Zulfuqar Zulfuqarov - Wikipedia
Zülfüqarov Zülfüqar Hüseynqulu oğlu (3 dekabr 1913, Nuxa rayonu – 9 iyul 1992, Bakı) — Azərbaycan SSR EA-nın müxbir üzvü, kimya üzrə elmlər doktoru, professor.
Zülfüqar Zülfüqarov | |
---|---|
Zülfüqar Hüseynqulu oğlu Zülfüqarov | |
Doğum tarixi | |
Doğum yeri | Şəki, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | (78 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı |
Rusiya imperiyası SSRİ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Atası | Hüseynqulu |
Elm sahəsi | kimya |
Elmi dərəcəsi | Kimya elmləri doktoru |
Elmi adı | Professor |
İş yerləri | Qeyri-üzvi və Fiziki Kimya İnstitutu |
Təhsili | Bakı Sənaye Universiteti |
Mükafatları |
Həyatı
redaktə- 1913-cü il dekabrın 3-də Şəki şəhərində anadan olub. Onun uşaqlığı, məktəb illəri və gəncliyi də Şəkidə keçmişdir.
- 1916-ci ildə atası vəfat etdikdən sonra o, iki qardaşı və bacısı ilə anasının himayəsində qalmışdır.
- 1936-cı ildə Azərbaycan Sənaye İnstitutunun kimya-texnologiya fakültəsini bitirib.
- 1938-ci ildə SSSRİ EA-nın Azərbaycan filialının kimya institutunda aspirant olmuşdur.
- 1939-cu ildən SSRİ EA-nın Azərbaycan Filialının Kimya institutunun fiziki kimya Labaratoriyasında kiçik elmi işçi kimi çalışmışdır. Daha sonralar Azərbaycan EA-nın qərarı ilə fiziki-kimya ixtisası üzrə "baş elmi işçi" adı təsdiq edilmişdir və labaratoriyanın rəhbəri seçilmişdir.
- 1941-ci ildə kimya üzrə fəlsəfə doktoru və 1957-ci ildə kimya üzrə elmlər doktoru elmi dərəcəsini, 1959-cu ildə isə professor elmi adını alıb, 1976-cı ildə Azərbaycan SSR EA-nın müxbir üzvü seçilib.
- 1958-ci ildə SSRİ AAK-nın qərarı ilə kimya elmləri doktoru alimlik dərəcəsi təsdiq edilmişdir. Azərbaycan Kimya jurnalı redaksiya heyətinin üzvü olub.
- 1968–1970-ci illərdə Azəbaycan SSR EA Neft Kimya Prosesləri İnstitutunda laboratoriya müdiri, 1970–1983-cü illərdə Azərbaycan SSR EA Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun direktoru, 1983-cü ildən ömrünün axırına kimi QÜFKİ-də laboratoriya müdiri olub.
- Vəfatından sonra onun adı həyatı boyu sevdiyi gözəl vətəni — Şəki şəhərində yeni salınmış küçəyə verilmiş, əbədiləşdirilmişdir.[1]
Elmi fəaliyyəti
redaktəZ.Zülfüqarovun elmi fəaliyyəti respublikada güclü potensial ehtiyatlara malik olan mineral xammalın — alümosilikatların, seolitlərin, bentonit gil minerallarının və digər mürəkkəb oksid sistemlərin neft fraksiyalarının emalında katalizator və adsorbent kimi işlənilməsi istiqamətinə yönəlib. Bu tip katalizator və adsorbentlərin hazırlanma şəraitinin təkmilləşdirilməsi nəticəsində alim onların fiziki-kimyəvi xassələri, səthlərinin kimyəvi təbiəti ilə katalitik və uduculuq qabiliyyətləri arasındakı qarşılıqlı əlaqənin təbiətini öyrənmiş, konkret korrelyasiya qanunauyğunluqlarını aşkar etmişdir. Alimin əldə etdiyi elmi nəticələr onun "Krekinq katalizatorlarının fiziki-kimyəvi xassələrinə sintez şəraitinin təsiri", "Azərbaycan bentonit gillərinin və qumbrinin fiziki-kimyəvi xassələri və ağardıcı qabiliyyətlərinin tədqiqi", "Modifikasiya olunmuş Y-tipli seolitlər əsasında heterogenləşdirilmiş katalizatorlar" və bir çox başqa əsərlərində öz əksini tapıb.[1]
Beynəlxalq konfranslarda iştirakı
redaktə- 1962-ci il Moskvada sənaye prosesləri üçün katalizatorların seçilməsi və hazırlanmasına həsr edilmiş ümumittifaq müşavirəsinin iştirakçısı.
- 1960-cı il Makromolekulyar kimya sahəsində simpozium.
- 1964-cü ildə III kataliz konqresinin iştirakçısı (Amsterdam).
- 1967-ci ildə "Qeyri-üzvi və fiziki-kimya sahəsində tədqiqatlar və onların kimya sənayesində rolu" konfransı.
- 1967–1969-cu illərdə Ümumittifaq IV heterogen Kataliz konqresinin iştirakçısı (Moskva).
- 1973-cü ildə "Oksidləşmə heterogen kataliz"ə həsr edilmiş elmi konfransda təşkilat komitəsinin üzvü.
- "Elmin tarixi" IV Qafkaz konfransı.
- 1975-ci ildə "Mechanisms of hydrocarbon reactions"(Siofok, Hungery, Budapest) simpoziumu.
- 1976-cı ildə II Qafqaz konfransı.
- 1979-cu ildə Neft kimyasının aktual problemlərinə həsr edilmiş İkinci Ümumittifaq seminarı.
- 1980-ci ildə "Yod və bromun kimya və texnologiyası ümumittifaq müşavirəsində (Aşqabad) iştirak etmiş və məruzə ilə çıxış etmişdir.
- 1980-ci ildə Adsorbsiya və xromotoqrafiya üzrə dördüncü Qafkaz konfrası.
- 1981-ci ildə BVM iştirakçısı vəsiqəsini (№484560) almışdır.
- 1981-ci ildə "Seolitlərin katalizdə tətbiqi" İkinci Ümumittifaq konfransı.
- 1982-ci ildə Adsorbsiya və xromotoqrafiya üzrə Beşinci Qafqaz konfransında təşkilat komissiyasının sədri.(Bakı).
- 1984-cü ildə "Qazların katalitik Üsulla kükürdsüzləşdirilməsi" İkinci Ümumittifaq müşavirəsi.
- 1985-ci ildə "Seolitlərin katalizdə tətbiqi" Üçüncü Ümumittifaq konfransı.(Moskva);
- 1985-ci ildə "Təbii seolitlər" dördüncü Bolqar-Sovet simpoziumu.
Nailiyyətləri
redaktə400-dən çox elmi əsərin, 62 ixtira və patentin, 2 monoqrafiyanın müəllifidir. Z.Zülfüqarovun rəhbərliyi ilə 7 elmlər doktoru, 47 fəlsəfə doktoru yetişdirilib.
Mükafatları
redaktəZ.Zülfüqarov II dərəcəli Vətən Müharibəsi ordeni və 16 müxtəlif medallarla təltif olunub, 2 dəfə Azərbaycan SSR Dövlət Mükafatı Laureatı və Azərbaycan SSR-nin "Əməkdar Elm xadimi" adına layiq görülüb:
- 1944-cü ildə "Qafqazın müdafiəsi" medalı ilə təltif olunub.
- 1945-ci ildə "Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı ilə təltif olunub.
- 1952-ci ildə "Əmək rəşadətinə görə" medalı ilə təltif olunub.
- 1965-ci ildə "1941–1945-ci ildə qələbənin 20 illiyi" medalı ilə təltif olunub.
- 1970-ci ildə V.İ.Leninin anadan olmasının 100-illiyi münasibətilə "Fədakar əməyə görə" yubiley medalı ilə təltif olunub.
- 1974-cü ildə Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin Fərmanı ilə "Azərbaycan SSR-in Əməkdar Elm Xadimi" fəxri adına layiq görülüb.
- 1975-ci ildə "1941–1945-ci ildə qələbənin 30 illiyi" medalı ilə təltif olunub.
- 1976-cı ildə "SSRİ Xalq Təsərrüfatının Nailiyyətləri sərgisinin" gümüş medalı ilə təltif olunub.
- 1977-ci ildə "Əmək veteranı" medalı ilə təltif olunub.
- 1978-ci ildə "Azərbaycan Dövlət Mükafatı" və "IX beşillik zərbəçisi" tərifnaməsi ilə təltif olunub.
- 1985-ci ildə "2-ci dərəcəli Vətən müharibəsi" ordeni, "1941–1945-ci illərdə qələbənin 40 illiyi" medalı ilə təltif olunub.
- 1987-ci ildə "Azərbaycanda milyard ton neftin hasilatı" və "50 il partiyada" nişanları ilə təltif olunub.
- 1988-ci ildə "SSRİ Silahlı qüvvələrinin 70 illiyi" medalı ilə təltif olunub.
Əsas elmi əsərləri
redaktəKitabları
redaktə- "Влияние условий синтеза крекирующих катализаторов на их физико-химические свойства". Баку. Изд-во АН Азерб. ССР, 1957, 222 с.
- "Исследование физико-химических свойств и отбеливающей способности глин месторождений Азербайджанской ССР и гумбрина". Баку. Изд-во АН Азерб. ССР. 1957. 247 с.
Məqalələri
redaktə- Свобода на исследование истины. газ. Бакинский рабочий, 1992.
- Кислотные свойства кристаллического и аморфного алюмосиликата методом термодесорбции аммиака. Вестн. Московск. Ун-та.1989.
- Исследование возможности использования некоторых промышленных отходов нефтехимического производства в качестве катализаторов. АХЖ. 1989.
İstinadlar
redaktə- ↑ 1 2 "Azərbaycan SSR EA Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun direktoru — Zülfüqarov Zülfüqar Hüseynqulu oğlu". 2021-11-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-01.