Zahid Xelil - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Zahid Xəlil (doğum adıyla: Zahid Abdulla oğlu Xəlilov; 20 mart 1942, Yevlax) — Azərbaycan yazıçısı, şair, pedaqoq, filologiya elmləri doktoru, professor, 91-lərin üzvü.
Zahid Xəlil | |
---|---|
Zahid Abdulla oğlu Xəlilov | |
Doğum tarixi | 20 mart 1942 (82 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti |
yazıçı tərcüməçi pedaqoq |
Əsərlərinin dili | azərbaycanca |
Janrlar | hekayə və şeir |
İlk əsəri | Vətənim (şeir; 1958) |
Tanınmış əsərləri | Vətənim (şeir; 1958) |
Mükafatları | "Qızıl qələm", "Zolotoy telyonok","Qızıl Kəlmə" |
Həyatı
redaktəZahid Xəlil 1942-ci il mart ayının 20-də Yevlax şəhərində anadan olub. 1948–1958-ci illərdə Sabir adına 2 saylı şəhər orta məktəbində təhsil alıb. Orta məktəbi bitirdikdən sonra 1959–1965-ci illərdə ADU-nun (indiki BDU) Filologiya fakültəsinin Jurnalistika şöbəsində qiyabi təhsil alıb. Əmək fəaliyyətinə Yevlax Tütün Fermentləmə zavodunda texnik kimi işə başlayıb. 1965–1966-cı illərdə Yevlax şəhər mədəniyyət evinin müdiri, "Qələbə" adlı rayonlararası qəzetin redaksiyasında ədəbi işçi, "Mübarizə" adlı Yevlax rayon qəzetində məsul katib, "Mübarizə" adlı Goranboy rayon qəzetində ədəbi işçi, məsul katib vəzifələrində işləyib. 1966-cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda nəşr olunan "Gənc müəllim" qəzetinin redaktoru təyin olunub. 1969–1970-ci illərdə universitetdə partiya komitəsinin katibi seçilib. 1970-ci ildə "Ədəbiyyat tarixi" kafedrasında baş müəllim, 1980-ci ildə "Ədəbiyyat və onun tədrisi" kafedrasında dosent işləyib. 1977-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 1975-ci ildə filologiya elmləri namizədi, 1990-cı ildə filologiya elmləri doktoru, 1991-ci ildə professor adını alıb. 1997-ci ildən ADPU-nun Pedaqoqika fakültəsinin dekanı işləyir. Hazırda Ədəbiyyat və onun tədrisi metodikası kafedrasının müdiri vəzifəsində çalışır. 2002-ci ildə "Qızıl qələm" mükafatı laureatı adına layiq görülüb.
"Vətənim" adlı ilk şeiri 1958-ci ildə, "Yeni Yevlax" qəzetində çap olunub və ondan sonra yazıçı məşhur oldu. Dövri mətbuatda müntəzəm çıxış edir. 1982-ci ildə "Literaturnaya qazeta"da dərc olunan "Kölələr" və "Limonad içməyim" hekayələrinə görə redaksiyanın "Zolotoy telyonok" mükafatına layiq görülüb və ondan sonra uşaq yazıçısı kimi tanınmağa başladı.
Uşaq ədəbiyyatını tədqiq edən Beynəlxalq Cəmiyyətin Moskvada keçirilən simpoziumunda (1981), Praqada keçirilən "Məktəbəqədər yaşlı uşaqlar üçün ədəbiyyat" adlanan ümumittifaq konfranslarda iştirak edib. Keçmiş SSRİ Dövlətnəşrkomun və SSRİ Yazıçılar İttifaqının Uşaq Ədəbiyyatı Şurasının üzvü olub. Zahid Xəlilin onlarla povest, nağıl və hekayə kitabları on minlərlə nüsxə çap olunub. Kitabları rus dilinə tərcümə edilib milyonlarla tirajla nəşr olunub. 2016-cı ildə çap olunan "Ağ leyləklər" kitabı "Qızıl kəlmə" mükafatına layiq görülüb.
Əsərləri
redaktə- Uçan çıraqlar. Bakı: Gənclik, 1969, 42-ci səh.
- Qarışqalar. Bakı: Gənclik, 1971, 12-ci səh.
- Mən rəngləri tanıyıram Bakı: Gənclik, 1972, 98-ci səh.
- Göydən üç alma düşdü. Bakı: Gənclik, 1974, 119-cu səhifə.
- Quşlar, quşlar. Bakı: İşıq, 1977, 36-cı səhifə.
- Torağaylar oxuyur Bakı: Gənclik, 1979, 78-ci səhifə.
- Ballıca. Bakı: Gənclik, 1981, 247-ci səhifə.
- Çıraq nənənin nağılları. Bakı: Gənclik, 1983, 231-ci səhifə.
- Cırtdanla Azmanın yeni macəraları. Bakı: Gənclik, 1985, 355-ci səhifə.
- Odlar yurdunun paytaxtı. Bakı: Gənclik, 1992, 105-ci səhifə.
- Dünyanın ən balaca nağılları. Bakı: "Nağıl evi", 2002, 175-ci səhifə.
- Orxan və dostları,2004ADPU nəşri 151 səh..
- Qızlar şeir oxuyur sevgi yaşında, ADPU nəşri 2007 85 səh.
- Ağ leyləklər,"SkuG" nəşri2016,245 səh.
- Çınqı,"SkuG" nəşri 2016.48 səh.
- Göyqurşağı,3 alma nəşriyyatı 2018 256 səh.
- Kralın kreslosu,3 alma nəşriyyatı 2018, 256 səh.
- Dəmir yumruq dastanı, 3 alma nəşriyyatı 2021,200 səh.
- Şəkərabad şəhərinin uşaqları, Libra kitab nəşri 2022, 150 səh
- Bizim kəndin nağılları, Libra kitab nəşdi, 2023, 80 səh.
Tərcümələri
redaktə- Yuri Kuşak. Qonaq gedir ağ gəmi (ruscadan). Bakı: Gənclik, 1983, 91 səh.
Haqqında olan ədəbiyyat
redaktə- Əsgərli F.. Sənətkarın uşaq dünyası. Bakı: ADPİ, 2003, 145 s.
- Əskərli F. Ömrün sızü, sözün ömrü ADPU nəşri,2008,392 səh.
- Əskərli F. Sehrli dünyanın memarı, ADPU nəşri 2012.,444 səh.
- Z. Xəlilin sənət dünyası, məqalələr toplusu, ADPU nəşri,2010,323 səh.
- Salatın Əhmədli, Həyat Rüstəm qızı,. Zahid Xəlilin: Özü, sözü və izi.ilə Bakı 2012,491 səh.
- Şöhrət Məmmədova, Zahid Xəlilin uşaq poeziyasının bədii xüsusiyyətləri Bakı 2017,155 səh.
- Səksən yaşın şöləsi, ADPU nəşri 2022,350 səh.
- Ağayev Ş. Dünyanın ən balaca nağıllarını yaradan insan. "Təhsil", 2002, 6 aprel.
- Ələsgərli F. Uşaqları söz sehrinə salan şair. "Vətən səsi", 2002, 23 mart.
- Əzimov S. Uşaqların, oxucuların sevimlisi Zahid Xəlil. "Təzadlar", 2004, 4–11 may.
- Mehdiyeva A. Uşaqların sevimli sənətkarı. "Gəncənin səsi", 2004, 8 mart.
- Rüstəmzadə H., Muradova A. Bahar ətirli şerlər. "Gəncənin səsi", 2003, 19 iyun.
- Uşaqlarımızın yaxın dostu, böyüklərin həmdəmi Zahid Xəlil. "Vətən səsi", 2001, 16 fevral.
- Uşaqların sevimlisi. "Tumurcuq", 2000, N4, s.1.
- Uşaqların taleyindən narahat olan şair. "Xalq nəzarəti", 2003, dekabr.