Yuxari Cardaxlar - Wikipedia
Yuxarı Çardaxlar — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Rayon mərkəzindən 14 km məsafədə, mərkəzə nəzərən şimal-şərq hissəsində, Böyük Qafqazın cənub ətəklərində yerləşir.
Yuxarı Çardaxlar | |
---|---|
41°35′05″ şm. e. 46°45′17″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Zaqatala rayonu |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 786 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Vikianbarda əlaqəli mediafayllar |
Mədəniyyəti
redaktəKənddə orta məktəb, həkim məntəqəsi, mədəniyyət evi, uşaq bağçası, EATS, rabitə şöbəşi, məscid, futbol meydançası vardır.
Tarixi abidələr
redaktə- XIII əsrə aid bürc,
- alban kilsəsi qalıqları,
- X1X əsrdə tikilmiş məscid,
- qədim qəbristanlıq,
- III-IV əsrlərə aid olan, el arasında "Qız qalası" mağarası adlanan Pəriqalası. Qala bir neçə otaqdan ibarətdir. Əvvəllər qalaya dağ ətəyi ilə pilləkən olub, sonralar isə təbii aşınma nəticəsində yol dağılmışdır.
Coğrafiyası və iqlimi
redaktəYuxarı Çardaxlar kəndi, rayon mərkəzindən 16 km şimali-şərqdə yerləşir. Şimal tərəfdən Böyük Qafqaz sıra dağları, cənubdan Muxax kəndi ilə həmsərhəddir.
Kəndin ərazisi 1293 hektardır.
Əhalisi
redaktəƏhalisi 2141 nəfər, əsasən avarlardan ibarətdir. Dini mənsubiyyəti müsəlman.
Kənd RİHB-nın ərazi İcra nümayəndəsi və Yuxarı Çardaxlar Bələdiyyəsi tərəfindən idarə olunur.
İqtisadiyyatı
redaktəƏhalinin əsas məşğuliyyəti əkinçilik, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və heyvandarlıqdır.
Qalereya
redaktə
İstinadlar
redaktə Zaqatala rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |