Zeynalabidin Qiyami - Wikipedia
Zeynalabidin Qiyami - Wikipedia - Haqqında Məlumat
Zeynalabidin Qiyami (1891, Əhər, Şərqi Azərbaycan ostanı – Bakı) — Azərbaycan Demokrat Firqəsinin fəalı, Azərbaycan Milli hökumətinin Ali məhkəməsinin sədri.[1]
Zeynalabidin Qiyami | |
---|---|
Doğum tarixi | 1891 |
Doğum yeri | |
Vəfat yeri | |
Milliyyəti | türk |
Fəaliyyəti | siyasətçi |
Partiyası |
Həyatı
redaktəZeynalabidin Qiyami Salari Zəfər Qaracadaği kimi tanınırdı. O, 1891-ci ildə Qaradağda — torpaq sahibkarı ailəsində doğulub. İran Xarici İşlər Nazirliyinin məsul işçisi olub. 1919-cu ildə Təbrizdə demokratik hərəkatın iştirakçısı idi. Demokratik hərəkatda iştirakına görə Xarici İşlər Nazirliyində tutduğu vəzifədən azad edilmişdi. Seyid Ziyanın qəti əleyhdarı idi. Seyid Ziya onun cismani məhv edilməsi barədə öz adamlarına tapşırıq vermişdi. Əhali arasında böyük hörməti var idi.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Cəmil Həsənli. СССР-Иран: Азербайджанский кризис и начало холодной войны: 1941-1946 гг. Moskva: Герои Отечества. 2006. səh. 167. 2023-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-03.