Yuxari Qarasaqqal - Wikipedia
Yuxarı Qarasaqqal — Azərbaycan Respublikasının Laçın rayonu inzibati ərazi vahidində kənd.
Yuxarı Qarasaqqal | |
---|---|
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı |
Tarixi
redaktə1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 1 dekabr 2020-ci ildə Azərbaycana qaytarılıb.
İqtisadiyyatı
redaktəHeyvandarlığın, əkinçiliyin inkişafi üçün bol suyu, münbit torpağı, zonanın təbii şəraiti, əlverişli iqlimi olduğundan əhalinin əsas məşğuliyyəti heyvandarlıq və əkinçilik olmuşdur. Heyvandarlıq çox güclü inkişaf edərək əsas sahələrdən birinə çevrilmişdir. Əkinçilik kəndin iqtisadiyyatında ikinci yeri tutur. Əkinə yararlı sahələrdə buğda, arpa, vələmir və başqa dənli bitkilər, eləcə də çoxillik yem bitkiləri becərilir. Meşədə bitən cır meyvə və giləmeyvələrdən meyvə qurusu (qax) hazırlanır, müxtəlif məqsədlər üçün istifadə edilir.
Bunlardan əlavə toxuculuq çox yaxşı inkişaf etmişdir. Yerli qoyun növlərinin yununun xüsusiyyətlərinə uyğun xalcalar toxunurdu. Dəmirçilik, arıçılıq, taxta-şalban istehsalı, dərman bitkilərinin toplanıb təhvil verilməsi də əhalinin məşğuliyyət növlərindəndir.
Həmçinin bax
redaktəİstinadlar
redaktə Laçın rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |