Zaza Napoli - Wikipedia
Vladimir Vladimiroviç Kazantsev (14 aprel 1973 Yarovoye, SSRİ), daha çox Zaza Napoli səhnə adı ilə tanınan rus pop müğənnisi, artist və teleaparıcısıdır.
Zaza Napoli | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 14 aprel 1973 (51 yaş) |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, Dreq-kvin |
zazanapoli.ru | |
Vikianbarda əlaqəli mediafayllar |
Bioqrafiya
redaktəVladimir Kazantsev 14 aprel 1973-cü ildə Yarovoe şəhərində anadan olub. 1991-ci ildə Vladim kolleci bitirərək ibtidai sinif müəllimi diplomu aldı. Daha sonra məktəbdə ixtisasına uyğun çalışmağa başladı. Orada bir il işlədikdən sonra işini tərk edərək Şərqi Sibir Dövlət Mədəniyyət İnstitutunun teatr sənəti fakültəsinin teatr və kino aktyoru ixtisasına daxil oldu.[1][2][3] Paytaxta köçməzdən əvvəl Ulan-Udedə yaşamış, yerli Dövlət Televiziya və Radio Verilişləri Şirkətində çalışmış, teatrda oynamış və rəsmi konsertlər vermişdir .[4]
2004-cü ildən 2020-ci ilə qədər Tatyana Sumçenko ilə evli olub, boşanıb[5][6][7] .
Yaradıcılığı
redaktə1997-ci ildə Moskvaya köçdü və 1998-ci ildə Cənnət quşları travesti teatrını təsis etdi. 2002-ci ildə "Buz dövrü" adlı kriminal filmdə, 2006-cı ildə isə Zaza Napoli obrazında "Gözəl doğulma" serialında rol alıb.[8] Həmçinin "Lənətlənmiş Cənnət" trillerində və "Oyun Kralları" komediyasında və başqa filmlərdə çəkilib.[9][10] 2007-ci ildə NTV kanalında teleaparıcı kimi fəaliyyətə başladı.
2017-ci ildə 22 trekdən ibarət "Sizin üçün …" adlı debüt albomunu buraxdı. O, "Nənələr", "Gəlin içək" və "Rəfiqə" adlı mahnılarına klip çəkdirdi. Elə həmin il o, 12 trekdən ibarət "Bu mümkündür …" adlı digər albomunu buraxdı. 2020-ci ildə "Məxməri cənnət"[11][12], 2021-ci ildə isə yeni "Gülümsə" adlı albomu işıq üzü gördü.
2020-ci ildə Youtube-da "Böyüdücü arxasında" şousunun aparıcısı olub.[13]
İstinadlar
redaktə- ↑ "Не узнать:как выглядят Заза Наполи и другие травести-дивы в реальной жизни". Cosmopolitan. 2020-12-12 tarixində arxivləşdirilib.
- ↑ "Вадим Казанцев (Заза Наполи): "Я не получаю от выступления в платье сексуального удовлетворения. Это моя работа!"". 2021-12-01 tarixində arxivləşdirilib.
- ↑ "Легендарная драг-квин Заза Наполи выбирает лучшую селедку под шубой в Москве". АфишаDaily. 2020-05-02 tarixində arxivləşdirilib.
- ↑ "У НТВ — не женское лицо. На экране Заза Наполи — без перьев, чтобы быть ближе к народу". 2007-06-03. 2021-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-05.
- ↑ "Уважать ЛГБТ? За что?! Научитесь вести себя | Заза Наполи и травести шоу | Чокнуться - YouTube". www.youtube.com. 2020-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-18.
- ↑ "Не быть похожей". 2007-03-04. 2021-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-15.
- ↑ "140 сантиметров Зазы Наполи". 2011-05-02. 2020-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-15.
- ↑ "ТРАвести с полей. Заза Наполи: «Кто мне подлянку сделает — сразу в глаз!»". 2007-05-31.
- ↑ "Назовём всех своими именами!". 2007-05-30. 2021-03-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-14.
- ↑ "Придира недели: «Сука-любовь» и драмы в борделях". 2007-06-20. 2019-08-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-14.
- ↑ "Заза Наполи - «Это можно...» ***". 2017-10-17. 2018-10-18 tarixində arxivləşdirilib.
- ↑ "«EVгеника» обвиняет Зазу Наполи в краже «Мигалок»". 2019-03-10 tarixində arxivləşdirilib.
- ↑ "LIVE ENTERTAINMENT - YouTube". 2021-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-01.
Xarici keçidlər
redaktə- Zaza Napoli — Instagram səhifəsi