Yuxari Zagali - Wikipedia
Yuxarı Zağalı (indiki adı: Aхpradzor) — İrəvan quberniyasının Göyçə mahalında, indi Basarkeçər (Vardenis) rayonunda kənd.
Yuxarı Zağalı | |
---|---|
40°06′ şm. e. 45°39′ ş. u.HGYO | |
Ölkə | |
Region | Geğarkunik mərzi |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 2.293 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Tarixi
redaktəRayon mərkəzindən 15 km cənub-qərbdə, Göyçə gölünün yaxınlğında Dik Pilləkən dağının ətəyində yerləşir. Qafqazın 5 verstlik xəritəsində[2] qeyd edilmişdir. Kənd həm də Tatar (Azərbaycanlı) Zağalısı adlandırılmışdır[3]. Kənddən 1 km şərqdə qədim bir kəndin xarabalıqları indi də durur. Eyni zamanda Oğuz qəbiristanlığının qalıqları, albanlara məxsus xaç həykəlləri vardır.
Erm. SSR AS RH-nin 25 yanvar 1978-ci il fərmanı ilə kənd ermənicə Ахpradzor adlandırılmışdır.
Toponimikası
redaktəToponim Azərbaycan dilində "mağara" mənasında işlənən zağa sözünə -lı şəkilçisinin əlavəsi ilə düzəlmişdir. Quruluşca mürəkkəb toponimdir. Toponimin əvvəllindəki işlənən "Yuxarı" sözü fərqləndirici əlamət bildirir.
Yuxarı Zağalı kəndi Taşir Zağalısı və Qızılxaraba da adlanmışdır. Zağalı kəndindən Aşağı Zağalı məntəqəsi yarandıqdan sonra Yuxarı Zağalı adlanmışdır. Kəndin adı zağa, mağara, kaha, sığınacaq adını əks etdirir.
Əhalisi
redaktəKənddə 1831-ci ildə 98 nəfər, 1873-cü ildə 515 nəfər, 1886-cı ildə 717 nəfər, 1897-ci ildə 774 nəfər, 1908-ci ildə 917 nəfər, 1914-cü ildə 1018 nəfər, 1916-cı ildə 922 nəfər azərbaycanlı yaşamışdır[4]. 1918-ci ilin sonu, 1919-cu ilin əvvəllərində azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovulmuşlar[5]. İndiki Ermənistanda 1920-ci ildə Sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar öz doğma kəndlərinə dönə bilmişlər. 1922-ci ildən sonra Türkiyənin Muş bölgəsindən köçürülən ermənilər Yuxarı Zağalı kəndində yerləşdirilmişdir[6]. Ermənilərlə yanaşı 1926-cı ildə burada 185 nəfər, 1931-ci ildə 206 nəfər azərbaycanlı yaşamışdır[7].
Onu da qeyd edək ki, "Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti" kitabında[8] göstərilir ki, 1831–1908-ci illərdə Yuxarı Zağalı kəndində yalnız ermənilər yaşamışdır. Halbuki 1831, 1873, 1886, 1897, 1914, 1916, 1922-ci illərdə (əhalinin siyahıya alınmasına görə) burada yalnız azərbaycanlılar yaşamışdır[9]. Ermənilər buraya, yuxarıda dəyildiyi kimi, 1922-ci ildən sonra köçürülmüşdür.
Yuxarı Zağalı kəndində qarışıq (azərbaycanlılar və ermənilər) şəkildə 1970-ci ildə 629, 1979-cu ildə 534 nəfər əhali olmuşdur[10]. Bu əhalinin 30 faizdən çoxunu azərbaycanlılar təşkil etmişdir. 1988-ci ildə azərbaycanlılar Ermənistan dövləti tərəfindən qırğınlarla doğma kəndlərindən qovulmuşlar. İndi burada yalnız ermənilər yaşayır.
Texniki problemlərə görə qrafiklər müvəqqəti olaraq söndürülüb. |
|
Köçürülənlər
redaktə1949-cu ildən kənddən çıxmış
- Ellazov Cavad Səmənd oğlu — Füzuli Sabiroğlunun Babası (Sənnəddə səhf yazılaraq Elyazov Cavad Xıdır oğlu yazılıb)
- Ellazova Zərnişan — sənəddə səhv yazılaraq Ellazova Gülşən yazılıb.
- Ellazova Səmayə Cavad qızı -
- Ellazov İsə Cavad oğlu -
- Ellazov Qərib Cavad oğlu -
- Ellazova Həvayət Cavad oğlu -
- Ellazov Sabir Cavad oğlu -
- Ellazov Sədir Cavad oğlu -
- Ellazov Valeh Cavad oğlu -
1988-ci ildə kənddən çıxmış[13]
- Cabbarov Mikayıl İsa oğlu -
- Cabbarov Müşfiq Mikayıl oğlu -
- Cabbarov Mürsəl Mikayıl oğlu -
- Cabbarov Vüqar Mikayıl oğlu -
Görkəmli şəxsiyyətləri
redaktə- Yunus Məmmədli (d.20.01.1940. Göyçə) – türkoloq alim, professor.
- Vəliyev Sabir Yadigar oğlu — Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri, "Əməkdar Kənd Təsərrüfatı işçisi" (2008)
- Qafarov İsa Cabbar oğlu — Böyük Vətən Müharibəsi iştirakçısı.[14]
İstinadlar
redaktə- ↑ 1 2 Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
- ↑ Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскaго края, изданiя Кавказскaго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.94
- ↑ Коркотян З. Население Советской Армении за последние сто лет (1831–1931) Arxivləşdirilib 2022-03-31 at the Wayback Machine. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.26
- ↑ Коркотян З. Население Советской Армении за последние сто лет (1831–1931) Arxivləşdirilib 2022-03-31 at the Wayback Machine. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.26–27, 110–111
- ↑ История Азербайджана по документам и публикациям, Баку, "Элм", 1990. s.249
- ↑ Коркотян З. Население Советской Армении за последние сто лет (1831–1931) Arxivləşdirilib 2022-03-31 at the Wayback Machine. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.26–27
- ↑ Коркотян З. Население Советской Армении за последние сто лет (1831–1931) Arxivləşdirilib 2022-03-31 at the Wayback Machine. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.26–27,110–111
- ↑ Hakopyan T. X., MəlikBaxşyan St. T., Barseğyan O. X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində). I c., AD, İrəvan, "İrəvan Universiteti", 1986. s.121
- ↑ Коркотян З. Население Советской Армении за последние сто лет (1831–1931) Arxivləşdirilib 2022-03-31 at the Wayback Machine. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.26–27, 112–113
- ↑ Hakopyan T. X., MəlikBaxşyan St. T., Barseğyan O. X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində). I c., AD, İrəvan, "İrəvan Universiteti", 1986. s.121
- ↑ 1 2 3 4 Կորկոտյան Զ. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) (erm.). Երևան: 1932. 185 s.
- ↑ 1 2 3 4 Հայաստանի բնակավայրերի բառարան (erm.). Երևան: 2008. S. 10. 184 s.
- ↑ Том Де Ваал. "Черный сад". Приложение Arxivləşdirilib 2014–04-13 at the Wayback Machine Arxivləşdirilib 2015–09-24 at the Wayback Machine
- ↑ "Arxivlənmiş surət". 2022-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-28.