Zamiq Huseynov - Wikipedia
Zamiq Əsgər oğlu Hüseynov (12 sentyabr 1983, Füzuli) — azərbaycanlı estrada müğənnisi.
Zamiq Hüseynov | |
---|---|
azərb. Zamiq Əsgər oğlu Hüseynov | |
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Füzuli, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ Azərbaycan |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni |
Boyu | 1.75 sm[1] |
Həyatı
redaktəZamiq Hüseynov 12 sentyabr 1983-cü ildə Füzuli şəhərində dünyaya göz açıb. 2001-ci ildə 53 saylı orta məktəbi bitirib. 2001-2004-cü illərdə Asəf Zeynallı adına Musiqi texnikumunun muğam fakültəsində Zabit Nəbizadədən dərs alıb. Eyni zamanda konservatoriyada Teymur Əmrahdan vokal dərslərini mənimsəmişdir.
2003-cü ildə Zamiqin ilk mahnısı olan Dəymərəm qəlbinə mahnısı və klipi işıq üzü görüb. 2005-ci ildə oxuduğu Uçduq adlı mahnısı xalq tərəfindən sevilir. 2006-cı ildə isə Uçduq adlı albomu çıxmışdır. 2008-ci ildə çıxan "Sən necə də gözələsən" mahnısı Azərbaycan çartlarında birinci yerləri tutdu. 2009-cu ildə Sən necə də gözəlsən adlı albomu çıxıb. 2010-cu ildə Yaşıl Teatrda "Sən necə də gözəlsən" adlı ilk konserti baş tutmuşdur. 2010-cu ildə Röya ilə birlikdə Azərbaycanın 15 rayonunda Doğma diyar konsert proqramları ilə çıxış ediblər.[2][3] 2013-cü ildə klassik bəstəkarlarımızın əsərlərindən ibarət Retro albomu çıxmışdır. 2014-cü ildə Bu şəhəri çox sevirəm adlı üçüncü albomu işıq üzü görüb. Eyni ildə Yaşıl Teatrda Bu şəhəri çox sevirəm adlı solo konserti baş tutmuşdur. 2015-ci ildə Karaoke albomu işıq üzü görmüşdür. 2017-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Nazim Hacıəlibəyovun dirijorluğu ilə simfonik orkestrla solo konsert vermişdir. 2018-ci ildə Naxçıvan şəhərində Heydər Əliyev sarayında "Kaman" adlı konsert proqramı ilə çıxış edib. 2018-ci ildə Heydər Əliyev Sarayında “Ələddin” uşaq müziklində Ələddin personajını canlandırmışdır.[4][5] 2019-cu ildə Heydər Əliyev Sarayında "Bu gün bizim günümüz" adlı solo konsert vermişdir.[6] Eyni ildə Naxçıvanda Saat meydanında solo konsert proqramı ilə çıxış etmişdir. Zamiq Hüseynov uzun illərdir ki, Heydər Əliyev Fondu tərəfindən yeni il ərəfəsində Buta Palace-da təşkil olunan kimsəsiz uşaqlar üçün konsertdə daimi iştirak edir.[7] O, həmçinin xarici ölkələrdə təşkil olunan dövlət tədbirlərinə müntəzəm şəkildə dəvət olunur.
Diskoqrafiya
redaktəMahnılar
redaktə- Dedilər (Sivva) [8]
- Zəfər mahnısı (Tünzalə Ağayeva, Elçin Cəfərov, Alim Qasımov, Samir Cəfərov)
- Yaşa mənim xalqım
- Ey Vətən
- Azərbaycan
- Vətən əmanəti
- Mən səni sevirəm
- Просто будь
- Duman
- Leyla
- Var ol
- Моя награда
- Unutmadım
- Unudaram
- Sevgi tanqosu
- Təşəkkür
- Özü bilər (Elşad Xose)
- Kaman
- Ana
- Oğul balam
- Yeganə
- Necə sevdim (Röya)
- Məni yaşadan insan
- Pərvanə
- Cənnətimsən
- Bu gün bizim günümüz
- Nərgizim
- O mənə inanır
- Nigarım
- De neyləyim
- Bir nəfərlik bilet
- Oyundur həyat
- Yada sal
- Sən olmasan
- Vaxtım bol (Nadeer)
- Bu şəhəri çox sevirəm
- Zalım dünya
- Neft daşları
- Sən gedəndən
- Həyat çətindir
- Elnarə
- Canım mənim (Elşad Xose)
- Varmı
- Bir tək səni sevərdim (Brilliant Dadaşova)
- Nigarım
- Bəyaz mələyim
- Qoy Ağlasın (Nadeer, RG)
- Uçduq (remiks)
- Sonra
- Yellənə-yellənə
- Siqaret
- Pəncərəmə qondu çiçək
- Badamlı (Röya)
- Mənimlə qal
- Yuxu
- Kaş ki
- Ayrılıq nəğməsi (Sevda Yəhyayeva)
- Qızım
- Aldatdın məni
- Səninlə (Röya)
- Yoxdur cahanda tayın
- Sən necə də gözəlsən
- Necə Sevim (İradə İbrahimova)
- Yağış
- Səninlə yaşayıram
- Dəymərəm qəlbinə
Albomlar
redaktə- Uçduq (2006)
- Sən necə də gözəlsən (2009)
- Retro (2013)
- Bu şəhəri çox sevirəm (2014)
- Karaoke (2015)
Videoqrafiya
redaktəSay | Klip | Tarix |
---|---|---|
01 | Dəymərəm Qəlbinə | 2003 |
02 | Uçduq | 2006 |
03 | De Neyləyim | 2006 |
04 | Mənimlə Qal | |
05 | Sən Necə Də Gözəlsən | 2008 |
06 | Kaş Ki | 2010 |
07 | Keçmişim ft. Çingiz Mustafayev | 2011 |
08 | Orada Biri Var | 2012 |
09 | Qurban Verərdim | 2012 |
10 | Gör Nələr Olur | 2014 |
11 | Həyat Çətindir | 2014 |
12 | Səninlə Yaşayıram | 2014 |
13 | Bir Nəfərlik Bilet | 2015 |
14 | Vaxtım Bol ft. Nadir Nəğd Pul | 2015 |
15 | Yağış | 2015 |
16 | Qalib Ol ft. Günay İbrahimli | 2016 |
17 | O | 2016 |
18 | Həyat | 2016 |
19 | O Mənə İnanır | 2017 |
20 | Unudaram | 2017 |
21 | Yoxdur Cahanda Tayın | 2017 |
22 | Qoy Ağlasın ft. Nadir Nəğd Pul, RG | 2018 |
23 | Bəyaz Mələyim | 2018 |
24 | Varmı | 2018 |
25 | Bu Gün Bizim Günümüz | 2018 |
26 | Özü Bilər ft. Elşad Xose | 2018 |
27 | Моя Награда | 2019 |
28 | Var Ol | 2019 |
29 | Leyla | 2020 |
30 | Duman | 2020 |
31 | Просто Будь | 2020 |
32 | Mən Səni Sevirəm | 2020 |
33 | Zəfər Mahnısı ft. Brilliant, Tünzalə, Elçin, Alim, Samir | 2021 |
34 | Son Nəfəsimizə Qədər | 2021 |
35 | Dedilər ft. Sivva | 2021 |
36 | Neylərsən ft. Röya | 2021 |
37 | Hep Biri Var | 2021 |
38 | Əvəzsizim | 2021 |
39 | Gözlərində | 2022 |
40 | İfadə | 2022 |
41 | Əfsanə | 2023 |
42 | Mənim Atam Qəhrəmandır | 2023 |
43 | İcazə Ver | 2023 |
İstinadlar
redaktə- ↑ "Azərbaycan müğənnilərinin boy və çəkiləri "nəhs" reytinqdə (FOTO)". 2023-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-20.
- ↑ "Röya Ayxan və Zamiq Hüseynov "Doğma diyar" adlı pulsuz konsert proqramı ilə turneye çıxacaqlar". 2021-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-09.
- ↑ "Röya və Zamiqdən "Doğma diyar" layihəsinə möhtəşəm sonluq". 2021-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-09.
- ↑ ""Ələddin" uşaq müziklinin premyerası". 2022-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-16.
- ↑ "Ələddin Nağılı -da onlayn bilet almaq. Ələddin Nağılı tədbirinə biletin çatdırılması". iTicket.AZ (az.).
- ↑ "Zamiq Hüseynov "Bu gün bizim günümüz"". 2020-09-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-02-15.
- ↑ ""Onunla sevgi münasibəti ola bilməz" - Zamiq". 2021-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-14.
- ↑ "Zamiq Röyadan sonra onu seçdi". Oxu.Az (az.). 13 mart 2021. 2022-04-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 mart 2021.