Zakir Mehdiyev - Wikipedia
Zakir Tahir oğlu Mehdiyev (4 oktyabr 1948, Kirovabad) — Azərbaycan heykəltaraş və rəssamı, pedaqoq, SSRİ Rəssamlar İttifaqının üzvü (1979), Azərbaycan Respublikasının əməkdar rəssamı (2021).
Zakir Mehdiyev | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Gəncə, Azərbaycan SSR, SSRİ |
Milliyyəti | Azərbaycanlı |
Vətəndaşlığı |
SSRİ Azərbaycan |
Fəaliyyəti | heykəltaraş |
Təhsili |
Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbi V.I.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutu |
Janr | heykəltaraşlıq |
Mükafatları |
Həyatı
redaktəZakir Mehtiyev 1948-ci il 4 oktyabrda Gəncə şəhərində dünyaya gəlib. 1965-ci ildə orta məktəbi bitirdikdən sonra Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinə daxil olmuş və 1969-cu ildə bitirmişdir. Həmçinin Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunun məzunudur. SSRİ Rəssamlıq Akademiyasının aspiranturasını bitirmişdir. 1979-cu ildən SSRİ Rəssamlar İttifaqının üzvü olub.
1978-ci ildə bu institutun heykəltaraşlıq fakültəsini bitirdikdən sonra Mehdiyev Bakıya dönüb. 1983–2000-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində heykəltaraşlıq tədris etmişdir. 2000–2016-cı illərdə Türkiyədə M.K. Atatürk Universitetində dosent və kafedra müdiri vəzifəsində fəaliyyət göstərmişdir
Yaradıcılığı
redaktə- Zakir Mehdiyev Almaniya, Rusiya, Macarıstan, Finlandiya, Türkiyə,İsveçrə,Yaponiya, İngiltərə, Suriya və Azərbaycanda müxtəlif sərgilərin iştrakçısı olmuşdur.
- Qəbələdə (İsmayıl bəy Qutqaşınlının) Bakıda (Şah İsmayil Xətainin) və Antakyada Mustafa Kamal Atatürkün xatirələrinə[1] ucaldılmış abidələrin, "Atatürk ve Cumhuriyet" barelyefının[2] müəllifidir. Türkiyədə heykəltaraşlıq kompleksi, "Bilim yolu öncüleri"[3][4] adlı böyük tarix alimlərinin büstlərinin xiyabanı yaratmışdır.
- 2016-cı ildə Müasir İncəsənət Muzeyində "Heykəl sərgisi" adlı sərgisı keçirilmişdir[5]
- 2017-ci ilin may ayında Turizm Nazirliyi, Azərbaycan Dövlət Sənət Qalereyası və Muzey Mərkəzinin təşkil etdiyi "İRS" adlı sərginin qarışıq ekspozisiyasında nümayiş etdirilmişdir.
- Bakıda Şah İsmayıl Xətai abidəsi(İbrahim Zeynalovla
birgə
- Beyləqanda Mücirəddin Beyləqani
abidəsi(İbrahim Zeynalovla birgə
Stili
redaktə- Daş, mərmər, ağac və digər materiallardan hazırlanmış heykəllər, büstlər, barelyef
Mükafatları
redaktə- 1976-cı ildə "Stalevar" adlı əsərlə Lenin Komsomol mükafatı
- 1977-ci ildə "İlin ən yaxşı əsəri" mükafatını aldı.
- 2000 ci ildə "Güləş" heykəli ilə Azərbaycan üzrə birincilik mükafatı(Milli Olimpiya Komitəsi tərəfindən
- 2000-ci ildə "Wrestling" heykəli ilə Dünya Olimpiya Komitəsi tərəfindən Sidney olimpiya oyunları heykəl müsabiqəsində mükafatlandırılmışdır
- "Azərbaycan Respublikasının əməkdar rəssamı" fəxri adı — 16 oktyabr 2021[6]
- 2019 cu ildə Danimarka dövlətinin təşkil etdiyi “Portrait Now! 2019" beynəlxalq müsabiqədə qalib olmuş, Frederiksburg Castle, Danimarkanın kolleksiyasında heykəli beynəxalq sərgidə yer almışdır.[7]
İstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2017-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-06.
- ↑ Юсифоглу Ф. Cumhuriyyete sanatsal dokunus // HatayVatan : газета. — 2013. — 24 https://www.hatayvatan.com/cumhuriyete-sanatsal-dokunus.htm[ölü keçid]
- ↑ Bilim yolu onculeri bustler Zakir Mehtiyev https://vimeo.com/57911704
- ↑ https://vimeo.com/57911704
- ↑ http://matbuat.az/news/589581/azerbaycanli-heykelterasin-sergisi-acildi---foto.html[ölü keçid]
- ↑ "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az. 16 oktyabr 2021. 19 oktyabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 oktyabr 2021.
- ↑ "Arxivlənmiş surət". 2023-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-05.