Zabel Dovsanalmasi - Wikipedia
Zabel dovşanalması (lat. Cotoneaster zabelii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü.
Zabel dovşanalması | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Növ: Zabel dovşanalması |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Təbii yayılması
redaktəTəbii halda Mərkəzi Çində yayılmışdır.
Botaniki təsviri
redaktəHündürlüyü 2 m çatan koldur. Budaqları tünd, qırmızı, qonur rənglidir. Yarpaqları tünd yaşıl rəngli, dəyirmi formalıdır. Üçkünc kasayarpaqlarının uzunluğu 1-2 sm, eni isə 1-2,5 mm-dir, ucu kütdür. Ləçəkləri çəhrayı rənglidir, diametri 2-3 mm, ucu kütdür. Erkəkcikləri 18-20 ədəd olub, ləçəklərdən qısadır. May-iyun aylarında çiçəkləyir, meyvələri avqust-sentyabr aylarında yetişir. Meyvəsi parlaq, qırmızı, yumurtaşəkillidir, diametri 7-8 mm-dir.
Ekologiyası
redaktəQuru, çılpaq qayalarda yaxşı bitir. Soyuğa, quraqlığa davamlı və işıqsevən bitkidir. İstənilən torpaq tiplərində bitir, lakin məhsuldar, drenaj üsulu ilə təmizlənmiş gillicə nəmişli torpaqlarda yaxşı inkişaf edir. Küləyə, çirklənməyə, xəstəlik və zərərvericilərə, qaza davamlıdır, 230C şaxtaya dözür.
Azərbaycanda yayılması
redaktəBöyük Qafqazda təbii halda rast gəlinir.
İstifadəsi
redaktəDekorativ bitki kimi park və bağların yaşıllaşdırılmasında istifadə oluna bilər.