Zaqatala Kilsesi - Wikipedia
Zaqatala kilsəsi — Zaqatala şəhərinin mərkəzində yerləşən 1830-ci ildə inşa edilən kilsə.[1] Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə görə əvvəllər IV–V əsrə aid Alban məbədi, indi isə XIX əsrə aid Rus kilsəsi kimi qeydiyyata alınan bu məbəd erməni mənbələrinə görə Müqəddəs Qevorq kilsəsidir. 1851-ci ildə inşa edilib,[2] 1953-cü ilə qədər kilsə olaraq fəaliyyət göstərib.[3]
Zaqatala Kilsəsi | |
---|---|
41°38′11″ şm. e. 46°39′08″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Zaqatala |
Yerləşir | Zaqatala |
Tikilmə tarixi | 1830-cu il |
Vəziyyəti | qeyri-işlək |
İstinad nöm. | 5210 |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Haqqında
redaktəYerli sakinlərin sözlərinə görə, bu məbəd öz ölçülərinə və memarlıq üslubuna görə həmin dövr olduğu məbədlərdən fərqlənir. Lakin, məbəddəki bir sıra elementlərin sonradan əlavə edilməsi məlumdur. Qırmızı kərpicdən inşa olunmuş məbədin geniş sütunlu və üç mərtəbəli zalı zəng qülləsi ilə tamamlanır. Məbədin inşasında şərq memarlığı elementlərindən geniş istifadə olunsa da, məbədin bayır divarlarındakı səkkizgüşəli xaçlar diqqəti daha çox cəlb edir. Sovet hakimiyyəti dövründə isə məbədin divarlarının boyandığı deyilir. Həmçinin sonradan bu məbəddə yanğın baş verdiyi də bildirilir.[4]
Hazırda bu məbəd baxımsız vəziyyətdədir. Mədəniyyət və Turizm Nazirliyinin Mədəni İrsin Qorunması şöbəsi bildirib ki, abidənin bərpası üçün "dövlət tərəfindən heç bir maliyyə ayrılmayıb və yaxın gələcəkdə də gözlənilmir".[4]
İstinadlar
redaktə- ↑ "Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI". 2017-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-28.
- ↑ "Kavkaz qəzeti, 1851, Nömrə 50" (PDF). 2021-11-09 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-04-30.
- ↑ Samvel Karapetyan, "Albaniyada Erməni Daş Yazıları", Erməni Arxitektura Araşdırmaları, 1997. səh: 14-15
- ↑ 1 2 "Zaqatalada baxımsız qədim Alban məbədi". BBC Azərbaycan (az.). 2018-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 fevral 2018.