləşir. Memarlıq abidəsi XVIII əsrə aiddir. Ermənistan Silahlı Qüvvələrinin Şuşanı işğal etməsindən sonra abidəni məhv etmişlər. Hal-hazırda binanın xarabalıqları qalmaqdadır.[1]
İstinadlar
redaktə- ↑ 1 2 "Qarabağın Dövlət Əhəmiyyətli Tarixi Abidələinin xəritəsi - Y.V. Çəmənzəminlinin evi". 2022-01-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-03.