Zulfiyye Qurbanova - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Zülfiyyə Misirxan qızı Qurbanova (4 yanvar 1984, Sumqayıt) — aktrisa.
Zülfiyyə Qurbanova | |
---|---|
Qurbanova Zülfiyyə Misirxan qızı | |
Doğum tarixi | 4 yanvar 1984 (40 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | aktrisa |
Təhsili |
Həyatı
redaktəZülfiyyə Qurbanova 4 yanvar 1984-cü ildə Azərbaycan Respublikası Sumqayıt şəhərində incəsənət və mədəniyyət işçiləri ailəsində anadan olmuşdur. 1990-cı ildə Sumqayıt şəhərində 4 saylı orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2000-ci ildə Sumqayıt şəhərində 7 saylı orta məktəbi bitirmişdir. 2003-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Aktyorluq şöbəsinin "Dram teatrı və Kino aktyorluğu" fakültəsinə daxil olmuş, oranı 2007-ci ildə qurtarıb, həmin ildə eyni ixtisas üzrə magistraturaya qəbul olmuşdur. 2009-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Aktyorluq" şöbəsinin "Dram teatrı və Kino aktyorluğu" fakültəsinin magistraturasını bitirmişdir. 2007-ci ildən xalq artisiti Amaliya Pənahovanın rəhbərlik etdiyi Bakı Bələdiyyə Teatrında fəaliyyətə başlayan aktrisa, hazırda teatrın gənc aparıcı aktrisalarından biridir. Zülfiyyə Qurbanova Azərbaycandan Kann film festivalında iştirak edən ilk Azərbaycanlı aktrisadır.
Filmoqrafiya
redaktə1. "Arzular" filmi (2005). İran və Azərbaycanın birgə istehsalı. Rejissor: Həsən Nəcəfi və Rəhbər Qənbəri.
2. "100000 AZN" filmi (2009).
3. "Susmuş vicdan" serialı (2010). Rol: Seva. Rejissor: Elçin Məmiyev.
4. "Dalan" filmi (2011). Rol: Ev sahibəsi. Rejissor: Nəsimi Əliyev (Məmmədoğlu).
5. "Tabutdüzəldənin yelləncəyi" filmi (2011). Almaniya və Azərbaycanın birgə istehsalı. Rol: Kəndin əxlaqsız qadını. Rejissor: Elmar İmanov. Film Amerikada tələbə Oskarına layiq görülməklə yanaşı dünyanın bir çox nüfuzlu festivallarında iştirak etmiş və yerlər tutmuşdur.
6. "Hörümçək toru" serialı (2010–2011). Rol: Nara (Nərgiz). Rejissor: Elşən Heydərov.
7. "Cinayət və cəza" adlı iki sosial–ictimai qısametrajlı filmi (2011–2012). Rejissor: Elgün Bayramlı.
8. "Həyat varsa" film/serial. "Yuxu" filmi. Rol: Sevda (2012-ci il). Rejissor: Naci Çəlik Berksoy.
9. "Torn" filmi (2012) Rol: Qadın. Rejissor: Elmar İmanov və Engin Kurundağ. Aktrisa 2014-cü ildə Fransanın Kann şəhərində keçirilən dünyanın ən tanınmış film festivalı olan Kann festivalına "Torn" filmi ilə qatılaraq festivalda iştirak etmişdir.
10. "Həyat varsa" film/serial. "Axsayan ayaq" filmi. Rol: Səmayə (2012-ci il). Rejissor: Naci Çəlik Berksoy
11. "Tək olanda qorxma" teleserialı (2012). Rol: Jurnalist qız. Rejissor: Nadir Diridağlı.
12. "Həyat varsa" film/serial. "Məsumların duası" filmi. Rol: Cəmilə (2012-ci il). Rejissor: Naci Çəlik Berksoy
13. "Son hədd" film/serial. "Xeyir-dua" filmi. Rol: Sevinc (2012-ci il). Rejissor: Adil Azay.
14. "Həyat varsa" film/serial. "Övladlıq" filmi. Rol: Təranə (2013-cü il). Rejissor: Naci Çəlik Berksoy.
15. "Həyat varsa" film/serial. "Sürücü" filmi. Rol: Nüranə. (2013-cü il). Rejissor: Naci Çəlik Berksoy.
16. "Çaqqal nəfəsi" serialı (2013). Rol: Nailə. Rejissor: Babək Şirinsifət.
17. "Həyat, sən nə qəribəsən" teleserialı (2013). Rol: Ağcaxanım. Rejissor: Naci Çəlik Berskoy və Ramin Nəbiyev.
18. "İki ömür" teleserialı (2016). Rol: Şəfa. Rejissor: Ramin Nebiyev.
19. "Море спокойствия" qısametrajlı filmi (2016). Rol: Elmira. Rejissor: İsmayil Səfərli.
20. "Final Choice" qısametrajlı filmi (2017). Rejissor: Amil Memibeyli.
21. "Kəklikotu" tammetrajlı filmi (2017). Rejissor: Cəfər Axundzadə.
22. "Mövsümün sonu" tammetrajlı filmi (2017). Rol: Fidan. Rejissor: Elmar Imanov. Aktrisa 2019-cu ildə Beynəlxalq Rotterdam Film festivalında iştirak etmişdir. Və film "Fipresci" mükafatını qazanmışdır.
23. "Laləli saray" teleserialı (2018). Rol Bahar. Rejissor: Şahin Qəhrəman.
24. "Bastard" qısametrajlı filmi. Rejissor: Mövsüm Quliyev.
25. "Qış nağılı" tammetrajlı filmi (2018). Rol: Zulya. Rejissor: Cəfər Axundzadə.
26. "Ata ocağı" teleserialı (2018–2020). Rol: Ləman. Rejissor: Rüfət Şahbazov.
27. "Ana harayı" (2019). Xocalı faciəsinə həsr olunmuş sosial çarx. Rejissor: Nadir Mahmudov.
28. "Zəhər tuluğu 3: Kin" qısametrajli film
29."Zəhər tuluğu 4 : "Cəhd" qısametrajli film (2019). Rol: Rəna. Rejissor: Taleh Yüzbəyov.
30. "Uçurum" serialı (2020–2021). Rol: İlahə. Rejissor: Vüsal Məmmədov.
31. "İfşa" serialı (2021). Rol: İlahə. Rejissor: Elvin Abdulla.
32. "Zəhər tuluğu" (2021) tammetrajlı filmi. Rol: Rəna. Rejissor: Orxan Mərdan.
33. Köhnə çamadanlar (film, 2022) tammetrajlı filmi. Rol: Xədicə. Rejissor: Səidə Haqverdiyeva.
34. Əqrəb mövsümü (teleserial, 2022) Rol :Elnarə.Rejissor :Emil Quliyev
35. Bu şəhərdə kimsə yoxdur (serial) (2024) Rol : Hicran. Rejissor : Rüfət Şahbazov
36. "Vətəndaş A" serialı(2024)Rol:Səadət.Rejissor:Elvin Rüstəmzadə