Zehle - Wikipedia
Zəhlə (ərəb. زحلة) — Livanda Biqa mühafəzəsinin inzibati mərkəzi olan şəhərdir. Şəhərin əhalisi təxminən 100 000 nəfər təşkil edir. (2006). 2013-cü ildə əhali 56000 nəfərə qədər azalmışdır.[1] Əhalisinin sayına görə şəhər Beyrutdan və Tərabülüs əş-Şamdan sonra Livanda üçüncü şəhərdir. Əhalisi əsasən xristianlardan təşkil olunub. Livan Melkit Yunan Katolik kilsəninin mərkəzidir. Zəhlə şəhəri Biqa vadisinin mirvarisi hesab edilir. O təmiz havası ilə, kurortlar ilə və orijinal mətbəxi ilə məşhurdur.
Şəhər | |
Zəhlə | |
---|---|
زحلة | |
33°50′35″ şm. e. 35°53′52″ ş. u.HGYO | |
Ölkə | Livan |
Mühafəzə | Biqa |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | Əssəd Züqeyb |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 900 m |
Saat qurşağı | UTC+2 |
Əhalisi | |
Əhalisi | 100.000 nəfər (2006) |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 1801 |
Vikianbarda əlaqəli mediafayllar |
Ümumi məlumat
redaktəŞəhər Livanın paytaxtı olan Beyrut şəhərindən 55 kilometr şərqdə yerləşmişdir. Şəhər Yaxın Şərqdə yeganə katolik şəhərdir. Öz köhnə kilsələri ilə məşhurdur. Restoranlar açıq havada yerləşir. Vadi-əl-Areyiş unikal mətbəx və buzhazırlayan zavod kimi fəaliyyət göstərir. Beyruta qədər avtomobillə çatmaq mümkündür. Səfər 30 dəqiqədən 50 dəqiqəyə qədər davam edir. Müddət hərəkətdən asılı olaraq dəyişir. Şəhər mərkəzi dəniz səviyyəsindən 900 m hündürlükdə yerləşmişdir.
Tarixi
redaktəTəxminən 300 il əvvəl Zəhlənin əsası qoyulmuşdur. XVIII əsrin başlanğıcında hələ gənc olan şəhər üç ayrı rübə bölünmüşdü. Hər kəsin öz idarəsi var idi. Qısa vaxtda XIX əsrdə Zəhlə regionda birinci müstəqil şəhər-dövlət oldu. O zaman şəhərin öz bayrağı və himni var idi. Zəhlə 1777 və 1791-ci ildə yanğınlara məruz qaldı. 1860-cı ildə isə qarət edilərək yandırıldı. Mutasarrifii (1861 — 1914) Zəhləni idarə edən zaman şəhər yenidən çiçəklənməyə başladı. 1885-ci ildə şəhər vasitəsilə çəkilmiş dəmiryol xətti onun iqtisadiyyatını yaxşılaşdırdı və Zəhlə Suriyanın Biqa vadisi üçün daxili "liman" oldu. O həmçinin kənd təsərrüfatının mərkəzi və Beyrut, Dəməşq, Mosul və Bağdad arasında ticarətin mərkəzi idi. Hesab edilir ki, Zəhlə Livan ordusunun vətənidir. Şəhər indi ölkənin siyasi həyatında mühüm rol oynayır.[2]
İqtisadiyyat
redaktəZəhlə şəhərində iqtisadiyyatın əsasını toxuculuq və yeyinti sənayesi, həmçinin kənd təsərrüfatı təşkil edir.
Qardaş şəhərlər
redaktəİstinadlar
redaktə- ↑ "World Gazetteer: Lebanon, largest cities and towns and statistics of their population". 2006-03-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2006-03-16.
- ↑ "mideast.com - This website is for sale! - Mideast Resources and Information". 2016-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-13.
- ↑ Câmara Municipal de Belo Horizonte. "Lei n° 2.380, de 11 de dezembro de 1974" (portuqal). 2012-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-13.