Zulali Yemler - Wikipedia
Zülali yemlər – bitki və heyvani mənşəli olub, tərkibcə yüksək proteinə malikdirlər.
Bitki mənşəli zülali yemlər
redaktəBu qrup yemlərə paxlalı kulturalar, jmıx aiddir. Paxlalıların toxumları proteinlə zəngindir. Təxminən 21,2–34,0%-ə qədərdir. Bu da bioloji dəyərinə görə taxıllar fəsiləsindən daha yüksəkdir. O cümlədən tərkibinə B1, B2, B5, E, C vitaminlər də daxildir. Paxlalı bitkilərin çiy meyvələrində, əsasən də soyada, antitriksin maddəsi var. Bu maddə fermentlərin aktivliyini və züllaların həzmini azaldır. Paxlalıların toxumları fosfor və kükürdlə, soya isə bunlardan əlavə yağ turşuları ilə zəngindir.
Noxud
redaktəNoxud — əsas paxlameyvəli yemdir. Tərkibində 21,5% protein və çox miqdarda lizin var.
Soya
redaktəSoya – tərkibindəki proteinin səviyyəsinə görə (37–45%) noxudu keçir. O cümlədən yüksək bioloji dəyərinə və zəngin aminturşu tərkibinə görə heyvani zülala çox yaxındır. 18–21% yağ, vitamin və minerallarla zəngindir.
Paxlalı yemlər
redaktəPaxlalı yemlərə – 25% protein daxildir. Karbohidratlar və vitaminlərlə zəngindir.
Acıpaxla yemi
redaktəAcıpaxla yemi– tərkibinə 42,1%-ə yaxın protein daxildir.
Çölnoxudu
redaktəÇölnoxudu — tərkibinə 24,1%-ə yaxın protein daxildir.
Mərci
redaktəMərci – kimyəvi tərkibinə görə noxud və çölnoxuda yaxındır.
Nut
redaktəNut– tərkibində 20% protein, 5% yağ və sellüloza.
Jmıx və şrotlar
redaktəJmıx və şrotlar– ayrı-ayrı kulturların texniki emalından alınır. Götürülən xammaldan asılı olaraq jmıx və şrotlar – günəbaxandan, kətandan, soyadan, pambıqdan, çəltik və yer fındığından alınır. Quşçuluq təsərrüfatı üçün əsasən soya, günəbaxan, yerfındığı, pambıq və düyüdən istifadə olunur. Jmıx əsasən pressləmə vasitəsilə yağın çəkilməsi zamanı alınır. Jmıxda 5–7% yağ olur. Həmçinin tərkibində 50%-ə yaxın zülal var ki, bu da yüksək keyfiyyətə malikdir. O cümlədən asan həzm olunur. Əksər halda tərkibcə heyvani zülala daha yaxın olur. Amma aminturşusu sarıdan kasaddır.
Heyvan mənşəli zülali yemlər
redaktəHeyvan mənşəli zülali yemlər daha qiymətlidirlər. Belə ki, zülallarla yanaşı, B qrup vitaminləri, mineral maddələrlə zəngindir. Heyvan mənşəli yemlərə balıq və ət məhsullarının tullantıları və süd məhsulları aiddir.
Balıq unu
redaktəBalıq unu – yüksək keyfiyyətli yemdir. Tərkibində 79% zülal, lizin və metionin var.
Ət unu
redaktəƏt unu – 60%-dən çox yüksək keyfiyyətli protein var.
Ət-sümük unu
redaktəƏt-sümük unu – zülali-mineral yem. Tərkibində 50% protein olur.
Qan unu
redaktəQan unu – 80%-dən çox protein olur.
Lələk unu
redaktəLələk unu — əsasən metionin və sistin aminturşularının mənbəyi kimi quşların yeminə qatılır. Proteinin ümumi miqdarı 80%-dir.
Çürümüş süd, zərdab və digər süd məhsulları yüksək bioloji əhəmiyyətə malikdirlər. Tərkibinə B vitamin qrupu və asan məninsənilən mineral maddələr daxildir. Quşlar üçün qiymətli yem sayılır.