Yuxari Seyidler - Wikipedia
Yuxarı Seyidlər — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 14 iyul 1998-ci il tarixli, 524-IQ saylı Qərarı ilə Zərdab rayonunun Yuxarı Seydlər kəndi Bıçaqçı kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Yuxarı Seyidlər kənd inzibati ərazi vahidi yaradılmışdır.[1]
Yuxarı Seyidlər | |
---|---|
40°21′40″ şm. e. 47°30′50″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Tarix
redaktəYuxarı Seyidlər kəndinin ərazisində Seyid Şahmərdan adlı ziyarətgah mövcuddur. Tarixi mənbələrdə Azərbaycanda yayılmış Seyidlər adlanan yaşayış məntəqələrinin ilk sakinlərinin Cənubi Azərbaycandan türkləşmiş halda gələn seyidlər olduğu iddia olunur[2].
Coğrafiyası
redaktəYuxarı Seyidlər kəndi Zərdab şəhərindən 33 kilometr şimal-qərbdə, Kür çayının yuxarı axarında yerləşir. Ərazisi 1767,45 hektardır.
Əhalisi
redaktəƏhalisi 810 nəfərdir.
İqtisadiyyatı
redaktəKəndin əhalisi əsasən heyvandarlıq, taxılçılıq, yemçilik, quşçuluq, meyvəçilik, pambıqçılıq, bostançılıq, balıqçılıq və s. ilə məşğul olur.
Mədəniyyət
redaktəKənddə kitabxana, klub, poçt şöbəsi, mədəniyyət evi fəaliyyət göstərir.
Təhsil
redaktəKənddə orta məktəb fəaliyyət göstərir.
Din
redaktəKənddə məscid mövcuddur.
Səhiyyə
redaktəKənddə tibb məntəqəsi mövcuddur.
İstinadlar
redaktə- ↑ "Azərbaycan Respublikasının Qazax, Qəbələ, Zərdab, Neftçala, Samux və Şəmkir rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 14 iyul 1998-ci il tarixli, 524-IQ saylı Qərarı". 2022-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-01.
- ↑ "Yuxarı Seyidlər kəndi". 2021-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-02-16.
Həmçinin bax
redaktə Zərdab rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |