Zavadovski Adasi - Wikipedia
Zavadovski adası[1] (ing. Zavodovski) — Cənubi Sandviç adaları qrupuna daxil olan vulkan məşhəlli ada. Atlantik okeanın cənubunda yerləşir. İnzibati cəhətdən Böyük Britaniyanın Cənubi Georgiya və Cənubi Sandviç adalarına daxildir. Sahəsi 25 km²-dir. Adada Cənubi Afrika Respublikasına məxsus olan meteoroloji stansiya vardır.
Zavadovski adası | |
---|---|
ing. Zavodovski Island | |
Ümumi məlumatlar | |
Sahəsi | 25 km² |
Uzunluğu |
|
Eni | 3,8 km |
Hündür nöqtəsi | 551 m |
Əhalisi |
|
Yerləşməsi | |
56°18′00″ c. e. 27°34′00″ q. u.HGYO | |
Ölkə | Cənubi Georgiya və Cənubi Sandviç adaları |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiya
redaktəZavadovski adası Cənubi Georgiya adasından 540 km cənub-şərqdə qərarlaşır. Antarktidadan şimal-şərqdə qərarlaşır. Leskov və Vısoki adaları ilə birlikdə Traverse arxipelaqına daxildir. Arxipelaqın şimalında qərarlaşır. Ada dairəvi formaya malikdir. Diametri 5 km²-dir. Stratovulkannın hündürlüyü 551 metrdir (Maunt-Kerri). Adada püskürmə 1819-cu ilə təsadüf edir. Şərqi düzənlikdir.
Adada Antarktika pinqvininin[2] böyük koloniyası mövcuddur.
Tarix
redaktəAda 1819-ci ildə Faddey Belinshauzen tərəfindən kəşf edilmişdir. Ada Vostok[3] gəmisinin komadir köməkçisi olan İvan İvanoviç Zavadovskinin şərəfinə adlandırılmışdır.
Turizm
redaktə1982-ci ildən ada turizmə açılmışdır.
İstinadlar
redaktə- ↑ "Satellite Spies Smoking, Hot Sandwich: Big Pic : Discovery News". 2012-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-05-03.
- ↑ "Penguin colonies at risk from erupting volcano". phys.org. 11 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 July 2016.
- ↑ "Antarctic Islands - South Sandwich". Archived from the original on 2006-08-20. İstifadə tarixi: 2016-10-08.
Xarici keçidlər
redaktə- LeMasurier, W. E.; Thomson, J. W., redaktorlar Volcanoes of the Antarctic Plate and Southern Oceans. American Geophysical Union. 1990. 512 pp. ISBN 0-87590-172-7.
- Zavodovski, South Sandwich Islands with images Arxivləşdirilib 2018-11-28 at the Wayback Machine