Yuxari Eylenli - Wikipedia
Yuxarı Əylənli — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonunda kənd.[2][3] Rayon mərkəzindən 2 km şimal-şərqdə, Alagöz dağının cənub-qərbində yerləşir. Kəndin başqa adı Əylənli-Əbdülrəhman olmuşdur[4]. Qafqazın 5 verstlik xəritəsində[5] qeyd edilmişdir.
Yuxarı Əylənli | |
---|---|
40°08′09″ şm. e. 44°14′40″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 830 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Toponimi
redaktəToponim fərqləndirici əlamət bildirən yuxarı sözü ilə əylənli nəsil adı əsasında əmələ gəlmişdir. Əylənli tayfası F.Sümərin "Oğuzlar" əsərində əyələnoğlu kimi qeyd edilir[6]. Patronim toponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 4.IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Tsaxkunk qoyulmuşdur. Mənbədə Aylanlu kimidir (yеnə orada). Kеçən əsrdə digər adı "Alyanlı Əbdürrəhman"dır ki, bu da "Abdurrahman (kəndi) yaxınlığındakı Aylanlı (kəndi)" mə’nasındadır. 1918-ci ildə kənddə Türkiyədən gəlmə еrmənilər də yеrləşmişlər. 1946-cı ildə kənd еrmənicə Tsaxkunk adlandırılmışdır. 1948-ci ildə kəndin azərbaycanlıları Azərbaycana köçürülmüşdür. Toponimin mənşəyi barədə iki fikir ola bilər:
- 1. "Kitabi=Dədə Qorqudda" "Pasini Kara Dərbənddə Avlan qalası" (III boy) ifadəsi əsasında güman еtmək olar ki, kəndin adı həmin Avlan qalasının adı ilə bağlıdır və Aylanlı adı "Avlanlı"nın fonеtik formasıdır.
- 2. Kəndin yеrli tələffüz forması Əglənlidir. 1728-ci ilə aid türkcə mənbədə də kəndin adı Əklənlu kimi göstərilmişdir[7][8]. Buna əsasən güman еtmək olar ki, kəndin həqiqətən adı Əglənlidir və Əylənli fonеtik formadır. 1588-ci ilə aid bir türkcə mənbədə qışı da Gəncə sancağının Çalabеrti və Bərdə sancağının Şir nahiyəsində Əglənli adlı maldar еlin yaşaması qеyd olunur[9][10]
Əhalisi
redaktəKənddə 1828-ci ilə kimi yalnız azərbaycanlı yaşamışdır. Türkmənçay müqaviləsindən sonra İran və Türkiyədən köçürülən ermənilər kənddə yerləşdirilmiş və azərbaycanlılar sıxışdırılaraq kənddən çıxarılmışdır. Burada ermənilərlə yanaşı 1831-ci ildə 50 nəfər 179 azərbaycanlı yaşamışdır[11]. 1840-cı illərdə onlar da kənddən qovulmuşdur. İndi ermənilər yaşayır.
İstinadlar
redaktə- ↑ Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
- ↑ Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис, 1913.
- ↑ Budaqov B.Ə. Azərbaycan coğrafi tеrminlərinin bə’zi məsələlərinə dair. "Azərbaycan SSR ЕA Xəbərləri" (Yеr Еlmləri sеriyası), 1959, № 7.
- ↑ erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.80
- ↑ Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскaго края, изданiя Кавказскaго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.8
- ↑ Sümər Faruq. Oğuzlar: tarixləri, boy təşkilat dastanları. Türk dilindən tərcümə edən: Ramiz Əsgər. Bakı: Yazıçı, 1992. ISBN 5560005118. s.185
- ↑ Basbakanlik Arsivi. Qapu tahrir defterleri. № 808. 1728-ye tarihi. Revan ey-aleti Defteri.
- ↑ Армянская география VII века по Р.Х. Спб., 1877.
- ↑ Kirzioqlu F. 1593 ylde Osmanli vilaget tahrir defterlerende Gence-Karabag sancak lari; "ulus" ve "oymakleri". Sevic matbaasi. Ankara, 1979.
- ↑ Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Јухары Әјләнли // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. с. 300.
- ↑ erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.150