Yuxari Godekli - Wikipedia
Yuxarı Gödəkli (erm. վերին Գյոդաքլու; Kəndin adı sonradan dəyişdirilərək Vardavanq (erm. Վարդավանք) edilib) — Ermənistan Respublikasının cənubunda, Sünik mərzində (keçmiş Zəngəzur mahalı) yerləşən kənd. Kənd Qafan şəhərindən 13 km şərqdə, Qafan-Gorus yolunun sağ tərəfində yerləşir. 1930–1995-ci illər aralığında Qafan rayonu inzibati-ərazi vahidinin tərkibinə daxil idi.[1][2]
Tarixi Zəngəzur mahalı əraziləri | |
Ermənistan SSR, Qafan rayonu | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | Ermənistan |
Bölgə | Sünik mərzi |
İnzibati mərkəz | Qafan |
İndiki adı | Vardavanq (erm. Վարդավանք) |
Sahəsi | 13 km² |
Əhalisi | 91 nəfər (2010) |
Saat qurşağı | |
Xəritədə yeri | |
|
Etimologiyası
redaktəToponim türk mənşəli qazaxlar tayfasından olan "gödəkli" etnonimindən[3] əmələ gəlmişdir. Etnotoponimdir. "Yuxarı" fərqləndirici sözü ilə işlənərək mürəkkəb quruluşlu toponim yaratmışdır. Ermənicə "Verin Gyodaklu" (erm. վերին Գյոդաքլու) şəklində işlədilib.[4] Kəndin indiki adı Vardavanqdır.
Əhalisi
redaktə1918-ci ildə əhalisi qovulmuşdu. 1922-ci ildə azərbaycanlıların bir hissəsi gеri qayıdaraq yеnidən məskunlaşmışdı. 1988-ci ildə əhali Azərbaycana qovulmuşdur. İrəvan əyalətinin Kotak (еrməni mənbələrində Kotayk) mahalında gəlmə ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Mahal isə mənşə е’tibarilə qədim türkmənşəli Katak tayfasının adını əks еtdirir. Kənddə 1897-ci ildə 201 nəfər, 1914-cü ildə 79 nəfər, 1922-ci ildə 132 nəfər, 1926-cı ildə 118 nəfər, 1931-ci ildə 163 nəfər, 1939-cu ildə 221 nəfər, 1959-cu ildə 180 nəfər, 1970-ci ildə 275 nəfər, 1979-cu ildə 381 nəfər azərbaycanlı yaşayıb.[5] 1988-ci ildə deportasiya olunan azərbaycanlıların yerinə kəndə ermənilər yerləşib. Hal-hazırda da kənddə ermənilər yaşayır. Ermənistan Milli Statistika Xidmətinin məlumatına görə 2001-ci ildə kənddə 120 nəfər, 2010-cu ildə isə 91 nəfər yaşayıb.
Rəsmi siyahıyaalınma ili və müvafiq sayımların yekunlarına əsasən əhalinin sayı | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
1897-ci il | 1914-cü il | 1922-ci il | 1926-cı il | 1931-ci il | 1939-cu il | 1959-cu il | 1970-ci il | 1979-cu il | 2001-ci il | 2010-cu il | ||
Yuxarı Gödəkli | 201 | 79 | 132 | 118 | 163 | 221 | 180 | 275 | 381 | 120 | 91 |
Görkəmli şəxsləri
redaktə- Məmmədov Malik Bəhmən oğlu ("Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib)[6]
- Rəhimov Şəmsi Nuru oğlu
Mənbə
redaktə- Musa Urud, "Zəngəzur", Bakı, "Nurlar", 2005.
- Əziz Ələkbərli, "Qədim türk-oğuz yurdu "Ermənistan"", Bakı, "Sabah", 1994.
- PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2
- Həbib Rəhimoğlu, "Silinməz adlar, sağalmaz yaralar", Bakı, "Azərnəşr", 1997.
- B.Ə.Budaqov, Q.Ə.Qeybullayev. "Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti". Bakı, "Oğuz eli", 1998.
- Sabir Əsədov, "Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası", Bakı, "Gənclik", 1995.
- Səməd Qarayev, "Qazangöl həsrəti", Bakı, 2002.
- Zəngəzur Cəmiyyətləri Birliyi: Qafan Arxivləşdirilib 2013-12-09 at the Wayback Machine
İstinadlar
redaktə- ↑ Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис, 1913.
- ↑ Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Јухары Ҝөдәкли // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с.
- ↑ Шопен И., Исторический памятник состояния Армянской области в эпоху ея присоединения к Российской империи Arxivləşdirilib 2016-03-06 at the Wayback Machine, СПб, Типография императорский Академии Наук, 1852. s.535
- ↑ "İbrahim Bayramov, «Qərbi Azərbaycanın türk mənşəli toponimləri», Bakı, "Elm", 2002". 2014-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-02.
- ↑ "Həbib Rəhimoğlu, «Silinməz adlar, sağalmaz yaralar», Bakı, "Azərnəşr", 1997". 2011-09-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-05-02.
- ↑ 14 yanvar 2014: Malik Bəhmən oğlu bu gün şəhid olub