Zengele - Wikipedia
Zəngələ — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 2001-ci il tarixli, 191-IIQ saylı Qərarı ilə Yardımlı rayonunun Zəngələ kəndi Horavar kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Vərov kəndi mərkəz olmaqla Vərov kənd inzibati ərazi dairəsi yaradılmışdır.[1]
Zəngələ | |
---|---|
38°52′44″ şm. e. 48°21′53″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Toponimikası
redaktəOykonim Zəngənə adlı bir tayfanı əks etdirir. Məmməd Həsən Vəliyevin sözlərinə görə, XIV əsrdə Hulaku hökmdarlar ilə Zəngənə tayfası Türküstandan İrana göçürülüb gəlmişdi. Və bu tayfa orta əsrlərdə qızılbaşlara qoşulmuşdur. Bir müddət keçəndən sonra Səfəvi şahları Zəngənə tayfasına Azərbaycanda,Gürcüstanda və Ermənistanda ərazi ayırmışdır.[2]
Zəngələ sözünün etimologiyası ilə bağlı üç fərziyyə var. Bunlardan biri zəngənə adlı tayfa ilə bağlıdır. Digər iki fərziyyəyə görə kəndin adı talış dilindən zənqulə (sırsıra) və ya zənqələ (balıqqulağı) sözləri ilə əlaqələndirir.[3]
Tarixi
redaktəCoğrafiyası və iqlimi =
redaktəKənd Peştəsər silsiləsinin ətəyində yerləşir.
İqtisadiyyatı
redaktəKənd əhalisi heyvandarlıq və əkinçiliklə məşğuldur.
İstinadlar
redaktə- ↑ "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklərin edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 2001-ci il tarixli, 191-IIQ saylı Qərarı". 2018-12-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-29.
- ↑ Zəngələ // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
- ↑ Zəngələ // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
Həmçinin bax
redaktə Yardımlı rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |