Zekulla Bayramli - Wikipedia
Zekulla Bayramli - Wikipedia - Haqqında Məlumat
Bayramlı Zəkulla Niftulla oğlu — filologiya üzrə fəlsəfə doktoru, füzulişünas alim, dosent, AMEA Nizami adına Ədəbiyyat İnstitutunda aparıcı elmi işçi,[1] Füzulinin həyat və yaradıçılığı ilə bağlı çoxlu sayda əsərlərin müəllifi.[2]
Zəkulla Bayramlı | |
---|---|
Bayramlı Zəkulla Niftulla oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Qaravəlli, Ağcabədi rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Elmi dərəcəsi | filologiya üzrə fəlsəfə doktoru |
Elmi adı | dosent |
İş yerləri | Azərbaycan Müəllimlər İnstitutu, AMEA Nizami adına Ədəbiyyat İnstitutu |
Təhsili | Gəncə Dövlət Universiteti |
Həyatı
redaktəBayramlı Zəkulla Niftulla oğlu 04 sentyabr 1965-ci ildə Ağcabədi rayonu, Qaravəlli kəndində anadan olmuşdur.
Təhsili
redaktə- 1972-1982-ci illərdə Qaravəlli kəndi orta məktəbində təhsil alıb.
- 1990-ci ildə Gəncə Dövlət Universitetinin filologiya fakultəsini Azərbaycan dili və Ədəbiyyyatı ixtisası üzrə bitirib.
- 1990-1993-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitututunda aspiranturanı oxuyub.
- 1994-cü ildə "Füzuli yaradıcılığı və Çağdaş ədəbi-nəzəri fikir" mövzusu üzrə dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsini alıb.
Elmi-pedaqoji fəaliyyəti
redaktə- 1990-cı ildə Ağcabədi rayon Qaravəlli kəndi orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi işləyib.
- 1994-cü ildən AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda çalışır.
- 2013-2015-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunda Klassik Azərbaycan Əbəbiyyatını tədris edib.
- 1994-1998-ci illərdə Azərbaycan Radiosunun "Xarici ölkələrə verlişlər" studiyasının Güney Azərbaycan şöbəsində redaktor, böyük redaktor vəzifəsində çalışıb.
Yaradıcılığı
redaktə- Klassik Azərbaycan ədəbiyyatının tarixi və nəzəriyyəsi;
- Füzuli yaradıcılığı və Çağdaş ədəbi-nəzəri təmaüllər;
- Füzuli yaradıcılığı və Şərq renessansı;
- Füzuli poeziyasının romantik özəllikləri;
- Füzuli poeziyası və Sufizm problemi;
- Füzuli nəsrinin sənətkarlıq xüsusiyyətləri.
Kitabları
redaktə- "Füzuli yaradıcılığı və Çağdaş ədəbi-nəzəri fikir" (monoqrafiya), Bakı:Elm, 2010.
- Səni kimə deyim kimə söyləyim... (şeirlər), Bakı:Elm, 2015.
İstinadlar
redaktə- ↑ "Bayramlı Zəkulla Niftulla oğlu". 2021-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-21.
- ↑ "Zəkulla BAYRAMLI, Monoqrafiya". 2016-11-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-10-21.