Zud Ost Qoltuq - Wikipedia
Züd-Ost Qoltuq — (Cənub-Şərqi Qoltuq) Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində mövcud olmuş kənd.[1]
Kənd | |
Züd-Ost Qoltuq | |
---|---|
39°29′29″ şm. e. 49°15′47″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Neftçala rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | azərbaycanlılar nəfər |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ 4702 |
Ümumi məlumat
redaktəZüd-Ost Qoltuq kəndi Azərbaycan SSR dönəmində təsis edilib. Kəndin adı alman dilindən tərcümədə "Cənub-Şərq Kolu" mənasını verir və bu da onun coğrafi mövqeyinə işarə edir.[2] Kənddə Sovet dövrünün tipik infrastrukturu mövcud idi. Buraya məktəb, tibb müəssisəsi və kənd təsərrüfatı obyektləri, kitabxana, qış və yay kinoklubları daxildir. Sovetlər dağılandan sonra kəndin bəzi obyektləri fəaliyyətini dayandırmışdır.[3]
Tarixi
redaktəKürün deltasında, çayla Xəzərin əmələ gətirdiyi bucaqda Qoltuq adlı iki yaşayış məskəni var. Züd-Ost (Cənub-Şərq) və Nord-Ost (Şimal-Şərq) adlanan Qoltuq kəndləri XIX əsrin son rübündə təşəkkül tapmış, əsrimizin əvvəllərində isə xeyli genişlənmişdir. Bucaq mənası bildirən Qoltuq əsl türk sözüdür və körfəz kimi coğrafi anlayış bildirir. Bu söz dilimizin izahlı lüğətində çay və dəniz sahilində su girintisi, körfəz kimi mənalandırılır. Kəndin tarixi, əsasən də Sovet təsərrüfat sisteminin qurulması və inkişafı ilə bağlıdır.
Haqqında
redaktəKənddə bir neçə məhəllə adı mövcuddur. Burada Həmşərilər (koçevka), Sayıllılar, Qaravəllilər, Partlamalılar məhəlləsi var. Əsl Qoltuğun özü isə Kürün indiki Axmaz qolunun - Qobunun cənubunda salınmışdı. Əsrin 60-cı illərində Qoltuqda yeni bir məhəllə — Kazımabad məhəlləsi salındı. Burada ilk evi Kazım adlı bir şəxs tikdirdiyi üçün belə adlandırılıb.[4] Cənubi Azərbaycandan əsasən də Ərdəbildən köçüb gələn insanlar burada "Həmşəri" məhəlləsini salıblar. Onları həm də "koçevka" (köçərilər) adlandırırlar.
Deyilənə görə, ehtiyac üzündən bura yığışan adamlar balıq vətəqələrində işlədiklərindən güzəranları çox pis keçirmiş. Heyvanlar olmadıqları üçün çarıq tikdirməyə gönləri də yox imiş. Qum üstündə qadınlı kişili ayaqyalın gəzdiklərindən "ayaqyalın qoltuqlu" ifadəsi yaranmışdır.
Mədəniyyət abidəsi
redaktəYaşayış məntəqəsində malakanlar tərəfindən tikilmiş XIX əsr aid Kilsə var (İnventar nömrəsi: 4935). 1916-cı ildə Züd-Ost Qoltuq-da beşillik rus-tatar məktəbi fəaliyyətə başlayıb. Məktəbin ilk direktoru Mirzə Heydər Qəniyev olub (Anatollu Qəniyevin atası). 1938-ci ilə kimi məktəb beynəlmiləl məktəb kimi fəaliyyət göstərib.
Coğrafiyası
redaktəZüd-Ost Qoltuq hazırda Neftçala şəhərinin cənub tərəfində geniş bir ərazini əhatə edir. Kənd Neftçala rayonunun Xəzər dənizi sahilində yerləşir.
Kənd təsərrüfatı
redaktəƏhali kənd təsərrüfatı və balıqçılıqla məşğuldur. Sovet dövründə əhali kənd təsərrüfatı kolxozlarında və balıqçılıq təsərrüfatlarında çalışırdı.
İqtisadiyyatı
redaktəZüd-Ost Qoltuq kəndinin iqtisadiyyatı əsasən kənd təsərrüfatı və balıqçılıq idi. Hazırda kənddə əhali əsasən balıqçılıq və kənd təsərrüfatı məhsulları əkilir. Kənd Xəzər dənizi sahilində yerləşiyi üçün balıqçılıq burada əhəmiyyətli fəaliyyət sahəsidir.
Əhalisi
redaktəVaxtı ilə rusların KOÇEVKA (düşərgə, köç yeri) adlandırdığı məhəllədə ruslarla yanaşı Cənubi Azərbaycandan gələnlər də yaşayırdı (həmşərilər). Əhalinin dəqiq sayı ilə bağlı məlumatlar mövcud deyil. Qoltuq kəndinin Azərbaycan ictimaiyyətinə bəxş etdiyi sayılıb seçilən insanları var. Nəinki Azərbaycanda bütün dünyada məşhur olan Azərbaycan Respublikasının xalq rəssamı, professor, YUNESKO Rəssamlar İttifaqının üzvü, Avropa Təbiət Elmləri Akademiyasının fəxri professoru, Vatikan Heraldika Akademiyasının qrafı, Ümumdünya Rəssamlıq Akademiyasının həqiqi üzvü, Rusiya İmperial Rəssamlıq Akademiyasının fəxri üzvü, Roma Müasir İncəsənət Akademiyasının fəxri üzvü, Dünya İncəsənət Akademiyasının həqiqi üzvü, "Türk Dünyası" Akademiyasının həqiqi üzvü Sakit Məmmədov [1], Sovet İttifaqı Qəhrəmanı Əlif Piriyev [2], Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuş məşhur müğənni Anatollu Qəniyev [3] azərbaycanlı ədəbiyyatşünas-alim, filologiya elmləri doktoru, pofessor, Azərbaycan Yazıçılar Birliyinin üzvü İmanverdi Əbilov [4], filologiya elmləri doktoru, dilçi alim, professor Tofiq Hacıyev [5], tənqidçi, publisist, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası Əməkdar Mədəniyyət İşçisidir, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Ədəbiyyat qəzetinin baş redaktoru Azər Turan [6], Filologiya üzrə elmlər doktoru, peofessor Tərlan Quliyev, Tarix üzrə fəlsəfə doktoru Aynur Hacıqədirli [7] [5]Qoltuq kəndindəndir.
Ləğv olunma səbəbi
redaktəHəmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Züd-Ost Qoltuq GEOnet Names Server-də.
- ↑ Azərbaycan SSR Ensiklopediyası
- ↑ "Arxivlənmiş surət". 2024-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-25.
- ↑ "Arxivlənmiş surət". 2024-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-25.
- ↑ Şablon:Https://science.gov.az/az/forms/doktora-filosofii-instituta-rukopisey/582
Neftçala rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |