Zerkalo Klara - Wikipedia
Klara Yusifzadə və ya Zerkalo Klara (16 aprel 1934 – 26 fevral 2011, Bakı) — Azərbaycanın tanınmış qadın qanuni-oğru.
Klara Zerkalo | |
---|---|
Klara Ağababa qızı Yusifzadə | |
Doğum tarixi | 16 aprel 1934 |
Vəfat tarixi | 26 fevral 2011 (76 yaşında) |
Vəfat yeri | |
Atası | Ağababa Yusifzadə |
Fəaliyyəti | cinayətkar |
Həyatı
redaktə1934-cü ildə Şuşada Azerbaycanın tanınmış inqilabçısı Ağababa Yusifzadənin ailəsində dünyaya göz açıb. Atası ona Klara adını məşhur alman siyasətçisi Klara Setkinin şərəfinə verib.
3 yaşı olarkən atası represiya qurbanı olub. Vətən müharibəsi başlananda qardaşları cəbhəyə yollandıqdan sonra imkansızlıqdan cinayət aləminə düşüb.
İddialara görə şəxsiyyət vəsiqəsində Klara Ağababa oğru Yusifzadə yazılmışdır.
Zerkalo Klara 1950–1960-cı illərdə "Pəncəli Aslan" və "Paxan" ləqəbləriylə tanınan şəxslərin rəhbərlik etdiyi qruplaşmanın üzvü olub.Başçıları qadın olan bu qruplaşma dövrünün ən məşhur qruplaşmalarından olub.
Hətta bu qruplaşma Cəmşid Əmirovun "Qara Volqa" əsərinin əsas mövzusu olmuşdur.
Həbsi
redaktəİlk dəfə həbsə girərkən 15 yaşı olub. Ömrünün 32 ilini həbsxanada keçirmişdir. O, illər əvvəl verdiyi müsahibədə bildirmişdi ki, onu Azərbaycandan kənardakı məhbus evlərinə göndərirlər. O həbsdə olarkən görmə qabiliyyətini itirmişdir.