Yusof Bin Ishak - Wikipedia
Yusof bin İshak (d. 12.8.1910, Taypinq, Perak, Malay Federasiyası — ö. 23.11.1970, Sinqapur) — Sinqapur dövlət xadimi. Sinqapurun birinci prezidenti (1965-1970)
Yusof bin İshak | |
---|---|
يوسف بن اسحاق | |
9 avqust 1965 – 23 noyabr 1970 | |
Baş nazir | Li Kuan Yu |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | Benjamin Henri Şeares |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Taypinq, Perak,Malay Federasiyası |
Vəfat tarixi | (60 yaşında) |
Vəfat yeri | Sinqapur |
Vəfat səbəbi | ürək çatışmazlığı |
Partiya |
|
Təhsili | Viktoriya məktəbi |
İxtisası | Jurnalistika |
Fəaliyyəti | siyasətçi, jurnalist |
Atası | İshak bin Əhməd |
Həyat yoldaşı | Nur Ayişə[Q 1] |
Dini | islam |
Yusof bin İshak | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktə12 avqust 1910-cu ildə Malay Federasiyasının Perak əyalətinin Taypinq rayonunun Teronq kəndində anadan olan Yusof, 1759-cu ildə Penanqa köçən Sumatranın Malay Datuk Jannatunun nəslindəndir[1]. Onun atası Minanqkabau əsilli, anası isə İndonesiyanın Lanqkart regionundan Malay əsilli idi. Onun qardaşı Əziz bin İshak, Malayziyalı jurnalist və azadlıq mücahidi idi.
O, ilk təhsili Viktoriya məktəbində alır[2] və daha sonra Raffles İnstitutunda təhsilini davam etdirir. Rafflesdə olduğu zaman Sinqapur Milli Kadet Korpusuna qoşulur. O, Korpusda ilk dəfə yeniyetmə zabit kimi işləyib.
Karyerası
redaktə1929-cu ildə dostları ilə birlikdə "İdmançı" jurnalını təsis edir. 1932-ci ildən Malay dilindəki "Varta Melayu" qəzetində işləyir və tezlikdə baş redaktorun köməkçisi vəzifəsini tutur. 1938-ci ildə həmkarları ilə birgə "Utusan Malayziya" şirkətini təsis edir və həmçinin qəzetini nəşr etdirir. Yusof, qəzetin birinci redaktoru olur. 1942-1945-ci illər Yaponiya işğalı zamanı o, Malayziyada idi. 1945-ci ildə Yaponiyanın təslim olması ilə Sinqapura qayıdır və qəzetinin nəşrini davam etdirir. 1957-ci ildə Malay Federasiyası müstəqilliyini elan edir və bir il sonra Yusof Kuala-Lumpura köçür və qəzetini orda nəşr etdirir. Lakin yaranan münaqişə ilə Birləşmiş Malay Milli Təşkilatı ona şirkətinin səhmlərini satmağa vadar edir və o Sinqapura köçür.
O, 1959-1965-ci illərdə Sinqapurun general-qubernatoru olur. 1965-ci ildə Sinqapurun Malayziyadan ayrılmasından sonra ölkənin prezidenti olur. 1970-ci ilin 23 noyabrında vəfat edir.
Mükafatları və fəxri adları
redaktə- 1963-cü ildə Sinqapurun dövlət mükafatlarından olan Birinci dərəcəli "Temasek" ordeni ilə təltif olundu.
- "Malayziya krallığının müdafiəçisi" ordeni ilə təltif olunub
- Bruneyin "Kral ailəsi" ordeni ilə təltif olunub.
Xarici keçidlər
redaktə- Encik Yusof bin İshak Arxivləşdirilib 2016-04-11 at the Wayback Machine
Qeydləri
redaktə- ↑ Yusof bin İshakın Nur Ayişə ilə evliliyindən bir oğlu və iki qızı dünyaya gəlmişdir.
İstinadlar
redaktə- ↑ The Istana – index Arxivləşdirilib 2011-06-02 at the Wayback Machine İstifadə tarixi:2015-11-10
- ↑ Victoria Bridge School is the previous name of Victoria School which only offered primary school classes at the time. Victoria School is now a secondary school