Zabivaka - Wikipedia
Zabivaka (rus. Забива́ка, "Qolçu, bombardir") – Rusiyada keçirilən 2018 FİFA Dünya Kubokunun rəsmi talismanı. Talismanın adı rus sözləri olan забияка (əsəbi) və забивать (xal qazanmaq) sözlərinin qarışığından yaranıb.
Talisman elektron seçki ilə seçildi və qalib gələn talisman olan Zabivakanı hazırlayan tələbə dizayner olan Yekaterina Boçarovadır.[1]
Dizayn
redaktəMaskot 21 oktyabr 2016-cı ildə açıldı. Bu maskot antropomorfik Avrasiya canavarı idi. Onun qəhvəyi və ağ xəzi var idi və üstü "Russia 2018" yazılı bir T-shirt yazılmışdı. Dizaynerə görə, talismanın gözündə olan eynək xizək eynəyi deyil, bəzi idman növlərində istifadə olunan, misal üçün velosiped idmanında istifadə olunan bir eynəkdir.
Mənim Zabivakam çox sürətlə qaçır və onun gözünü qorumaq üçün eynək taxması lazımdır. Yekaterina Boçarova
|
Ağ,göy və qırmızı rənglərinin kombinasiyası Rusiya bayrağını simvolizə edir.
Müsabiqə
redaktəMüsabiqənin nəticəsi 22 oktyabr 2016-cı ildə Pervıy kanaldakı Вечерний Ургант verilişində açıqlandı.Zabivaka adlı canavar 53 % səslə birinci, pələng 27 % səslə ikinci, 20 % səs yığan pişik isə üçüncü olmuşdur.Təxminən 1 milyona yaxın insanın iştirak etdiyi səsvermə FIFA.com saytında keçirildi. Zabivaka adını həmin verilişdə Rusiyanın İdman naziri Vitali Mutko təklif etmişdir. FİFA Boçarovaya 500 $ pul mükafatı vermişdir.[3]
İstinadlar
redaktə- ↑ "2018 FİFA Dünya Kubokunun rəsmi maskotu canavar seçildi və zabivaka adlandırıldı" (Press-reliz). FIFA. 21 October 2016. 22 October 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 October 2016.
- ↑ "Russians deride choice of confusing 2018 World Cup mascot Zabivaka" Arxivləşdirilib 2018-06-17 at the Wayback Machine. Russia Beyond, 28 oktyabr 2016
- ↑ [1] Arxivləşdirilib 2018-06-12 at the Wayback Machine "Создатель талисмана ЧМ-2018, волка Забиваки, получила за свою работу 500 долларов "