Zabit Quliyev - Wikipedia
Zabit Adil oğlu Quliyev (6 iyun 1975, Ərəbxana, Kürdəmir rayonu) — Qarabağ müharibəsinin iştirakçısı, Azərbaycanın Milli Qəhrəmanı.[1][2][3]
Zabit Quliyev | |
---|---|
Zabit Adil oğlu Quliyev | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Ərəbxana, Kürdəmir rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Hərbi fəaliyyəti | |
Təltifləri |
Həyatı
redaktə6 iyun 1975-ci il Kürdəmir rayonunun Ərəbxana kəndində anadan olmuşdur. 1992-ci il Ərəbxana kənd orta məktəbini bitirdikdən sonra rayonda təsərrüfat işlərində çalışır. 1993-cü ildə isə Milli Orduya çağırılıb.[1]
Döyüşlərdə iştirakı
redaktəZabit Quliyev cəbhə bölgəsində xidmətə başlayır. Füzuli, Ağdam, Ağdərə, Tərtər cəbhələrində fərqlənir.Dəfələrlə düşmənin zirehli texnikalarını sıradan çıxarır. Təkcə Seysulan kəndində gedən döyüşlər zamanı ermənilərin dörd tankını məhv edib.[1]
Ailəsi
redaktəAiləlidir, bir övladı var.
Mükafatları
redaktəAzərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Quliyev Zabit Adil oğlu “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.[1]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Azərbaycanın Milli Qəhrəmanları: Biblioqrafiya (PDF). Bakı: M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası. 2008. səh. 129.
- ↑ "Quliyev Zabit Adil oğlu". avciya.az. 16 iyul 2019 tarixində arxivləşdirilib.
- ↑ "Quliyev Zabit Adil oğlu". veten-ugrunda.az. 15 oktyabr 2015. 16 iyul 2019 tarixində arxivləşdirilib.
Ədəbiyyat
redaktə- Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" Bakı: "Dərələyəz-M", 2010, səh. 176.